Şükürova Solmaz Gülağa qizi (magistrantin a. S. A)


Postneft erası dövründə Azərbaycanda qeyri-neft sahələrinin



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix20.05.2022
ölçüsü1,11 Mb.
#58756
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
Qeyri-neft sahələrinin diversifikasiyasının mexanizmləri və onun təkmilləşdirilməsinin əsas istiqamətləri

1.3. Postneft erası dövründə Azərbaycanda qeyri-neft sahələrinin 
inkişafının xarakterik cəhətləri. 
2014-cü ilin sonlarından etibarən dünya bazarında neftin qiymətinin kəskin şəkildə 
aşağı düşməsi, maliyyə böhranını dərinləşməsi nəticəsində qeyri-neft sektorunun 
diversifikasiya ölkəmizin həyata keçirməli olduğu ən aktual məsələ oldu. 
Ümümiyyətlə, 21-ci əsrin əvvəllərindən etibarən həyata keçirilən düzgün iqtisadi 
siyasət nəticəsində Azərbaycanda qeyri-neft sahələrinin inkişafında artım müşahidə 
olunmağa başlamış, iqtisadiyyatın neftdən asılılığı tədricən azalmağa başlamışdır. 
2016-cı ilin əvvəllərindən başlayaraq ölkə iqtisadiyyatında yeni bir dövr başlamışdır 
ki, bu dövr “postneft dövrü” termini kimi ölkənin iqtisadi gündəminə daxil olmuşdur. 
Həmin dövrün xüsusiyyəti ondan ibarətdir ki, artıq ölkə iqtisadiyyatı neftdən tam asılı 
deyil, qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisi nəzərəçarpacaq dərəcədə 
artmışdır, Azərbaycan dünya bazarında rəqabətqabiliyyətli məhsullarla çıxış edir, 


28 
keçid dövrünü başa vuran respublikamız ixracyönümlü innovasiyalı milli 
iqtisadiyyatını formalaşdırmağının son mərhələsinə qədəm qoymuşdur.
Dünya iqtisadiyyatında baş verən qlobal maliyyə böhranının bütün milli 
iqtisadiyyatlara olduğu kimi Azərbaycanın da iqtisadiyyatına olan mənfi təsirləri 
özünü büruzə verməyə bilməzdi. Lakin buna rəğmən Azərbaycanda reallaşdırılan 
düzgün sosial-iqtisadi islahatlar, eləcə də bu islahatlarla qarşılıqlı olaraq aparılan 
hüquqi tənzimləmələr məhz həmin mənfi meyllərin minimuma çatdırılmasına səbəb 
oldu. Ölkə prezidentinin uzaqgörən siyasəti nəticəsində hələ qlobal maliyyə 
böhranından öncə hökümətin həyata keçirdiyi iqtisadi siyasətin əsas prioriteti qeyri-
neft sektorunun şaxələndirilməsi olmuşdur və hal-hazırkı dövrdə bu siyasətin icrası 
uğurla davam etdirilməkdədir. Neftdən sonrakı mərhələdə ölkə iqtisadiyyatının 
modernləşməsinin daha da təkmilləşdirilməsi nəticəsində milli iqtisadiyyatımız artıq 
keyfiyyətcə özünün daha üst səviyyəsinə qədəm qoymuşdur. Qeyri-neft sahələrinin 
şaxələndirilməsi mexanizminin lazım olan səviyyədə fəaliyyət göstərməsi, innovativ 
iqtisadiyyatın yaradılması üçün tələb olunan hüquqi bazanın formalaşdırılması, 
istehsal müəssisələrində tamamilə intensiv üsullardan istifadə edilməsi, ölkə 
iqtisadiyyatının klasterial formada inkişafı və digər mühüm məsələlər postneft 
dövrünün əsas xarakterik cəhətlərini özündə ehtiva edir. 
Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili”, 2015-ci ilin isə “Kənd 
təsərrüfatı ili” elan edilməsi və bunlarla əlaqədar tədbirlərin icrası qeyri-neft 
sahələrinin inkişafına yeni bir təkan vermişdir. Postneft erası dövründə aqrar sahədə 
bir çox irəliləyişlərə nail olunmaqla yanaşı bu sahənin məhsulları dünyanın bir çox 
ölkələrinə ixrac edilir. Aqrar sahənin inkişaf etməsinin ölkəmiz üçün müsbət 
cəhətlərindən biri yerli tələbatın daxili istehsal hesabına ödənilməsi, qloballaşma 
şəraitində Azərbaycan üçün mühüm məsələ hesab edilən ərzaq təhlükəsizliyinin 
təmin edilməsi və bunun da nəticəsində iqtiadi təhlükəsizliyin təmin edilmə 
dərəcəsinin yüksəlməsidir. Aqrar bölmədə qeyd edilən dövrün tələblərinə uyğun 
şəkildə 150-dən çox dövlətlə qarşılıqlı əməkdaşlığın aparılması, ekoloji cəhətdən 


29 
təmiz kənd təsərrüfatı məhsullarının xüsusilə Rusiya, Türkiyə, İran və bir sıra Avropa 
ölkələrinin bazarlarına çıxarılması, sahibkar və fermer müəssisələrinin maddi-texniki 
bazasının yaxşılaşdırılması kimi hallar postneft dövründə bu sahənin əsas xarakterik 
cəhətləridir.
Postneft erası dövründə aqrar bölmənin modernləşməsi nəticəsində bu sahədə 
ümumi məhsuldarlığın xeyli dərəcədə yüksəlməsi tendensiyası müşahidə 
olunmaqdadır ki, bu da Azərbaycanın tədiyyə balansına birbaşa olaraq təsir göstərir. 
Belə ki, idxalda ölkəyə gələn əsas və dövriyyə vəsaitlərinin həcmində artım baş verir, 
eyni zamanda ixracın strukturunda dünya bazarında rəqabətə dözən və beynəlxalq 
standartlara cavab verən aqrar məhsulların miqdarı çoxalır və nəticədə qeyri-neft 
sektorunun ixrac qabiliyyətində yüksələn xətt üzrə gedən dinamik inkişaf baş verir. 
Postneft dövründə ölkə regionlarında pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq, 
şəkər çuğunduru və fındıqçılıq bölmələrinin inkişafı aqrar sferada ixrac potensialının 
artması ilə yanaşı yeni iş yerlərinin çoxalmasına və əhalinin həyat səviyyəsinin 
yüksəlməsinə səbəb olmuşdur. 
Neftdən sonrakı dövrdə artıq aqrar sektorun nəzərə çarpacaq xüsusiyyətlərindən 
biri də onun klasterial xarakter almağa başlamasıdır. Vaxtilə məşhur iqtisadçı olan 
M.Porterin fikrincə mühüm olan məsələ o sayılmır ki, bir ölkə hansı məhsulu istehsal 
edir, əsas olan odur ki, istehsal edilən məhsuldan daha yaxşısını və 
rəqabətqabiliyyətli olanını necə əldə etmək mümkündür. Bu fikrin ardı ondan 
ibarətdir ki, ölkədə əvvəlki dövrdə regional siyasət tam düzgün aparılmayıb və məhz 
buna görə də həmin ölkənin məhsulları rəqabətqabiliyyətli deyil. Qeyd etmək 
lazımdır ki, keçid dövrünün sonlarına yaxın Azərbaycan üçün də bu hal xarakterik idi 
və daha sonralar sənayeləşmə, həmçinin modernizasiya siyasəti, eləcə də qeyri-neft 
strategiyasında nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində mühüm 
dəyişikliklərə nail olunmuşdur. Aqrar bölmənin modernizasiyası zamanı bir çox 
xarici ölkələrin, xüsusilə MDB dövlətlərinin təcrübəsindən istifadə edilmişdir və bu 
siyasətin əsas xüsusiyyəti ondan ibarətdir ki, regionların spesifik iqtisadiyyat 


30 
bölmələri inkişaf etdirilsin, həmçinin yeni sahələrin yaradılması arxa planda yer alsın. 
Ümumilikdə götürdükdə isə postneft erası dövründə aqrar bölmənin inkişafının əsas 
xarakterik cəhətləri bunlardır: 
- ayrı-ayrı elmi fikirlərin istifadəsi nəticəsində aqrar bölmədə daha çox gəlir 
gətirən və rəqabətqabiliyyəti digərlərinə nisbətən çox olan sahələrin 
müəyyənləşdirilərək seçilməsi; 
- seçilən sahələr içərisində klasterial iqtisadi inkişafa uyğun olan ən vacib 
bölmələrin müəyyən edilməsi; 
- aqrar bölmənin təkmilləşdirilməsi məsələsinə uyğun olaraq elmi-texniki, təhsil 
və informasiya siyasətinin restrukturuzasiya edilməsi; 
- aqrar sahədə istehsal edilən məhsulların daxili və xarici bazarda daha yaxşı 
tanıdılması üçün marketinq siyasəti və strategiyasının həyata keçirilməsi 
- xarici kapitalın regional sahələrə cəlb edilməsinin kütləvi xarakter alması və 
regionlarda ənənəvi sahələrin sürətli inkişafı; 
- hökumətin həyata keçirdiyi şaxələndirmə siyasətində aqrar bölmənin aparıcı 
mövqeyə malik olması və bu sahənin ixrac imkanlarının daha da genişlənməsi 
və s. 
Ölkə iqtisadiyyatının son dövrlərdəki inkişaf tendensiyalarını araşdırarkən qeyri-
neft sənaye sahələrinin dinamik inkişafını və yüksələn istiqamətdə gedən artım 
tempini sezmək mümkün olur. Belə ki, qeyri-neft sektorunda olan geniş potensialın 
inkişaf etdirilməsində zəruri amil kimi dəyərləndirilən çoxçeşidli xammal bazalarının 
varlığı, həmçinin böyük və genişprofilli sənaye infrastrukturunun formalaşdırılması 
son 7-8 il ərzində sənaye sektorunda qeyr-neft sahələrinin inkişafına stimul verən, 
eləcə də bu inkişafda keyfiyyət və kəmiyyət irəliləyişlərinə səbəb olan əsas 
faktorlardandır. 2017-ci ilin statistik göstəricilərinə əsasən ölkə iqtisadiyyatında 
qeyri-neft sənaye sahələrinin inkişaf tempi ÜDM-in artım dinamikası ilə təqribən 
eyni səviyyədə olmuşdur və bu heç də təsadüfi bir hal olaraq qarşılanmamalıdır. 
Azərbaycan respublikası qeyri-neft sektorunun inkişaf səviyyəsinə görə son 3-4 ildir 


31 
ki, MDB ölkələri arasında ilk beşlikdə öz yerini möhkəmləndirib. Ümumilikdə onu 
qeyd etmək lazımdır ki ,milli iqtisadiyyatımızın sənaye sektorundakı artım tempinə 
neft sənayesinin təkan verməsi dərəcəsi getdikcə azalmaqdadır və bunun əvəzində 
neft sənayesi tədricən öz yerini maşınqayırma və metallurgiya, yüngül və yeyinti, 
kimya,mədənçıxarma sənayesi və İKT-yə vermək üzrədir. Bundan əlavə qloballaşma 
meyllərinin müşahidə olunduğu şəraitdə qeyri-neft sektorunun milli gəlirdə daha çox 
paya sahib olması, bu sahənin inkişafı naminə qəbul edilən proqramların həyata 
keçirilməsi işlərinin kütləvi hal alması, Azərbaycanın həyata keçirdiyi sənayeləşmə 
siyasəti, qeyri-neft strategiyasında nəzərdə tutulmuş tədbirlər planının reallaşdırılması 
postneft dövründə qeyri-neft sektorunun inkişafının xarakterik cəhətləri kimi 
qiymətləndirilə bilər. 
Qeyri-neft sənaye sahələrində müasir texnologiyaları və ETT-nin ən son 
yeniliklərinin tətbiqi get-gedə daha da çoxaldılmışdır ki, bunun da nəticəsində 
elektrotexnika, elektroenergetika, metallurgiya, maşınqayırma kimi bölmələrdə yeni 
və dünya standartlarına cavab verən istehsal müəssisələri yaradılmışdır. Milli 
iqtisadiyyatımızda real ÜDM-in tərkibində özünəməxsus yeri olan qeyri-neft sənaye 
sektorlarından biri ağır sənaye hesab olunur və bu sahə təkcə Azərbaycanda deyil, 
eləcə də regionda strateji əhəmiyyətə malikdir.
Postneft erası dövründə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sənaye sahələri ilə 
paralel şəkildə inkişaf edən və spesifik xüsusiyyətlərə malik olan sahələrdən biri 
İnformasiya Kommunikasiya Texnologiyaları(İKT) hesab edilir. Modern dünyada 
iqtisadiyyatı yüksək inkişaf etmiş, habelə inkişafda olan ölkələrin demək olar ki 
əksəriyyəti məhz bu sektorun inkişafı üçün külli miqdarda vəsait ayırırlar və İKT 
bölməsi yüksək maliyyə tutumlu, eləcə də orta və yaxın dövrdə inkişafa daha çox 
meylli sahə hesab olunur. Hal-hazırkı dövrdə ölkəmizdə İKT bölməsindən əldə edilən 
gəlir təqribən 20-25 faiz həcmindədir və bu gəlirin orta və uzunmüddətli perspektivə 
qeyri-neft sektorunun digər sahələrinin inkişafı üçün sərf edilməsi nəzərdə tutulur. 
Respublikamızda informasiya texnologiyaları sahəsinin, həmçinin rabitənin yüksək 


32 
səviyyədə inkişafına şərait yaradan, ölkə regionlarında bu sahələrin daha da inkişaf 
etməsinə səbəb olan bir çox proqram və layihələrin reallaşdırılması nəticəsində 
İnformasiya Cəmiyyətində(İC) ən aktual məsələlərdən hesab edilən informasiya 
təhlükəsizliyinin 
təmini, 
internetin sürətinin artırılması, paytaxtla yanaşı 
respublikamızın ayrı-ayrı bölgələrində rəqəmsal sistemdən istifadə, İKT sahəsinin 
sürətli inkişafı və bu kimi bir neçə məsələlərin həllində ciddi irəliləyişlərə nail 
olunmuşdur[2 səh 278-279]. 
İKT iqtisadi, siyasi və sosial tərəqqiyə, innovasiyayönümlü milli iqtisadi inkişaf 
modelinin formalaşdırılmasına effektli təsir göstərən əsas faktorlardan biri olmaqla 
bərabər, Azərbaycan iqtisadiyyatının kompleks inkişafını təmin edir. Bundan başqa 
İKT-nin yüksək səviyyədə tətbiqi ölkə əhalisinin intellektual potensialından səmərəli 
istifadə edilməsinə, elmin inkişafına, innovasiyalara və elmi-tədqiqat işlərinə dövlət 
qayğısının artmasına, ETT-nin ən son nailiyyətlərinin milli iqtisadiyyata səmərəli 
şəkildə nüfuz etməsinə səbəb olmuşdur. 
Posneft dövründə Azərbaycanda modern sənaye sahəsi hesab olunan kosmik 
sənayenin formalaşdırılması üzrə işlərin görülməsi diqqətdən yayına bilməz. Bu 
müasir sahənin qeyri-neft bölməsi üzrə ixrac imkanlarının çoxaldılması, ölkəyə külli 
miqdarda gəlir gətirməsi və texnoloji tərəqqiyə stimul verməsi gözlənilir. 2014-cü 
ildə ölkədə “Sənaye ili” elan olunması, sənayeləşmə siyasəti üzrə reallaşdırılan 
tədbirlər və bu sfera üzrə olan Dövlət proqramı son illər ETT-nin və kosmik 
sənayenin tərəqqisinə, qeyri-neft bölməsi məhsullarının ixrac imkanlarının 
genişlənməsinə, eləcə də şaxələndirmənin stimullaşdırılmasına gətirib çıxarmışdır. 
Azərbaycanın bəzi ərazilərində sənaye parklarının və zonalarının yaradılması, “İnsan 
kapitalı” və əhalinin intellektual potensialından səmərəli istifadə, regionlarda 
innovasiya sahibkarlığının inkişafı, həmçinin birbaşa xarici investisiyaların modern 
sənaye bölmələrinə cəlb olunması postneft dövründə qeyri-neft sahələrinin dinamik 
tərəqqisinə və ixracının çoxalmasına səbəb olmaqla bərabər, qeyd edilən dövrdə 
həmin bölmələrin inkişafının əsas xarakterik xüsusiyyətlərini özündə əks etdirir. 


33 
Azərbaycanın iqtisadiyyatda gəlir əldə etməsi üzrə potensial bölmələrdən biri də 
turizm sektorudur. Postneft dövründə ölkəmizin turizm potensialı daha çox artırılmış, 
bölgələrdə infrastruktur obyektlərinin inkişafı nəticəsində ölkəyə gələn turistlərin 
sayında əhəmiyyətli dərəcədə artım baş vermişdir. 2011-ci ildən sonra Azərbaycanda 
demək olar ki, hər 2 ildən bir beynəlxalq yarışlar keçirilir və bütün bunlar müvafiq 
olaraq neftdən sonrakı dövrdə respublikamızın turizm imkanlarının xarici ölkə 
vətəndaşlarına daha yaxşı tanıdılmasına, eləcə də bu sektorda xidmət səviyyəsinin 
keyfiyyətinin artmasına səbəb olur.
Postneft dövründə qeyri-neft sahələrinin tərəqqisinin xarakterik xüsusiyyətləri 
barədə danışarkən onu demək lazımdır ki, artıq ölkə məhsullarının keyfiyyət və 
rəqabətqabiliyyətlilik dərəcəsi artım mərhələsinə qədəm qoyub. Məhz buna görə də 
Azərbaycan hal-hazırkı dövrdə dünya bazarında qeyri-neft sektoru üzrə ixrac edən 
ölkələr sırasındadır və getdikcə məhsullarının keyfiyyət dərəcəsini yüksəldərək bu 
istiqamətdə daha yaxşı pillərə doğru inamla irəliləyir. 
Modernləşmə və sənayeləşmə üzrə həyata keçirilən dövlət siyasətinin ardı postneft 
dövründə reallaşdırılan qeyri-neft strategiyasıdır. Bu strategiya nəticəsində yaxın 10 
il ərzində Azərbaycan qeyri-neft məhsullarının ixracında nüfuzlu ölkələr sırasında yer 
alacaq və neftdən asılılıq dərəcəsi tamamilə yox ediləcəkdir. Bütün bunları 
deməyimizə dövlətimizin klasterial tərəqqi və innovasion inkişafa əsaslanan milli 
iqtisadiyyatı formalaşdırmaq üçün ardıcıl və sistemli şəkildə reallaşdırdığı uğurlu 
işlər əsas verir. Sonda nəticə olaraq onu demək olar ki, postneft dövrünün 
başlanğıcından indiyədək qeyri-neft sahələri və ixrac üzrə diversifikasiyalaşma işləri 
uğurla həyata keçirilməkdədir və bunlar özünü statistik rəqəmlərdə də aşkarcasına 
əks etdirir. 


34 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin