29. Türkiyə Səhralaşmaya Qarşı Mübarizə üzrə BMT Konvensiyasına 31 avqust, 1998-ci ildə
qoşulmuşdur. Katibliyin milli səviyyədə işi, beynəlxalq əlaqələr və kordinasiya Eroziya və
Səhralaşmaya Qarşı Mübarizə (ESQM) üzrə Baş Direktoratlıq tərəfindən həyata keçirilir.
30. Eroziya və Səhralaşmaya Qarşı Mübarizə üzrə Baş Direktoratlıq 2011-ci ildə Su və Meşə
Təsərrüfatı Nazirliyi çərçivəsində yaradılmışdır. Baş Direktoratlığın vəzifələrinə daxildir:
torpağın qorunması və təbii ehtiyatların inkişafı, səhralaşmaya və torpaq eroziyasına qarşı
mübarizə, uçqun, sürüşmə və daşqına nəzarətlə bağlı plan və layihələrin həyata keçirilməsinin
təkmilləşdirilməsi və nəzarət, bu fəaliyyətlərin layihə əsaslı dəstəklənməsi, bu məsələlər və
7
fəaliyyətlərlə bağlı siyasət və strategiyanın müəyyən olunması, müvafiq qurum və təşkilatlarla
əməkdaşlıq və kordinasiyanın təmin edilməsi, milli və regional səviyyədə su hövzələrinin
inkişafının planlaşdırılması, siyasət və strategiyaların müəyyənləşdirilməsi, universitet və
elmi-tədqiqat institutları ilə birlikdə tədqiqat və inkişaf fəaliyyətinin həyata keçirilməsi, təhsil,
nəşr, təşviqat və s. kimi fəaliyyətlərlə məşğul olmaq.
31. Türkiyədə səhralaşma və eroziyanın təsirinə ən çox məruz qalan ərazilər Konya hövzəsi, Aras
hövzəsi və İğdir regionlarıdır. Eroziya hər hövzədə və regionda rast gəlinə bilər. Risk xəritələri
bu nöqteyi-nəzərdən hazırlanmışdır. Türkiyədə 59% kənd təsərrüfatı, 64% otlaq və 54% meşə
sahələrində eroziya davam edir.
32. Səhralaşmaya qarşı mübarizənin bu kontekstində səhralaşmanın meyar və göstəriciləri
hazırlanmaqdadır və səhralaşma prosesinin Səhralaşmanın Müşahidəsi Sistemi Lahiyəsi
tərəfindən izlənilməsi gözlənilir. Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi, Meşə
Təsərrüfatı Baş Direktoratlığı, TUBITAK, UNCCD, FAO, TICA, GEF, qeyri-hökumət
təşkilatları kimi qurumlar və özəl sektor səhralaşma və eroziyaya qarşı mübarizədə milli və
beynəlxalq layihə tərəfdaşları kimi sadalana bilər. Bu baxımdan səhralaşmanın müşahidəsi çox
əhəmiyyətlidir. Eroziya və Səhralaşmaya Qarşı Mübarizə üzrə Baş Direktoratlığı Ar–Ge and
Model Layihələrlə səhralaşma və torpaq eroziyasına qarşı mübarizə ilə məşğul olur. Bundan
əlavə, əyalət təşkilatı və güclü təşkilati komanda ilə Meşə Təsərrüfatı Baş Direktoratlığı
eroziyaya qarşı mübarizədə mühüm funksiyanı üzərinə götürür və Baş Direktoratlıqla birlikdə
bir çox layihələr öyrənilməkdədir.
33. Ekspertlər Türkiyədə səhranın olmadığını, lakin səhralaşma prosesinə daxil olan ərazilərin
olduğunu bildirmişdir. Səhralaşma yalnız Türkiyə üçün deyil, həmçinin üç qitə ilə bağlı
narahatlıq baxımından Anadolunun qonşu regionları üçün də maraqlıdır. Bu səbəbdən Eroziya
və Səhralaşmaya Qarşı Mübarizə üzrə Baş Direktoratlıq Afrika və Asiya ilə bağlı layihələr
üzrə işini təkmilləşdirir. Bu baxımdan FAST layihəsi, Afrikada Səhralaşma, Torpaq
Deqradasiyası və Susuzluqla Mübarizə İnkişaf Layihəsi çərçivəsində Niger-Türkiyə Meşə
Dostluq Layihəsi, Fələstində Uşaq Layihəsi, Qırğızıstanda Su Hövzəsinin Bərpası Layihəsi
davam etdirilir. Türkiyənin malik olduğu təcrübə Səhralaşma, Torpaq Deqradasiyası və
Susuzluqla Mübarizə İnkişaf Layihəsi tərəfindən Afrikanın ən az inkişaf etmiş ölkələri ilə
paylaşılır.
34. Son zamanlar Türkiyənin səhralaşma və torpaq eroziyasına qarşı mübarizə səyləri ekspertlər
tərəfindən araşdırılmışdır və “Quraq və Yarımsəhra Ərazilərdə İqlim Dəyişikliyinə Davamlı
Meşələrin Salınması üzrə Kitabça” hazırlanmışdır. Bu baxımdan 2014-cü ildə Səhralaşma ilə
Mübarizə üçün Milli Fəaliyyət Sənədi hazırlanmış və Milli Fəaliyyət Proqramı yenilənmiş və
işə salınmışdır. Bundan əlavə, yaxşı təcrübənin hesabat və paylaşılması üçün LADA layihəsi
mühüm əhəmiyyət kəsb edir. Ölkənin potensialının, eləcə də bu məsələlər haqqında dünyada
Türkiyənin görünmə dərəcəsinin artırılmasında UNCCD Katibliyi ilə əlaqələr və “Türkiyədə
Səhralaşmaya qarşı Mübarizənin Öyrənilməsi” üzrə hesabatlar da çox vacibdir.
Dostları ilə paylaş: