Şükürova Solmaz Gülağa qizi (magistrantin a. S. A)


Strateji Yol Xəritəsinin başlıca hədəf, məqsəd, prioritet və metodologiyasına



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix20.05.2022
ölçüsü1,11 Mb.
#58756
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
Qeyri-neft sahələrinin diversifikasiyasının mexanizmləri və onun təkmilləşdirilməsinin əsas istiqamətləri

3.2. Strateji Yol Xəritəsinin başlıca hədəf, məqsəd, prioritet və metodologiyasına 
uyğun qeyri-neft sahələrinin inkişaf imkanları. 
Keçid dövrünü başa vurduqdan sonrakı vaxt ərzində Azərbaycan Respublikası 
iqtisadi tərəqqi səviyyəsinə görə dünya dövlətləri arasında qabaq pillələrdə yer 
tutmuşdur. Uğurlu iqtisadi siyasət nəticəsində neft gəlirləri infrastruktur obyektlərinin 
modernləşdirilməsinə və qeyri-neft sahələrinin inkişafına yönəldilmiş, əhalinin həyat 
səviyyəsi 
xeyli 
dərəcədə 
yüksəlmiş, zəngin strateji valyuta ehtiyatları 
formalaşdırılmışdır. Lakin 2014-cü ildən etibarən dünya bazarında neft qiymətlərinin 
qəflətən aşağı düşməsi, böhran səbəbiylə qonşu dövlətlərdə iqtisadi geriləmənin 
müşahidə olunması, ölkənin tədiyyə balansında və büdcəsində olan defisit, qlobal 
meyllər və çağırışlar, habelə maliyyə sektorunda qeyri-sabitlik Azərbaycanın müasir 
inkişaf konsepsiyasına keçməsi prosesini aktual ünsürə çevirdi. Bu məqsədlə “Milli 
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” adlı qanunverici 
sənəd qəbul edilmişdir ki, bu sənədin tərkibinə iqtisadiyyatın 11 sahəsi üzrə 
bütövlükdə 12 yol xəritəsi daxildir. Olduqca əhəmiyyətli olan bu sənəddə nəzərdə 
tutulan tədbirlərin reallaşdırılması nəticəsində milli iqtisadiyyatın quruluşunun 
yenilənməsi, biznes və sahibkarlıq mühitinin yaxşılaşdırılması, qeyri-neft 
məhsullarının dünya bazarına çıxış imkanlarının artırılması və tam olaraq üzən 
məzənnə rejiminə keçidin baş tutması mümkün olacaqdır. Bütün bunlarla yanaşı, 4 
mühüm strateji hədəf müəyyən edilmişdir ki, həmin hədəflərə nail olunması maliyyə 
və real sektorları üzrə qarşılıqlı optimal balansın yaranmasını və dayanıqlı iqtisadi 
artıma şərait yaradacaqdır[12 səh 4]. 


69 
Birinci strateji hədəf vasitəsilə ölkəmizdə fiskal stabillik yaradılacaq və məzənnə 
rejiminin üzən forması əsasında pul siyasəti həyata keçiriləcək, eyni zamanda 
monetar və fiskal siyasətlərin qarşılıqlı şəkildə uyğunlaşdırılması makroiqtisadi 
qeyri-sabitliyi aradan qaldıracaq. Ümumilikdə bu strateji hədəfə görə Azərbaycan 
iqtisadiyyatı uzun müddət neftdən asılı vəziyyətdə olmuşdur və bu asılılığın istər 
qısa, istərsə də uzunmüddətli dövr ərzində azaldılması lazımdır. Neft-qaz 
ehtiyatlarının tükənən xarakterə malik olması, dünyanın iqtisadi simasında alternativ 
enerji mənbələrinin getdikcə üstünlüyü ələ keçirməsi və dünya bazarında neft 
qiymətlərinin qeyri-stabil olması kimi amillər fiskal asılılıq formalaşdırır ki, bunun da 
bir sıra mənfi fəsadları mövcuddur. Misal üçün, neft qiymətlərinin kəskin şəkildə 
aşağı düşməsi ÜDM-nin dünya bazarındakı dəyərinin qəflətən azalmasına, bu da öz 
növbəsində milli valyutanın digər valyutalara nəzərən ucuzlaşmasına və ona olan 
inamın azalmasına səbəb olur. Qlobal makroiqtisadi tendensiyalar və 
proqnozlaşdırılması mümkün olmayan xarici təsirlər nəticəsində yaranan potensial 
təhlükələrin 
aradan qaldırılması və gələcək nəsillər naminə ehtiyatın 
formalaşdırılması məqsədi, eləcə də birinci strateji hədəfə müvəffəq olmaq üçün 3 
prioritet tədbirin reallaşdırılması nəzərdə tutulmuşdur. Birinci prioritet ondan 
ibarətdir ki, neftdən gələn gəlirlərin Maliyyə Nazirliyinə köçürülməsi tənzimlənərək 
“Qızıl” qayda tətbiq ediləcək. Yaxın illərədək bu köçürmə neft qiymətlərindən asılı 
idisə, hal-hazırkı və gələcək dövr üçün neft qiymətlərinin “Minimum” həddinin 
müəyyənləşdirilməsi prosesi reallaşdırılır və bununla ÜDM-in, o cümlədən dövlət 
xərclərinin neftdən asılılığının yox edilməsi planlaşdırılır. Bütün bu proseslər eyni 
zamanda manatın məzənnəsində sabitliyin yaranmasına və nəticədə iqtisadi artım 
templərinin artmasına, diversifikasiya siyasətinin sürətləndirilməsinə, qeyri-neft 
sahələrinin və özəl sektorun inkişafına öz müsbət töhfəsini verəcəkdir. Qeyd edilən 
strateji hədəfə nail olmaq üçün dövlət xərclərinin sabit saxlanılması, büdcə kəsri 
yarandıqda onun Maliyyə Nazirliyindəki neft gəlirləri ilə aradan qaldırılması və 
həmin gəlirlərin səmərəli formada şaxələndirmə işlərinə sərf edilməsi əsas şərtlər 
sırasına daxildir. İkinci vacib prioritet dövlət investisiyalarının səmərəli və effektiv 


70 
şəkildə iqtisadiyyatın qabaqcıl sahələrinə yönəldilməsidir və bu prioritet xərc yaxud 
investisiya intizamı adlandırılır. Effektiv xərc siyasəti lazımi texnoloji tərəqqi və 
insan kapitalının inkişafı istiqamətində doğru layihələrin müəyyənləşdirilməsinə 
şərait yaradır, xərclərin gələcək inkişaf üçün stimulverici funksiya yerinə yetirən 
bölmələrə istiqamətlənməsinə imkan verir, iqtisadi resurslardan rasional şəkildə 
istifadə olunmasını təmin edir və həmin siyasət zamanı yatırılan sərmayənin gəlirlilik, 
habelə özünüödəmə dərəcəsi kimi aspektlər diqqət mərkəzində saxlanılır. Maliyyə 
stabilliyini və çoxprofilli fiskal dayanıqlılığı təmin etmək məqsədilə ölkəmizdə 
inteqrasiya edilmiş və Azərbaycanın balans hesabatı, xərc və gəlirlərini özündə ehtiva 
edən fiskal xərclərə nəzarət dairəsinin formalaşdırılması nəzərdə tutulur. İlkin strateji 
hədəf çərçivəsində olan üçüncü prioritet qiymətlərin stabilliyinin təmin olunması və 
səmərəli pul siyasətinin həyata keçirilməsidir. Bu prioritetin reallaşdırılması ölkə 
iqtisadiyyatında olan makroiqtisadi qeyri-sabitliyi aradan qaldırmaqla yanaşı, nəzərdə 
tutulmuş məqsədlərə nail olunmasına güclü təsir göstərəcəkdir. Birinci strateji 
hədəfin qeyri-neft sahələrinin inkişafına yaratdığı şərait haqqında onu demək olar ki, 
ölkə iqtisadiyyatında maliyyə dayanıqlığı və milli valyuta məzənnəsinin stabil 
olması, həmçinin inflyasiya templərinə nəzarət həmin sahələrin şaxələndirilməsi 
mexanizminin təkmilləşdirilməsinə olduqca güclü təkan verəcək, eyni zamanda 
manatın devalvasiyası nətinəsində qeyri-neft bölmələrindəki məhsul və xidmətlərin 
ixrac imkanları genişlənəcəkdir. 
İkinci strateji hədəfin əsas aspektləri respublikamızda iqtisadi yüksəliş naminə 
müasir ehtiyat vasitələrdən yararlanmaq, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft 
sahələrinə daha çox kapitalın cəlb olunması üçün milli iqtisadiyyatda özəl bölmənin 
çəkisinin çoxaldılması istiqamətində vacib islahatların reallaşdırılması, eləcə də yerli 
müəssisələrin beynəlxalq bazarda daha yaxşı mübarizə apara bilməsi məqsədilə 
onların fəaliyyətinin və idarəetmə təcrübələrinin təkmilləşdirilməsinə yönəldilmiş 
proqramların yaradılmasıdır. Azərbaycanda iqtisadi aktivliyi yüksəltmək, özəl 
meyllərə qayğı göstərmək, əlverişli rəqabət şəraiti yaratmaq, müasir dövrün 
tələblərinə adekvat şəkildə lazımi struktur islahatlarının həyata keçirmək və ölkə 


71 
iqtisadiyyatının effektivliyini artırmaq naminə dövlətsizləşdirmə və özəlləşdirmənin 
intensivləşdirilməsi iqtisadi siyasətin prioritet istiqamətləri sırasına daxildir. Dünya 
təcrübəsinə əsasən demək olar ki, bu siyasətin həyata keçirilməsi ölkə iqtisadiyyatının 
ümumi inkişafına səbəb olur və külli miqdarda sərmayənin ayrı-ayrı bölmələrə 
yönəldilməsi prosesi daha da asanlaşır, əlbəttə ki, bu hal Azərbaycan üçün də 
keçərlidir və respublikamızda qeyri-neft sahələrinin inkişaf etməsinə yeni imkanlar 
formalaşdıracaqdır. Qeyd edilən islahatlar və qəbul edilən proqramlar iqtisadi 
potensialın güclənməsinə, ölkə bazarlarında azad rəqabətin yaranmasına, bir çox 
müəssisələrin restrukturizasiya olunmasına və onların fəaliyyətində modern 
idarəetmə metodları, habelə müasir texnologiyalarından istifadə etməsinə imkan 
yaratmışdır. 
İkinci 
strateji 
hədəf 
çərçivəsində 
də 
bəzi 
prioritetlər 
müəyyənləşdirilmişdir ki, onlardan birincisi milli iqtisadiyyatda dövlət bölməsinin 
funksiyasının 
effektivliyinin 
çoxaldılması 
prosesinin 
rasional 
şəkildə 
reallaşdırılmasıdır. Adı çəkilən prioritetdə 2 vacib məsələyə diqqət yetirmək lazımdır. 
Əvvəla, hər hansı müəssisə dövlət mülkiyyətinə sahibdirsə, bu müəssisə həmin 
mülkiyyətin saxlanılması və ya özəlləşdirilməsi ilə əlaqədar qərarı o vaxt verə bilər 
ki, bu qərar onun rentabelliyinin yüksəlməsi və fəaliyyətinin təkmilləşdirilməsi ilə 
nəticələnsin. İkincisi, əsasən ölkə regionlarında fəaliyyətsiz şəkildə olan, rəqabət 
imkanlarına malik və iqtisadi-sosial tərəqqini stimullaşdıran müəssisələrə daha çox 
üstünlük verilməlidir. Tədqiqat apardığımız strateji hədəfin daha bir prioriteti 
özəlləşdirilmə və dövlətsizləşdirmə prosesi zamanı istifadə edilən qaydaların hər iki 
tərəf arasında qarşılıqlı şəkildə qəbul edilməsi və onların maraqlarının qorunmasıdır. 
Ən nəhayət, ikinci strateji hədəfin sonuncu prioriteti özəlləşdirilmə və 
dövlətsizləşdirilmə siyasətini həyata keçirən zaman uyğun sərmayədarların cəlb 
olunması məsələsidir. Bu prioritet eyni zamanda, qanunvericilik prinsiplərini və 
hüquqi müdafiəni özündə əks etdirir. Qeyd etmək lazımdır ki, ikinci strateji hədəf 
çərçivəsində nəzərdə tutulan tədbirlər hal-hazırda uğurla reallaşdırılmaqdadır və 
bütün bunların nəticəsində qloballaşma şəraitində milli iqtisadiyyatlar üçün ən önəmli 
məsələlərdən biri hesab edilən investisiyaların iqtisadiyyatdakı xüsusi çəkisinin 


72 
çoxalması məqsədinə yüksək dərəcədə nail olunmuşdur. Daha bir vacib məqam 
ondan ibarətdir ki, iqtisadi cəhətdən geri qalmış bölgələr get-gedə inkişaf edir, yeni iş 
yerləri yaradılır, regionlardakı fəaliyyətini dayandıran müəssisələrin təsərrüfat 
dövriyyəsinə cəlb edilməsi nəticəsində qeyri-neft sektorunun yeni inkişaf imkanları 
formalaşır.
Üçüncü və ən önəmli hesab edilən strateji hədəf postneft erası dövründə 
Azərbaycanda insan kapitalı və əhalinin intellektual potensialından daha səmərəli 
istifadə 
olunmasıdır. 
İnformasiya 
cəmiyyətində 
əmək 
məhsuldarlığının 
yüksəldilməsi, davamlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın rəqabət 
qabiliyyətinin artırılması və onun beynəlxalq aləmə inteqrasiyasında insan kapitalı 
mühüm rol oynayır. Yuxarıda sadaladıqlarımıza müvəffəq olmaq üçün təhsilin 
keyfiyyətinin yaxşılaşdırılması, kadrların bilik və bacarıqlarının təkmilləşdirilməsi
müasir əmək bazarına adekvat şəkildə yüksək ixtisaslı kadrların hazırlanması, 
müəssisələrin tədqiqat işlərinə investisiya yatırması üzrə həvəsləndirici işlərin 
görülməsi və əhalinin intellektual potensialından effektiv istifadə olunması 
əhəmiyyətli məsələlərdir. Üçüncü strateji hədəfin ilk prioriteti müasir insan 
kapitalının yaradılması və bütün təhsil pillələrində keyfiyyətin artırılması hesab edilir 
ki, Azərbaycanda bu istiqamətdə müəyyən tədbirlər reallaşdırılmaqda, bir çox layihə, 
proqram və strategiyalar həyata keçirilməkdədir. Bütün bunlar isə öz növbəsində 
elmtutumlu iqtisadiyyat bölmələrinin formalaşmasına, diversifikasiya mexanizminin 
təkmilləşdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. İkinci əhəmiyyətli prioritet 
əmək məhsuldarlığının artırılması istiqamətində insan kapitalına investisiya 
qoyulmasının həvəsləndirilməsidir. Bu prioritetin reallaşdırılması ilə insan kapitalı bir 
tərəfdən iqtisadi tərəqqinin əsas təkanverici qüvvəsi olacaq, başqa bir tərəfdən isə 
intellektual yaradıcılıq əsasında formalaşan iqtisadi inkişaf modelinə keçidin 
təminatçısı rolunu oynayacaq və nəticədə Azərbaycan məhsullarının dünya bazarında 
rəqabətqabiliyyətliliyi artacaq, habelə insan kapitalına sərmayə yatırımlarını 
stimullaşdıracaq. Qeyd etdiyimiz strateji hədəf ölkəmizdə innovasiya və ixrac 
yönümlü milli iqtisadiyyatın yaradılması, qeyri-neft sahələrinin ixrac qabiliyyətinin 


73 
çoxalması, KOS-un inkişafı, müasir texnologiyalara əsaslanan sənaye sahələrinin 
formalaşdırılması və şaxələndirmə istiqamətlərinin həvəsləndirilməsinə gətirib 
çıxaracaq. 
Dördüncü strateji hədəfin əsas xüsusiyyətləri əlverişli biznes və sahibkarlıq 
şəraitinin daha da təkmilləşdirilməsi hesab olunur. Qlobal iqtisadi meyllər qeyri-neft 
sahələrinə, xüsusilə özəl sektora kapital yatırımlarını həvəsləndirmək üçün əlverişli 
biznes və sahibkarlıq şəraitinin daha da yaxşılaşdırılmasını tələb edir və hal-hazırkı 
dövrdə Azərbaycan dövləti bu istiqamətdə zəruri işlər görməkdədir. Bu strateji 
hədəfin birinci prioriteti əlverişli biznes və sahibkarlıq şəraitinin daha da 
təkmilləşdirilməsi siyasətində dövlətin rolunun artırılmasıdır. Azərbaycanda 
sahibkarlığın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və inkişafı üçün müvafiq 
sahədə qanunverici bazanın təkmilləşdirilməsi, müasir təcrübəyə əsaslanan əlverişli 
investisiya və biznes mühitinin yaradılması, habelə onun cəlbediciliyinin daha da 
çoxaldılması, mütərəqqi qanunverici baza və hüquqi tənzimləmə sisteminin 
formalaşdırılması istiqamətində ölkəmiz ardıcıl və sistemli şəkildə dövlət-sahibkar 
əlaqələrinin yaxşılaşdırılması, bu fəaliyyət növü üzrə süni müdaxilələrin və qanunsuz 
halların yox edilməsi, ixrac imkanlarının və rəqabətqabiliyyətliyinin artırılması, eləcə 
də sahibkarlara dünya standartlarına cavab verən elektron xidmətlərin göstərilməsi 
sferasında kompleks işlər reallaşdırmaqdadır. Bununla yanaşı, qeyri-neft 
sektorundakı məhsul və xidmətlərin ixracını artırmaq üçün azad ticarət 
müqavilələrinə qoşulması, milli standartlaşdırma mexanizminin və texniki 
tənzimlənmənin beynəlxalq prinsiplərə adekvat şəkildə təkmilləşdirilməsi, optimal 
vergi siyasəti üzrə Azərbaycan Respublikası uğurlu strategiya yönəltməkdədir. İkinci 
prioritetin mahiyyətini isə həvəsləndirici tədbirlərlə biznes mühitinin davamlığının və 
etibarlığının gücləndirilməsi təşkil edir. Müasir dövrdə regional və qlobal çərçivədə 
kapitalın cəlb olunması üzrə mübarizə intensivləşir və biznes mühitinin 
təkmilləşdirilməsi 
vasitəsilə 
dünya 
dövlətləri 
daha 
güclü 
iqtisadiyyat 
formalaşdırmağa çalışır. Hal-hazırkı şəraitdə dördüncü strateji hədəf üzrə görülən 
işlər regionlarda əhalinin həyat səviyyəsinin yüksəlməsinə, qeyri-neft sahələri 


74 
içərisində aparıcı bölmələrin sürətli inkişafına və onların tədricən ixrac imkanlarının 
yüksəlməsinə, davamlı iqtisadi tərəqqi modelinin yaradılması işlərinin əksər 
hissəsinin gerçəkləşməsinə və ən əsası qeyri-neft sektorunun şaxələndirilməsi 
mexanizminin işə düşməsinə gətirib çıxarmışdır. 
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə 4 
əsas strateji məqsəd müəyyənləşdirilmişdir ki, həmin məqsədlər müvafiq olaraq fiskal 
və monetar siyasətlərin qarşılıqlı şəkildə uzlaşdırılması, neft gəlirlərindən düzgün 
şəkildə istifadə olunması üçün “Qızıl qayda”nın tətbiq edilməsi, effektiv monetar 
siyasətin həyata keçirilməsi, o cümlədən özəlləşdirmə və dövlətsizləşdirmə 
siyasətinin təkmilləşdirilməsidir. Qeyd edək ki, ilk üç məqsəd birinci strateji hədəfdə, 
dördüncü məqsəd isə ikinci strateji hədəfdə öz əksini tapmışdır. 
Yuxarıda adlarını çəkdiyimiz strateji hədəf və məqsədlər üzrə müəyyənləşdirilmiş 
tədbirlərin həyata keçirilməsi zamanı Azərbaycan bəzi regional və qlobal təsirləri 
mütləq şəkildə nəzərə almalıdır. Birinci təsir hazırkı şəraitdə İEOÖ-lərin, xüsusilə 
Asiya ölkələrinin bazarlarının qloballaşması və güclənməsi ilə əlaqədardır. Şimal-
Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin ölkəmizdə kəsişməsi və ticarət həcminin 
artması Azərbaycanın adı çəkilən bazarlara çıxış imkanlarını genişləndirir. İkinci təsir 
müasir texnologiyaların milli iqtisadiyyatlara kütləvi şəkildə nüfuz etməsi və nəticədə 
informasiya təhlükəsizliyinin təminatının yüksək səviyyədə qurulmasının vacibliyi ilə 
bağlıdır. Belə şəraitdə qlobal çağırışlar və meyllər Azərbaycanı həm dövlət, həm də 
özəl bölmə müəssisələrində ən müasir İKT vasitələrindən istifadə etməyə, həmçinin 
“İnsan kapitalı”nı inkişaf etdirməyə vadar edir. Üçüncü regional və qlobal təsir 
respublikamızın yerləşdiyi regionda, habelə onun əhatəsində geosiyasi qeyri-
sabitliyin baş verməsini özündə əks etdirir. Müharibələr, qaçqın-köçkün problemləri, 
siyasi olaylar hazırkı dövrdə milli təhlükəsizliyin tam olaraq təmin edilməsini 
Azərbaycan üçün ən aktual məsələ edir. Sonuncu regional və qlobal təsirin mahiyyəti
isə dünya bazarında neft qiymətlərində olan tərəddüdlərin baş verməsidir. 
Baxmayaraq ki, milli iqtisadiyyatımızın neftdən asılılığı minimuma endirilmişdir, 


75 
hələ də bu istiqamətdə tədbirlər reallaşdırılmalı və şaxələndirmə siyasəti ardıcıl 
şəkildə davam etdirilməlidir. Postneft erası dövründə Azərbaycan iqtisadiyyatının 
inkişaf etdirilməsi üçün 3 mühüm potensial imkan mövcuddur və həmin potensial 
imkanlar aşağıdakılardır: 
- Azərbaycanın 3 böyük iqtisadiyyata malik olan ölkələr, yəni Rusiya, Türkiyə 
və İran, habelə Çin, Körfəz və Avropa dövlətlərinin bazarlarının arasında 
yerləşməsi; 
- Avropa və Şərqi Asiya ölkələrini birləşdirən “İpək yolu”nun Azərbaycandan 
keçməsi və respublikamızın tranzit əhəmiyyətinin artması; 
- Qlobal investisiya meyllərin tədricən Asiya regionuna tərəf hərəkət etməsi. 
Sonda qeyd edək ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji 
yol xəritəsi” olduqca mükəmməl və əhəmiyyətli sənəddir. Bu sənəddə nəzərdə tutulan 
tədbirlərin reallaşdırılması innovasiyalı milli iqtisadiyyatın tam olaraq yaradılması, 
qeyri-neft sahələrinin şaxələndirmə mexanizminin təkmilləşdirilməsi və Azərbaycan 
məhsullarının dünya bazarında öz yerini tutması ilə nəticələnəcək. 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin