Ətraf müHİt və TƏBİİ ehtiyatlar komiSSİyasi biRİNCİ toplanti hesabat məruzəSİ


TÜRKPA ÜZV ÖLKƏLƏRİNDƏ SƏHRALAŞMA



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix18.05.2022
ölçüsü0,57 Mb.
#58426
1   2   3   4   5   6   7   8   9   10   11
3.Hesabat Etraf.muh.kom

 

TÜRKPA ÜZV ÖLKƏLƏRİNDƏ SƏHRALAŞMA  

AZƏRBAYCAN 

10. BMT-nin  Səhralaşma  ilə  Mübarizə  haqqında  Konvensiyası  Azərbaycan  Respublikasının  24 

aprel 1998-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Azərbaycanda səhralaşma prosesi əsasən 

dağətəyi,  düzənlik  və  ovalıq  ərazilərdə  təbii,  xüsusən  antropogen  amillərin  təsiri  nəticəsində 

baş  verir.  Bu  ərazilərdə  yağıntıların  orta  illik  miqdarı  150-400  mm  arasında  dəyişir,  səthi 

buxarlanma  yağıntının  miqdarından  3-4  dəfə  artıqdır.  İqlim  yarımsəhra  və  quru  bozqır 

yarımtipinə aiddir.  

11. Səhralaşma  prosesi  Kür-Araz  ovalığı  üçün  daha  səciyyəvidir.  Burada  son  illər  əhalinin 

artması,  ərazidə  qaçqın  və  köçkünlərin  məskunlaşması,  kənd  təsərrüfatı,  o  cümlədən 

heyvandarlığa olan tələbatın çoxalması, həmçinin təbii qaz və elektrik enerjisinin çatışmaması 

ilə  əlaqədar  torpaq  və  bitki  örtüyünün  ekstensiv  istifadəsi  nəticəsində  antropogen  səhralaşma 

prosesi  güclənmişdir.  Kür-Araz  ovalığında  səhralaşma  prosesi  Şirvan  düzündə  daha  güclü 

gedir. Burada aparılan tədqiqatlar göstərir ki, bitki və torpaq örtüyünün səhralaşmasının (və ya 

deqradasiyası)  istiqasməti  və  intensivliyini  yaradan  səbəblər  ərazinin  ekoloji  şəraiti  (relyefi, 

bitki örtüyü, torpağı) və antropogen amillərin müxtəlifliyi ilə əlaqədardir. Bu baxımdan ərazini 

aşağıdakı sahələrə bölmək olar: 

1.  Kür  çayı  boyu  tuqay  meşələrinin  deqradasiyası  prosesi,  orada  olan  meşələrin  məhv 

edilməsi,  hədsiz  mal-qara  otarılması  və  meşə  torpaqlarından  kənd  təsərrüfatı  bitkiləri  altında 

istifadə edilməsi ilə əlaqədar baş vermişdir. Bu ərazidə səhralaşma quraqlaşma, bataqlaşma və 

bəzən şor(an)laşma istiqəmətində gedir.  

2. Regionun ovalıq hissəsində suvarılan ərazilərdə səhralaşma prosesini yaradan əsas səbəblər 

müasir  tələblərə  cavab  verməyən  kollektor-drenaj  şəbəkəsi  və  suvarma  işləri  ilə  əlaqədardır. 

Bu ərazidə səhralaşma prosesi torpağın şorlaşması və bataqlaşması istiqamətində gedir.  

3.  Regionun  dağətəyi  hissəsində  səhralaşma  prosesi  bitki  örtüyünün  pozulması,  məhv 

edilməsi, hədsiz mal-qara otarılması, aqrotexniki qaydalara riayət olunmaması ilə əlaqədardır. 

Bu  ərazidə  səhralaşma  prosesi,  səthi  və  yarğan  eroziyası,  suvarma  aparılan  sahələrdə  isə 

irriqasiya eroziyası, bəzən şorlaşma və sürüşmə hadisəsinin yaranması istiqamətində gedir.  



12. Qlobal Ətraf Mühit Fondu (QEF) və BMT-nin İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə 2006-

2009-cu  illərdə  “Torpaqların  birgə  və  davamlı  istifadəsinin  idarə  olunması”  layihəsi  həyata 

keçirilmişdir. Hazırda QEF və BMTİP tərəfindən “Azərbaycanın Böyük  Qafqaz regionunda 

torpaq  və  meşələrin  davamlı  idarə  olunması”  layihəsi  çərçivəsində  torpaqların  və  meşələrin 

davamlı  idarə edilməsi  üzrə qanunvericiliyin  təhlili  və müvafiq  təlimlərin həyata keçirilməsi 

davam etdirilir.  



13. Ölkədə davamlı inkişaf prinsiplərinə əsaslanan milli proqramlar, o cümlədən eroziyaya məruz 

qalmış  torpaqların  bərpası  məqsədilə  bir  sıra  fəaliyyətləri  nəzərə  alan  və  dövlət  büdcəsi 

tərəfindən  maliyyələşdirilən  “Ekoloji  cəhətdən  dayanıqlı  sosial-iqtisadi  inkişafa  dair”, 

“Meşələrin bərpa edilməsi və artırılmasına dair” dövlət proqramları, heyvandarlığı mütərəqqi 

üsullarla  inkişaf  etdirmək  yolu  ilə  məhsuldarlığı  yüksəltmək,  yay-qış  otlaqlarının  və 



 

biçənəklərin  mühafizəsini  gücləndirmək,  onlardan  istifadənin  səmərəsini  artırmaq  və 



biomüxtəlifliyin  qorunub  saxlanılmasını  təmin  etmək  məqsədi  ilə  “Yay-qış  otlaqlarının, 

biçənəklərin  səmərəli  istifadə  olunması  və  səhralaşmanın  qarşısının  alınmasına  dair”  (2004-

2010-cu  illər),  kənd  təsərrüfatı  məhsullarının  istehsalının  artırılmasını  stimullaşdırmaq  və 

əhalinin  ərzaqla  təminatını  yerli  istehsal  hesabına  daha  da  yaxşılaşdırmaq  məqsədi  ilə 

“Əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  (2008-2015-ci  illər)”,  “Regionların 

sosial-iqtisadi inkişafına dair (2014-2018-ci illər)” dövlət proqramları həyata keçirilməkdədir.  



14. BMT-nin    Səhralaşmaya  qarşı  mübarizə  Konvensiyasının  “10  illik  Strateji  Planı”na  uyğun 

olaraq  səhralaşma  ilə  mübarizə  üzrə  Milli  Fəaliyyət  Planı  hazırlanır  və  2015-ci  ildə  qəbul 

olunması nəzərdə tutulur.   


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin