Şükürova Solmaz Gülağa qizi (magistrantin a. S. A)



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix20.05.2022
ölçüsü1,11 Mb.
#58756
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
Qeyri-neft sahələrinin diversifikasiyasının mexanizmləri və onun təkmilləşdirilməsinin əsas istiqamətləri

Mənbə

Azərbaycan 
Respublikasının 
Dövlət 
Statistikası 
Komitəsi 
(
www.stat.gov.az

Cədvəldə göstərilənlərə əsasən söyləyə bilərik ki son 6-7 il ərzində qeyri-neft 
sahələrinə yönəldilən investisiyaların həcmi 2013-ci ildə pik səviyyədə olmuşdur. 
Sonrakı dövrdən etibarən həm ümumilikdə iqtisadiyyata, həm də qeyri-neft sektoruna 
yönəldilən investisiyaların həcmində azalma meylləri müşahidə olunmağa 
başlamışdır. Bunun əsas səbəbləri həmin ərəfələrdə 2 dəfə dalbadal manatın 
devalvasiyası nəticəsində ölkədə maliyyə dayanıqlılığının nisbətən pozulması, milli 
valyutamıza olan inamın azalması, fazi dərəcəsinin yüksək olması, inflyasiya 
proseslərinin əvvəlki illərə nəzərən daha da çoxalması və risk səviyyəsinin artması 
hesab edilir. 2012-ci ildə qeyri-neft bölməsinə yönəldilən kapitalın həcmi 2011-ci 
ildən 24% çox olmaqla bərabər bu kapitalın 76%-i yerli investorların payına 
düşmüşdür. 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sahələrinə yatırılan investisiyaların 
dəyəri təqribən 13,5 milyard manat olmuşdur ki bu sərmayənin 85 faizini Fransa, 


40 
Rusiya, ABŞ, Türkiyə, Norveç və Yaponiya investorlarının yatırımları təşkil etmişdir. 
2014-cü ildən başlayaraq iqtisadiyyatın neft sektorunun inkişafına yönəldilən 
investisiyalrın miqdarı artmağa, qeyri-neft sahələri üzrə isə azalmağa başlamış və bu 
tendensiya 2016-ci ilin sonunadək davam etmişdir. Ölkədə olan maliyyə 
dayanıqsızlığı ilə bərabər dünya bazarında neft qiymətlərinin kəskin surətdə aşağı 
düşməsi və qlobal maliyyə böhranı bu prosesi daha da sürətləndirmişdir. Qeyri-neft 
sahələrinə yönəldilən sərmayənin miqdarı 2014-cü ildə 11,5, 2015-ci ildə 8,8, 2016-cı 
ildə isə 6,3 milyard manat təşkil etmişdir. 2014-cü ildə Azərbaycanda “Sənaye ili” 
elan edilməsi, investisiya siyasətinin təkmilləşdirilməsi, 2016-cı ildən etibarən 
ölkəmizin postneft dövrünə qədəm qoyması və digər amillər qeyri-neft sahələrinə 
yönəldilən investisiyaların həcminin 2017-ci ildən etibarən artması ilə nəticələndi. 
2017-ci ilin statistik göstəricilərinə əsasən qeyri-neft sahələrinə qoyulan sərmayənin 
miqdarı 7,1 milyard manatı bir qədər üstələmişdir ki, bu hesabat ili ilə müqayisədə 
14% çoxdur və ümumi investisiyaların tərkibindəki xüsusi çəkisi 46 faizə yaxındır. 
2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatına yönəldilən investisiyaların həcmi 961 
milyon manat olmaqla bərabər bu sərmayənin 48,7 faizi qeyri-neft bölməsinin payına 
düşmüşdür. 
Müasir şəraitdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sahələrinin əsas 
makroiqtisadi xarakteristikalarından biri də bu sektorun ixracdakı payının illər üzrə 
dəyişməsi tendesiyasıdır. Bildiyimiz kimi uzun müddət ölkə iqtisadiyyatının tədiyyə 
balansında ixrac olunan məhsullarda xam neft və neft məhsulları böyük çəkiyə malik 
olmuşdur. Buna baxmayaraq keçid dövrünün başa çatdığı ildən başlayaraq ixracın 
strukturunda mühüm dəyişikliklər baş verərək qeyri-neft məhsullarının ixracdakı payı 
artmağa, neft məhsullarının payı isə azalmağa başladı. 2011-ci ildə qeyri-neft 
sektorunun xüsusi çəkisi 7, 2012-ci ildə 8, 2013-cü ildə 10, 2014-cü ildə 12, 2015-ci 
ildə 15, 2016-cı ildə 18, 2017-ci ildə isə 21 faiz təşkil etmişdir. Qeyd etmək lazımdır 
ki qeyri-neft sektorunun ixracdakı payında olan spesifik xüsusiyyət bu sektorda 
istehsal olunan məhsulların getdikcə keyfiyyət dəyişikliklərinə daha çox məruz 
qalmasıdır. Postneft dövründə Azərbaycanın həyata keçirdiyi iqtisasi siyasətin əsas 


41 
prioriteti neftdən asılılığın tamamilə yox edilməsidir və getdikcə bu istiqamətdə 
müəyyən uğurlar əldə edilməkdədir. 
Tədqiqatımızın bu bölməsində son 6-7 il ərzində Azərbaycanda qeyri-neft 
bölməsinin müasir inkişafının əsas makroiqtisadi xarakteristikaları barədə təhlil 
aparılmışdır. Son nəticə olaraq qeyri-neft sahələrinin ÜDM-dəki xüsusi çəkisi, 
ixracdakı payı və bu sahələrə yönəldilən investisiyaların miqdarını müasir dövrdə 
müəyyən qədər qənaətbəxş hesab etmək olar. Davos İqtisadi Forumunun hazırladığı 
“Qlobal Rəqabətlilik 2017” hesabatında Azərbaycanın 51, 2017-ci ildə hazırlanan 
“Sənayedə Rəqabətqabiliyyətliliyin Müqayisəli Təhlili” hesabatında isə 54-cü yeri 
tutması bunları deməyə əsas verir. Lakin bu faktı mütləq qeyd etmək lazımdır ki, 
Azərbaycan lazım olan iqtisadi siyasəti vaxtında yerinə yetirməyib və təqribən 10 il 
gecikib. İstənilən halda orta və uzunmüddətli perspektivdə ölkəmizdə qarşıya 
qoyulan məqsədlərə nail olmaq üçün lazım olan iqtisadi mühit və potensial 
mövcuddur. 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin