II.
SƏHRALAŞMA İLƏ BAĞLI ANLAYIŞLAR
6. BMT-nin Səhralaşma ilə Mübarizə haqqında Konvensiyasına görə (bundan sonra UNCCD)
səhralaşma "İqlim dəyişikliyi və texnogen amillərin, o cümlədən müxtəlif amillər nəticəsində,
quraqlıq, yarımsəhra və quru sub-rütubətli sahələrdə torpaqların deqradasiyasıdır".
Səhralaşmanın əsasən quraq torpaqlarda daha dağıdıcı olduğu aydın olur; Bura demoqrafik
partlama və ekoloji stress ilə birlikdə torpaq, su, bitki və digər resursların deqradasiyası
daxildir. Təxminən 4 milyard hektar ərazi və ya yer səthinin 1/3-i səhralaşma təhlükəsi altında,
250 milyondan çox adam birbaşa təsir altındadır və 100-dən çox ölkədə bir milyard adam risk
altındadır. İyirmi dörd milyard ton münbit torpaq hər il yox olur.
7. Qlobal torpaq deqradasiyası ilə bağlı beynəlxalq narahatçılığının artması nəticəsində
səhralaşmanın iqtisadi, social və ətraf mühit aspektləri baxımından bütün dünyada ciddi
problem olduğu qəbul edilmişdir. Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatı səhralaşma
problemləri ilə bağlı konkret tədbirlər görməyə başlamışdır. 1972-ci ildə Stokholmda keçirilən
Ətraf Mühitlə bağlı ilk Konfrans bu məsələ ilə bağlı dönüş nöqtəsi olmuş və 1977-ci ildə
keçirilən Səhralaşma ilə bağlı Konfransla müşayiət olunmuşdur. Konfrans tərəfindən təsdiq
edilmiş "Səhralaşma ilə Mübarizə üzrə Fəaliyyət Planı" səhralaşma və quraqlıqla mübarizə
üzrə qabaqcıl və ən aparıcı beynəlxalq təşəbbüslərdən biridir.
8. Konvensiyanın hazırlanması üçün 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və
İnkişaf Konfransı (UNCED) tərəfindən Hökumətlərarası Danışıqlar Komitəsi təsis edilmişdir.
BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyası 17 iyun 1994-cü ildə qəbul edilmişdir.
Buna görə də 17 iyun Səhralaşmaya qarşı mübarizə günü elan edilmişdir. 191 ölkənin tərəfdar
olduğu Konvensiya 26 dekabr 1996-cı ildə qüvvəyə minmişdir.
9. Səhralaşmanın səbəbləri: Səhralaşmaya gətirib çıxaran insan fəaliyyəti əsasən aşağıdakı
kənd təsərrüfatı fəaliyyətləri ilə bağlıdır: eroziyanın qarşısını alan bitki örtüyünü məhv edən
həddindən artıq otarılma; torpağın məhsuldarlığını aşağı salan həddindən artıq becərilmə və
ağacların məhv edilməsi ilə torpağın korlanmasına səbəb olan meşələrin qırılması. Aşağı
suvarma təcrübəsi şoranlığı yüksəldir və bəzən böyük gölləri qidalandıran çayları qurudur.
İnsan fəaliyyətinin intensivləşməsi qlobal istiləşməyə səbəb olan istixana effekti yaradır.
Quraqlıq ərazilərin isə iqlim dəyişikliyinə təsiri xüsusilə önəmlidir.
|