Ətraf müHİt və TƏBİİ ehtiyatlar komiSSİyasi biRİNCİ toplanti hesabat məruzəSİ


-ci  Tərəflər  Konfransında  2015-ci  ildə  keçiriləcək  BMT-nin  Səhralaşma  ilə  Mübarizə



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix18.05.2022
ölçüsü0,57 Mb.
#58426
1   2   3   4   5   6   7   8   9   10   11
3.Hesabat Etraf.muh.kom

11-ci  Tərəflər  Konfransında  2015-ci  ildə  keçiriləcək  BMT-nin  Səhralaşma  ilə  Mübarizə 

haqqında  Konvensiyasının  Tərəflər  Konfransına  (UNCCD-COP  12)  ev  sahibliyi  etmək 

arzusunu  dilə  gətirmiş  və  Türkiyənin  ev  sahibliyi  etməsinə  qərar  verilmişdir.  12-ci 

Tərəflər Konfransı 12-24 Oktyabr 2015 tarixində Ankarada keçiriləcəkdir. 

42. 4  iyun  2014-cü  ildə  Türkiyə  Meşə  və  Su  Məsələləri  Nazirliyi  və  FAO  səhralaşmaya  qarşı 

mübarizə  də  daxil  olmaqla,  meşə  təsərrüfatı  məsələlərinin  dəstəklənməsi  məqsədilə  yeni 

Anlaşma Memorandumu imzalamışdır. Bu müqavilənin çətiri altında bir sıra layihələr həyata 

keçirilir.  «Mərkəzi  Asiya  və  Qafqazda  suayırıcılarının  idarə  edilməsi  üzrə  potensialın 

artırılması»  Səhralaşma  və  Eroziyaya  qarşı  Mübarizə  Baş  Direktoratlığının  əlaqələndirici 

agentlik olduğu layihələrdən biridir. TIKA həm texniki, həm də maliyyə cəhətdən bu layihəni 

dəstəkləyir.  Layihə  Türkiyə,  Azərbaycan,  Qırğızıstan,  Tacikistan  və  Özbəkistanda  həyata 

keçirilməkdədir. 

43. TÜRKPA  üzv  dövlətlərinin,  xüsusilə,  Tərəflərin  Müşavirəsi  (COP),  Konvensiyanın  Həyata 

Keçirilməsinə Nəzarət Komitəsi (CRIC), Regional Fəaliyyət Proqramı (RAP) və Subregional 

Fəaliyyət Proqramı (SRAP) kimi toplantılarda iştirakı təcrübə qazanmaq və mübadilə aparmaq 

üçün çox  əhəmiyyətlidir. Bundan  əlavə, bütün  müvafiq  qurumların,  universitetlərin, vətəndaş 

cəmiyyəti təşkilatlarının və maraqlı ekspertlərin iştirakı təşviq edilməlidir. 




 

44. Üzv  dövlətlər  arasında  bir  sıra  beynəlxalq  səfərlər,  seminar  və  təlimlər  keçirilmişdir. 



Azərbaycanlı  ekspertlər  meşə  təsərrüfatı  məsələlərinin  dəstəklənməsi  üçün  Türkiyəyə  səfər 

etmişlər,  hazırda  isə  Qırğızıstan  ərazisində,  Tyan  Şan-Xan  Tenqri  dağlarında  iştirakçı 

ölkələrdən olan ekspertlərin birgə hazırladığı planın həyata keçirilməsi üçün Türkiyədən olan 

nümayəndə heyəti fəaliyyət göstərir. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin