Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Dissertasiya praktiki olaraq
Azərbaycan iqtisadiyyatındakı problemlərinin həlli yollarını özündə əks etdirən,
müasir makroiqtisadi şəraitdə dayanıqlı və dinamik iqtisadi inkişafa təkan verə
biləcək proqram və proqnozların hazırlanmasında, ixracyönümlü milli iqtisadiyyatın
formalaşdırılmasında və şaxələndirilmə mexanizminin təkmilləşdirilməsində istifadə
oluna bilər. Nəzəri cəhətdən isə tədqiqat işi bu mövzuyla bağlı araşdırma aparan digər
tədqiqatçılar, habelə bir sıra tədris müəssisələrində istifadə etmək üçün baza materialı
rolunu oynayacaq səviyyədədir.
Tədqiqat işinin aprobasiyası və nəticələrinin tətbiqi. Tədqiqat işi kafedranın bir
sıra magistrları və bəzi əməkdaşları tərəfindən müzakirə olunub və yüksək dərəcədə
qiymətləndirilib, eyni zamanda müdafiə üçün uyğun bilinib. Dissertasiya mövzusu ilə
bağlı iki məqalə bir tezis hazırlanıb. Məqalələrdən biri Gəncə Dövlət Universitetinin
“Elmi xəbərlər” jurnalında qəbul olunub və çapa verilməsi nəzərdə tutulur. Digər
məqalənin çapa verilməsinin məqsədəuyğun olması barədə kafedranın dosenti
9
tərəfindən müsbət rəy verilib və həmin məqalə Lənkəran Dövlət Universitetinin
“Elmi xəbərlər” jurnalında qəbul olunub.
Tədqiqat işinin quruluşu və həcmi. Tədqiqat işi giriş, 3 fəsil, 9 paraqraf, 5
cədvəl, 2 şəkil, nəticə və təkliflər, istifadə edilmiş ədəbiyyat siyahısı, habelə rus və
ingilis dillərində xülasə daxil olmaqla 94 səhifədən ibarətdir.
10
Ⅰ FƏSİL. QEYRİ-NEFT SAHƏLƏRİNİN PROBLEMLƏRİNİN TƏDQİQİNİN
NƏZƏRİ - METODOLOJİ ƏSASLARI.
1.1. Qeyri-neft sahələrinin inkişaf problemlərinin tədqiqinin konseptual
əsasları.
Ötən əsrin sonlarında dünyanın siyasi xəritəsində baş verən dəyişikliklər, iqtisadi
inteqrasiya proseslərinin sürətlənməsi, qloballaşma dalğalarının bütün iqtisadiyyatlara
nüfuzu, transmilli korporasiyaların güclənməsi, sosial-siyasi çaxnaşmalar
iqtisadiyyatı bir resursdan asılı olan ölkələrə ciddi təhlükə yaratmaqla bərabər,
onların qarşısında bu asılılığın azaldılması, iqtisadiyyatın şaxələndirilməsi və milli
maraqların mühafizə edilməsi kimi ciddi tələblər ortaya qoydu.
Tarixən bəzi iqtisadi məktəbin nümayəndələri bu mövzu barədə o dövrün tələbləri
şəraitində müəyyən fikirlər irəli sürmüşdülər. A.Smit qeyd edir ki, əgər bir xalqın
müəyyən zəngin sərvətləri varsa, həmin xalqın beynəlxalq ticarət zamanı bu sərvətləri
sataraq varlanması heç də səmərəli sayıla bilməz. Bununla bərabər o, iqtisadi
yüksəlişin və məhsuldar qüvvələrin tərəqqisinin əsas təkanverici qüvvəsi əmək
bölgüsüdür. Həmin dövrdə kiçik dövlətlərin yerli bazarlarının imkanlarının olduqca
məhdud olması bu dövlətlərin beynəlxalq ticarətdə fəal iştirakını həvəsləndirir ki, bu
da iqtisadiyyatın ixtisaslaşmasına səbəb olur və onun faydalılığı artır. Zənnimizcə,
A.Smit müasir dövrdə yaşasaydı, onun bu fikirləri iqtisadiyyatın şaxələndirilməsi
haqqında olardı.
Vilyam Nordxaus və Pol Samuelson kimi iqtisadçılar öz tədqiqatlarında
rəqabətqabiliyyətlilik məsələsinə toxunaraq hər bir ölkə üçün sənaye sektorunun
rəqabətə dözümlülüyünün yüksəldilməsini zəruri hesab etmişlər. Qeyri-neft
sahələrinin inkişafı barədər araşdırmalar aparmış C.Stiqlitz bu fikirləri bildirmişdir:
“Təəssüflə qeyd etmək lazımdır ki, bəzi ölkələrdə olan zəngin neft sərvətləri həmin
ölkə xalqının xoşbəxtliyi sayılmalı deyil, onların ziyanına işləyən bir məqamdır. Belə
olan halda həmin resursun qiymətləri dəyişərkən ölkənin milli valyutasının ümumi
məzənnəsi qeyri-stabil olur və bu hal “Holland sindromu” adlanır. Nəticə etibarıyla
11
ölkədə qeyri-neft sahələri inkişaf etmir və ən əsası, ölkə iqtisadiyyatının rəqabətə
dözümlülüyü artmır”.
Yerli
alimlərdən
Akademik
Z.Səmədzadə
qeyd
edir
ki,
Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafı sadəcə neft-qaz sektoru ilə əlaqədar
olmamalıdır və iqtisadiyyatın şaxələndirilməsi tədbirləri həyata keçirilməlidir.
İqtisadçı-tədqiqatçılar R.Məlikov və C.Soltanov qeyri-neft sahələrinin inkişaf
etdirilməsinin zəruriliyini qeyd etmişlər və bu zaman büdcə-vergi, pul-kredit və
investisiya siyasətinin optimallaşdırılaraq ixracın stimullaşdırılmasının aktuallığını
nəzərə çatdırmışlar. Azərbaycan Respublikasının geoiqtisadi tərəqqisi və milli
maraqların gerçəkləşməsi üzrə tədqiqat aparan İ.Kərimli qeyd etmişdir ki,
ümumilikdə iqtisadiyyatın inkişafı naminə Azərbaycanın regional və qlobal
inteqrasiya proseslərinə qoşulması ən aktual məsələlər sırasındadır. Ə.Muradovun
qənaətinə əsasən isə ölkənin gələcək tərəqqisində qeyri-neft sahələri böyük çəkiyə
malik olacaqdır. Bu istiqamətdə araşdırma aparan daha bir alim Akademik
R.Mehdiyevin fikirlərinə görə ölkəmizin gələcək tərəqqisində bəzi vacib amilləri
nəzərə çatdırmışdır:
- Qeyri-neft sahələrinin genişləndirilməsi vasitəsilə dayanıqlı sosial-iqtisadi
tərəqqiyə müvəffəq olunması;
- İqtisadiyyatın və onun tərkibində qeyri-neft sektorunun şaxələndirilməsi
istiqamətlərinin artırılması və ÜDM-in neftdən asılılığının azaldılaraq qeyri-
neft sektorunun üstünlüyünün təmin olunması;
- İnnovasiyalı milli iqtisadiyyatın yaradılması üçün zəruri investisiya
mexanizminin formalaşdırılması və s[2 səh 48-49].
İnzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçən Azərbaycan 90-cı illərin
əvvəllərində bir çox iqtisadi və sosial problemlərlə qarşılaşmışdır. Ölkə
iqtisadiyyatında böhran baş vermiş, makroiqtisadi qeyri-sabitlik hökm sürmüş,
əhalinin həyat səviyyəsi kəskin şəkildə aşağı düşmüş, iqtisadiyyatda dəfələrlə
inflyasiya baş verməsi nəticəsində ölkənin milli valyutası öz dəyərini itirmişdir.
12
Keçid dövrünün ilk illərində Azərbaycanın müharibə şəraitində olması,
torpaqlarımızın 20 %-nin işğal edilməsi, qaçqın və məcburi köçkün probleminin
yaranması, həmçinin regionlararası disproporsiyaların qabarıq şəkildə özünü büruzə
verməsi ölkəni çıxılmaz vəziyyətə salmışdır.
Qeyd etmək lazımdır ki, inzibati amirlik sisteminin əsas xüsusiyyətlərindən biri
iqtisadiyyatın ölkələrarası asılı vəziyyətdə qurulması idi. Belə ki, düşünülmüş iqtisadi
siyasətin təzahürü kimi SSRİ-nin tərkibindəki ölkələr üzrə istehsal və xammal
zonaları bir ölkədə deyil, ayrı-ayrı ölkələrdə qarşılıqlı asılı vəziyyətdə
yerləşdirilmişdir ki, bu da SSRİ dağıldıqdan sonra Azərbaycandakı iqtisadi və sosial
problemlərin əsas səbəblərindən biri olmuşdur.
Ölkəmizin qarşısında duran mühüm vəzifələr sırasına iqtisadiyyatın həm neft, həm
qeyri-neft sektorunun inkişaf etdirilməsi, maliyyə, əmək, əmtəə və xidmətlər
bazarının formalaşdırılması, tənzimlənməsi və inkişafı olmuşdur. İqtisadiyyatın
inkişaf etdirilməsi üçün Azərbaycanın böyük həcmdə kapitala ehtiyacı var idi ki, bu
kapitalın böyük hissəsi 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” nəticəsində ölkə
iqtisadiyyatına cəlb edilmişdir. Məhz bunun da nəticəsində ölkə iqtisadiyyatı
neftdən asılı olmuş, ölkəyə cəlb edilən xarici investisiyaların demək olar ki hamısı
neft sektoruna yönəldilmiş, qeyri-neft sektorunun inkişaf problemləri yaranmış və
həmin sektorun inkişafı üçün lazımi şərait yaradılmamışdır. Milli iqtisadiyyatda
qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərən amilləri aşağıdakı kimi
xarakterizə etmək olar:
- qeyri-neft sahələrinin inkişafı istiqamətində nəzərdə tutulmuş islahatların
vaxtı-vaxtında reallaşdırılmaması;
- ölkənin milli və iqtisadi təhlükəsizliyinin lazım olan səviyyədə təmin
edilməməsi, daxili bazarın xarici təhlükələrdən qorunmaması, həmçinin ölkə
bazarında xarici məhsulların hökmran mövqe tutması;
13
- qeyri-neft sektorunun inkişafı üçün ixtisaslı kadrların çatışmazlığı,ölkə
əhalisinin intellektual potensialından lazımi səviyyədə istifadə edilməməsi,
təhsilin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitin azlığı;
- iqtisadiyyatdakı
struktur dəyişikliklərinin ləngiməsi və infrastruktur
layihələrinin həyata keçirilməsindəki problemlər nəticəsində dövlətin
innovasiya-investisiya siyasətinin effektivliliyinin qənaətbəxş olmaması;
- regionlar arasında iqtisadi və sosial inkişaf müxtəlifliklərin özünü kəskin
şəkildə büruzə verməsi, Abşeron iqtisadi rayonunun iqtisadiyyatdakı xüsusi
çəkisinin digər rayonlara nisbətən xeyli dərəcədə çox olması və regional
iqtisadiyyatın zəif inkişafı;
- iqtisadi artımın ekstensiv inkişafından istifadə, fiziki və mənəvi cəhətdən
aşınmış texnoloji avadanlıqların istifadəsi nəticəsində təbii resursların
səmərəsiz istifadəsi və aşağı məhsuldarlığın olması;
- ölkə iqtisadiyyatında inhisarçılığın mövcud olması, ölkə bazarında istehsalçılar
arasında rəqabətin yoxluğu nəticəsində aşağı keyfiyyətli, dünya standartlarına
cavab
verməyən
məhsulların
istehsal
edilməsi,
bu
məhsulların
rəqabətqabiliyyətli, həmçinin innovativ olmamasına görə ixracının çətinliyi,
qeyri-neft sahələrinin ÜDM-də, habelə xarici ticarətdə xüsusi çəkisinin az
olması və digər problemlər.
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun mühüm sahələrindən biri olan
kənd təsərrüfatının bazar münasibətlərinə keçid dövründə inkişaf problemləri:
- bu dövrdə kooperativlərin və kiçik müəssisələrin inkişafı üçün onlara ticarət
qiymətlərində tam sərbəstlik verilməsinə baxmayaraq kənd təsərrüfatı
məhsullarına 1998-ci ilədək müxtəlif qiymət məhdudiyyətlərinin qoyulması;
- hakimiyyətdə səriştəsiz adamların olması, ölkədə siyasi qeyri-sabitliyin hökm
sürməsi, bir qrup adamlar tərəfindən hakimiyyətin zəifliyindən istifadə edərək
ölkədəki texnikanın, həmçinin mal-qaranın oğurluq nəticəsində digər ölkələrdə
satılması və bunun da nəticəsində ictimai təsərrüfat formalarının dağılması
təhlükəsinin yaranması;
14
- ölkə əhalisinin üçdə birinin kənd təsərratında çalışmasına baxmayaraq həmin
sahədə işləyənlərin əmək haqlarının vaxtı-vaxtında verilməməsinə görə
onlarda inamsızlığın yaranması və bununla əlaqədar olaraq təsərrüfatların
baxımsız halda olması;
- MDB və digər ölkələrlə iqtisadi əlaqələrin kəsilməsi, istehsal olunmuş
məhsulların üzərinə yanacaq və nəqliyyat xərclərinin əlavə edilməsi
nəticəsində onların qiymətlərinin hədsiz baha olması, bununla əlaqədar olaraq
sosial ədalətin pozulması, həmçinin şəhərlərlə kəndlər arasında kəskin
təbəqələşmənin mövcudluğu;
- islahatlar haqqında bir neçə müddət danışıqlar getməsinə baxmayaraq, lazım
onan qanunların vaxtında qəbul edilməməsi, qəbul edilən qanunların vaxtında
icra edilməməsi, hakimiyyətə qarşı olan inamsızlıq, bir qrup şəxslərin kənd
yerlərində torpaq sahələrini ələ keçirməsi;
- bazar iqtisadiyyatının əsas ünsürlərindən biri olan dövlət mülkiyyətinin
özəlləşdiriliməsi və dövlətsizləşdirmə siyasətinin olduqca gec reallaşdırılması,
həmçinin torpaq islahatı və aqrar qanunların keçid dövrünün ilk illərində qəbul
edilməməsi.
Qeyri-neft sektorunun sahələrindən biri olan turizmin inkişafı üçün əlverişli iqlim
şəraiti, təbii sərvətlər, tarixi-mədəni abidələrin zənginliyi, kurort zonalarının
mövcudluğuna baxmayaraq bu sahənin inkişafında bir sıra mühüm problemlər diqqət
çəkməkdədir. Ölkəmizdə turizmin inkişafına mənfi təsir göstərən amilləri aşağıdakı
kimi təsnifləşdirmək olar:
- istirahət zonalarında, otellərdə xidmətin lazımi səviyyədə olmaması,turizm
zonalarına nəqliyyat infrastrukturunun əlverişsiz olması;
- Azərbaycanda turizm baxımından ən əlverişli zonaların erməsintan tərəfindən
zəbt edilməsi, 4 və 5 ulduzlu otellərin dünya standartlarına cavab verməməsi,
qonşu ölkələrlə müqayisədə qiymətlərin yüksək səviyyədə olması;
- bu sahədə ixtisaslı kadrların çatışmazlığı, otellərdə səhiyyə xidmətinin aşağı
səviyyədə olması, turizmin inkişafına yönəldilən xərclərin azlığı, ölkənin
15
turizm potensialının beynəlxalq miqyasda tanıdılmaması və ölkənin müharibə
şəraitində olması səbəbindən əcnəbi turistlər tərəfindən təhlükəli region olaraq
qiymətləndirilməsi.
Qeyri-neft sektorunun mühüm sahələrindən biri olan maşınqayırmanın zəif inkişafı
90-cı
illərdə özünü açıq şəkildə büruzə vermişdir. Ölkəmizdə neft
maşınqayırmasından başqa maşınqayırma sahələri demək olar ki ,yox vəziyyətində
idi. Bunun əsas səbəbləri kimi ölkədə olan metal emalı zavodlarının baxımsız halda
olması, müasir texnologiyaların olmaması, ölkənin elmi-texniki potensialından
səmərəli istifadə edilməməsi, bu sahənin maddi-texniki təchizatının aşağı səviyyədə
olması, xammalın əldə olunması zamanı yaranan çətinlikləri, həmçinin maşınqayırma
sənayesinin yüksək enerjitutumluğuna malik olması, əsas fondların kütləvi sürətdə
aşınmasını və digər amilləri qeyd etmək olar. Maşınqayırma sənayesi ilə bilavasitə
əlaqədə olan sahələrdən biri metallurgiya sahəsidir ki, keçid dövrünün ilk 10 illiyində
bu sənaye sahəsinin inkişafında da bir çox problemlər mövcud olmuşdur. İlk olaraq
onu qeyd etmək lazımdır ki inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçən
Azərbaycanda təsərrüfat əlaqələrinin birdən-birə pozulması, ölkədə metal emalı
zavodlarının çatışmazlığı, mövcud olan zavod və müəssisələrin xammal bazasının
yaxınlığında olmaması, köhnə texnologiyaların tətbiqi nəticəsində filiz yataqlarının
səmərəsiz istifadəsi kimi səbəblər metallurgiya sənayesinin inkişafına mənfi təsir
göstərmişdir. Bundan əlavə qiymətli metal və digər filiz yataqlarının yerləşdiyi
Dağlıq Qarabağın erməni işğalı altında olması, maliyyə və ixtisaslı kadr çatışmazlığı,
habelə ölkəmizin dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrinin ilk illərdə zəif
olması və başqa amillər də Azərbaycanda bu sahənin inkişafına mane olmuşdur.
Bazar iqtisadiyyatına keçid şəraiti və bununla əlaqədar yaranmış məlum
problemlər xalq təsərrüfatının digər sahələrində olduğu kimi yüngül və yeyinti
sənayesinin inkişafında da bir çox çətinliklər yaratmışdır. Adı çəkilən sənaye
sahəsinin inkişafına mane olan problemlərə aşağıdakıları aid etmək olar:
- Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə bir çox xammal
növlərinin(pambıq, ipək, yun, gön-dəri) istehsalının geniş həcmə malik
16
olmasına baxmayaraq SSRİ dağıldıqdan sonra xammal çatışmazlığının
mövcudluğu;
- xüsusilə yüngül sənayedə tələb edilən özəlləşdirilmə proqramlarının vaxtında
qəbul edilərək həyata keçirilməməsi, həmçinin yüngül və yeyinti sahələrinin
inkişafına təkan verə biləcək investisiya layihələrinin reallaşdırılmaması;
- ölkədə maliyyə böhranının mövcudluğu və kapital çatışmazlığı, respublikada
olan müəssisələrin əksər hissəsinin öz fəaliyyətini dayandırması, daxili
tələbatın ödənilməməsiylə əlaqədar olaraq xarici məhsulların Azərbaycan
ərazisininə kütləvi sürətdə idxal edilməsi;
- bu sahələrdə istehsal edilən məhsulların beynəlxalq standartlara cavab
verməməsi, dünya bazarına çıxış imkanlarının demək olar ki mümkün
olmaması və s. problemlər.
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ənənəvi sahələrindən biri olan
kimya sənayesi qloballaşma şəraitində dünya iqtisadiyyatında aparıcı sənaye
sahələrindən biri olsa da ölkəmizdə bu sahənin neft-kimya bölməsindən başqa digər
növlərinin inkişafını qənaətbəxş hesab etmək olmaz. Hələ ötən əsrin sonuncu
onilliyində bu sahənin inkişafına mənfi təsir göstərən bir çox amillər mövcud
olmuşdur. Həmin amillərə nümunə olaraq qeyd edilən dövrdə bu sənaye sektorunun
sahə və ərazi strukturunun qeyri təkmil olması, fəaliyyət göstərən müəssisələrin
dövrün tələblərinə cavab verməməsi, enerji və bəzi xammal resurslarının
çatışmaması, kimya sənayesinin inkişafının idxaldan asılı hala düşməsi, dünya
standartlarına cavab verən texnologiyaların və ixtisaslı kadrların yoxluğuna görə son
məhsulun əldə edilə bilməməsini, həmçinin enerji resurslarının həddindən çox
istehlakını və xammalın səmərəsiz istifadəsini aid etmək olar. Kimya sənayesinin
inkişafına birbaşa təsir edəcək sahələrdən biri olan energetika sənayesi öz inkişaf
yolunda bir çox çətinliklərlə üzləşmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda 90-cı illərin ikinci yarısından etibarən neft-
qaz sektoru tədricən inkişaf etməsinə baxmayaraq YES-in digər bölmələri lazımi
səviyyədə inkişaf etməmişdilər. Azərbaycan respublikası əlverişli iqlim şəraitinə və
17
zəngin təbii ehtiyatlara malik olmasına rəğmən düzgün aparılmayan iqtisadi siyasətin
nəticəsində energetika sənayesinin inkişafında ləngimələr baş vermişdir. SES və İES-
lərdə yenidənqurma işlərinin vaxtında həyata keçirilməməsi, mövcud stansiyaların
və ötürücü şəbəkələrin azlığı, ölkədə istehsal olunan enerjinin yerli tələbatı ödəyə
bilməməsi, enerjinin istehsalı və ötürülməsi zamanı itkilərin xeyli dərəcədə çox
olması kimi məsələlərin mövcudluğu və adı çəkilən problemlərin həlli istiqamətində
lazımi addımların zamanında atılmaması nəticəsində bu sahənin inkişafında olan
ləngimələr özünü daha qabarıq şəkildə büruzə vermişdir.
Bazar iqtisadiyyatına keçən Azərbaycan Respublikasında əhalinin həyat
səviyyəsinin kəskin şəkildə aşağı düşməsinin əsas səbəblərindən biri də həmin dövrdə
sosial sfera sahələrinin nəinki sabitlik və inkişafa meyilli xarakteristikası, əksinə
sürətlə geriləməsi meyllərinin müşahidə olunması məsələsi idi. Ümumiyyətlə qeyd
edilən dövrdə sosial sfera sahələrinin inkişaf problemlərini tədqiq edərkən bir çox
mühüm məsələləri qeyd etmək lazımdır. Birinci məsələ ondan ibarətdir ki,
Azərbaycan sosial yönümlü bazar iqtisadiyyatının prinsiplərini əsas götürməsinə
baxmayaraq 90-cı illərin ilk yarısında yoxsulluq və işsizlik səviyyəsinin olduqca
yüksək olması, əhaliyə ödənilən əməkhaqlarının və sosial müavinətlərin onların
minimum tələbatlarını ödəməməsi, bu kimi problemlərin həlli istiqamətində atılan
addımlarının nəticəsinin özünü olduqca gec büruzə verməsi və digər buna oxşar
hallar mövcud olmuşdur. İkinci mühüm məsələ təhsilin inkişafına mane olan
amillərlə əlaqədardır. Belə ki, təhsilə ayrılan xərclərin cüzi miqdarda olması, ixtisaslı
kadr çatışmazlığı, təhsil müəssisələrində fəaliyyət göstərən kadrların sovet təhsilli
olması və onların bilik səviyyəsinin bu dövrün tələblərinə tam cavab verməməsi,
informasiya mənbələrinin çatışmazlığı və s. kimi aktual problemlər təhsilin
inkişafında bir növ sədd funksiyasını yerinə yetirmişdir. Təhsil və elmin inkişafında
yaranan problemlər birbaşa olaraq innovasiyalı milli iqtisadiyyatın formalaşması
üçün lazım olan fundamentin yaradılmasını mümkünsüz etməsilə yanaşı qloballaşma
şəraitində ölkə məhsullarının dünya standartlarına cavab verməməsi ilə
nəticələnmişdir. Qeyd edilməsi vacib olan üçüncü məqam isə hər bir cəmiyyətdə
18
gələcək nəsillərin sağlam inkişafı üçün əsas sahələrdən biri olan səhiyyədir ki, bu
sahənin inkişafında eynilə təhsillə bilavasitə əlaqədar və oxşar olan problemlər özünü
göstərmişdir. Bundan əlavə tibbi xidmətin aşağı səviyyədə olması, səhiyyə
müəssisələrinin lazımi dərəcədə maliyyələşməməsi, köhnə tibbi avadanlıqlardan
istifadə, maddi-texniki strukturun dağınıq və qeyri-təkmil olması və bunun kimi
başqa amillər də adı çəkilən sahənin inkişaf problemləri sırasına daxildir.
Qeyri-neft sektorunda xüsusi yerə sahib olan sahələrdən mənzil-kommunal
təsərrüfatı, nəqliyyat və rabitə, habelə tikinti kompleksinin inkişafına mane olan
amillər bunlardır:
- xüsusilə mənzil-kommunal təsərrüfatı və tikinti sektorunun inkişafına
investisiyaların cəlb edilməsi üçün iki mühüm qanunun qəbul edilməsinə
baxmayaraq, ölkədəki kapital çatışmazlığı nəticəsində həmin qanunların gec
effekt verməsi və əhalinin gəlir səviyyəsinin az olması, habelə ölkədə sosial və
siyasi gərginliyə görə xarici investorların ümumilikdə Cənubi Qafqaz
regionuna, həmçinin Azərbaycana maraq göstərməməsi;
- SSRİ dağıldıqdan sonra bir çox dəmir yolu xətlərinin öz fəaliyyətini
dayandırması, Dağlıq Qarabağın işğalı nəticəsində Azərbaycanın Türkiyə
ərazisinə keçidini asan təmin edən Bakı-Ələt-Culfa avtomagistralının
istifadəsinin qeyri-mümkünlüyü, ölkədəki nəqliyyat infrastrukturunun yararsız
hala düşməsi;
- Ermənistanla müharibə şəraitinə görə həmin dövrdə Azərbaycanın tranzitivlik
əhəmiyyətinin xeyli dərəcədə aşağı düşməsi, maşınqayırma və gəmiqayırma
sənayesinin inkişaf səviyyəsinin qeyri-qənaətbəxş olması, Abşeron iqtisadi-
coğrafi rayonu istisna olmaqla digər bölgələrdə nəqliyyatın inkişafı üçün
tədbirlərin nadir hallarda və olduqca gec reallaşdırılması;
- bazar münasibətlərinin yaranması şəraitində teleradio və telefon sisteminə
Azərbaycanda yeni texnologiyaların tətbiq edilməməsi, İKT-nin yox
dərəcəsində olması, regionlarda olan rabitə xətlərinin və avadanlıqlarının
19
çoxunun yararsız halda olması, ölkədə kompüter və internet texnologiyalarını
idarə edə biləcək kadrların olmaması;
- tikinti sektorunun inkişafı üçün lazım olan dövlət sifarişləri və kontrakt
sisteminin zamanında formalaşdırılmaması, ölkənin müharibə şəraitində olması
nəticəsində tikinti materialları istehsalının azalması, ölkədə olan siyasi
gərginlik və mitinqlərin, habelə sosial çaxnaşmaların mövcud olması və digər
problemlər.
Hər hansı bir ölkənin iqtisadiyyatı daha çox bir sektordan asılı olduğu və digər
sahələrin inkişafının zəif olduğu hallarda həmin ölkə iqtisadiyyatının diversifikasiyası
zərurəti ortaya çıxır. Bu məsələ ilə əlaqədar olaraq hələ ötən əsrin ortalarında iqtisadi
ədəbiyyata “Holland sindromu” termini daxil olmuşdur. Bu halın 21-ci əsrin
əvvələrində Azərbaycan üçün də xarakterik olduğunu qeyd etmək lazımdır, hansı ki
dünya iqtisadiyyatında baş verən böhran nəticəsində özünü daha qabarıq şəkildə
büruzə verdi. Demək olar ki, keçid dövrünün bütün mərhələlərində ölkəmiz dünya
bazarında əsasən xam neft ilə təmsil olunurdu və bu hal Azərbaycan iqtisadiyyatı
üçün ciddi təhlükə hesab olunurdu. Daha bir qeyd edilməli məqam ondan ibarətdir ki
Azərbaycan Respublikası qloballaşma proseslərinə hazır olmadığı dövrdə, yəni
vaxtından daha tez qoşularaq bu prosesin subyekti əvəzinə onun obyektinə çevrildi.
Bütün bunların nəticəsində ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft
sektorunun inkişafı müasir dövrün ən aktual məsələsinə və probleminə çevrilmişdir.
Qeyri-neft sahələrinin inkişaf problemlərinin ətraflı tədqini nəticəsində ən mühüm
problemlər haqqında danışmaqla yanaşı onu da nəzərə çatdırmaq lazımdır ki
Azərbaycanda gec də olsa bu problemlərin həlli istiqamətində mühüm addımlar
atılmışdır və bütün bunların nəticəsi xüsusilə postneft dövründə özünü göstərməyə
başlamışdır. Tədqiqatın bu hissəsində 1990-1996 və qismən 3-cü minilliyə yaxın
dövrdə olan problemlərdən söhbət açılmışdır. Tədqiqat işinin sonrakı mərhələsində
həmin problemlərin həlli üçün görülən tədbirlər, habelə qeyri-neft sektorunun inkişaf
xüsusiyyətləri haqqında ətraflı danışacağıq.
|