Şükürova Solmaz Gülağa qizi (magistrantin a. S. A)


MEXANİZMLƏRİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix20.05.2022
ölçüsü1,11 Mb.
#58756
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Qeyri-neft sahələrinin diversifikasiyasının mexanizmləri və onun təkmilləşdirilməsinin əsas istiqamətləri

MEXANİZMLƏRİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ. 
3.1. Qeyri-neft sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və ixracyönümlü 
milli iqtisadiyyatın formalaşdırılmasının normativ hüquqi və qanunvericilik 
bazasının təkmilləşdirilməsi istiqamətləri. 
Azərbaycan iqtisadiyyatının hazırkı mərhələsində tezliklə çatılması nəzərdə tutulan 
iqtisadi və sosial hədəflərə nail olmaq üçün beynəlxalq miqyasda rəqabətə dözən və 
səmərəli fəaliyyət göstərən iqtisadi sistemin yaradılması əsas şərt hesab edilir. 
Keçmiş və modern təcrübəyə əsasən söyləmək olar ki, bu cür sistem sadəcə olaraq 
sahibkar fəallığına əsaslanan və azad rəqabət şərtləri ilə inkişaf edən bazar 
proseslərini özündə əks etdirən iqtisadi mexanizmin mövcudluğu şəraitində mümkün 
ola bilər. Bununla yanaşı, sosial və iqtisadi sferalarda dayanıqlı artım tempinin təmin 
edilməsi hazırkı şərtlərə əsasən tənzimləmə formalarının müasir tələblərə uyğun 
şəkildə yenidən formalaşdırılmasını və qanunvericilik bazasının təkmilləşdirilməsini,
habelə əsas qloballaşma istiqamətlərinin və meyllərinin nəzərə alınmasını tələb edir. 
Respublikamızda bazar prinsiplərinə əsaslanan iqtisadi münasibətlərin yaranması 
vəziyyətində idarəetmə və tənzimlənmənin əsas funksiyaları makroiqtisadi qeyri-
sabitliyə yol verilməməsi, Azərbaycanda işgüzar biznes mühitinin daha da 
yaxşılaşdırılması və azad rəqabətin təmini, xarici və yerli investisiyalar üçün münbit 
şəraitin formalaşdırılması, iqtisadiyyatın restrukturizasiya edilməsi istiqamətində 
tənzimləmə işlərinin reallaşdırılması, investisiya yatırımları və böyük ölçülü 
infrastruktur layihələrəinin həyata keçirilməsi, eləcə də ölkə əhalisinin sosial 
müdafiəsinin faydalı təşkili məsələləri hesab edilir.
Rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması üçün makroiqtisadi 
siyasətin effektivliyi artırılmalı, maliyyə sabitliyinə nail olmaq istiqamətində optimal 
və səmərəli makro-fiskal əhatə yaradılmalı və uyğun monetar siyasət aparılmalıdır. 
Qeyd edilən siyasətin birinci mərhələsində inflyasiya templərinə nəzarət, başqa 
makroiqtisadi məqsədlərə nail olunması və onlara adekvat şəkildə tənzimlənmə 


61 
alətlərindən istifadə, ikinci mərhələsində isə maliyyə sahəsində stabilliyin əldə 
olunması, həmçinin bu sektorda risklərə və fəallığa nəzarət edə bilən mexanizmin 
yaradılması işləri həyata keçirilməlidir. Bununla bərabər, monetar siyasətin 
institusional-hüquqi əsası təkmilləşdirilməli və əhalinin pula olan tələbatıyla 
iqtisadiyyatdakı pul təklifi arasındakı tarazlığın qorunması məsələsinə xüsusi diqqət 
edilməlidir. Ümumilikdə, rəqabətqabiliyyətliyin formalaşdırılması və artırılması üçün 
bu sahədə modern qanunvericilik bazasının yaradılması, rəqabət siyasətində 
islahatların həyata keçirilməsi, yerli və xarici investorların hüquqi müdafiəsi 
sisteminin daha da yaxşılaşdırılması və onlara yaradılan şəraitin cəlbediciliyinin 
çoxaldılması atılması vacib olan ilk addımlardır. 
Qeyd etmək lazımdır ki, rəqabətqabiliyyətliyin artırılması istiqamətləri və 
imkanları haqqında danışarkən ölkə iqtisadiyyatında olan idxal-ixrac prosesləri 
zamanı yaranan subyektiv problemlərin yox edilməsi, xarici ticarət əməliyyatlarının 
təkmilləşdirilməsi və daha da sadələşdirilməsi kimi reallaşdırılması əhəmiyyətli olan 
işlərin aktuallığını nəzərə çatdırmaq lazımdır. Ölkə sahibkarlarının istehsal etdiyi 
məhsulların dünya bazarına çıxarıla bilməsi və onların rəqabətqabiliyyətliyinin 
çoxaldılması istiqamətində dövlət tərəfindən göstərilən qayğı artırılması, həmin 
sahibkarların ixrac potensialını yüksəltmək naminə təşviqedici layihə və tədbirlər 
reallaşdırılmalı, KOS subyektlərinin ölkə tərəfindən imtiyazlı kreditlərlə etibarlılıq və 
təminat dərəcəsi yüksəldilməli, eləcə də ölkə bazarında olan haqsız rəqabətin 
qarşısını almaq üçün dünya təcrübəsinə əsasən məqbul hesab edilən antidempinq 
siyasəti yürüdülməli və başqa mühafizəkar tənzimlənmə prosesləri həyata 
keçirilməlidir. Sadaladığımız tədbirlərin ardı olaraq və həmin tədbirlərə uyğun 
şəkildə rəqabətqabiliyyətliyin çoxaldılması istiqamətlərindən daha biri kimi 
miqrasiya və gömrük proseslərinin təkmilləşdirilməsi, eləcə də sərmayədarları daxili 
bazarlara girməkdən çəkindirən vasitələrin minimuma endirilməsi istiqamətində 
müvafiq orqanlar tərəfindən zəruri layihələrin yaradılması və tətbiq edilməsi, 
ölkəmizin ÜTT-yə üzv olaraq qəbul olunması naminə bu təşkilatın ticarət 
prinsiplərinə və beynəlxalq ticarət qaydalarına müvafiq islahatların həyata 


62 
keçirilməsi, həmçinin qüvvəyə minən qanunların modern ticarət tələblərinə 
uyğunlaşdırılması və s.-ni qeyd etmək olar. Ardıcıl və sistemli şəkildə görüləcək 
tədbirlər nəticə etibarıyla ölkə müəssisələrinin və ümumilikdə Azərbaycan 
iqtisadiyyatının dayanıqlı tərəqqisində yeni səhifə açmış olar. 
Bütün bunlarla bərabər, sığorta ödəmələrinin və vergilərin strukturunun, habelə 
gömrük rüsumlarının və dərəcələrinin optimallaşdırılması üçün reallaşdırılacaq işlər 
sahibkarlığın inkişafına əlverişli şəraitin formalaşdırılmasına xidmət göstərməlidir. 
Onu da qeyd etmək lazımdır ki, rəqabətqabiliyyətliliyin artırılması və təkmil rəqabət 
şəraitinin yaradılması üçün Azərbaycan iqtisadiyyatında inhisarlaşma dərəcəsi 
azaldılmalı, ələlxüsus istehlak bazarında bununla bağlı müvafiq işlər həyata 
keçirilməli, antiinhisar haqqında olan qanunvericilik təkmil formaya salınmalı, 
istehlakçı hüquqlarının mühafizəsi işi artırılmalı, məhsul və xidmətlərin keyfiyyətinə 
faydalı nəzarət sistemləri formalaşdırılmalı, o cümlədən sertifikatlaşdırma 
mexanizmi, həmçinin milli standartlar yenilənməli və daha da təkmilləşdirilməlidir. 
Qeyd edək ki, müasir şəraitdə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoru üzrə 
rəqabətqabiliyyətliyin artırılması istiqamətlərinə yuxarıda sadaladıqlarımızla yanaşı 
bunlar da aid edilə bilər: 
- Poçt-əmanət, bank və elektron ödəniş sistemlərinin müasir tələblərə 
uyğunlaşdırılması, bu sahələr üzrə istehlakçı hüquqlarının mühafizəsinin 
artılırması, qiymətli kağızlar və fond bazarlarının institusional inkişaf 
dərəcəsinin çoxaldılması; 
- Alternativ enerji mənbələrinin dövriyyəyə cəld edilməsi üçün həvəsləndirici 
işlərin reallaşdırılması, elmi-texniki və kadr potensialının yaxşılaşdırılması, 
qeyri-neft sahələrinin davamlı tərəqqisinə şərait yaradan istehsal və sosial, 
eləcə də bazar infrastrukturunun formalaşdırılması; 
- Respublika regionlarında və ölkənin ayrı-ayrı bölgələrində keyfiyyətcə modern 
tələblərə cavab verən müəssisələrin yaradılması və yeni yaradılan 
müəssisələrdə innovasion texnologiyalardan, eləcə də ETT-nin ən son 


63 
nailiyyətlərindən istifadə edilməsi üçün dövlətin həvəsləndirici tədbirlər 
reallaşdırması; 
- Azərbaycanın iqtisadi rayonlarında ənənvi istehsal bölmələrinin ixrac 
potensialının artırılması, kadr hazırlanması prosesində yapon modelindən 
istifadə, turizm sektorunun beynəlxalq standartlara uyğunlaşdırılması, aqrar 
sahədə intensiv inkişaf üsuluna keçidin tam olaraq təmin olunması; 
- İnnovativ inkişaf modeli və “Bilik iqtisadiyyatı”nın formalaşdırılması üçün 
elmi tədqiqat işlərinə çəkilən xərclərin çoxaldılması, innovasiya aktivliyinin 
artırılması, innovativ və modern sahibkarlıq növlərinin inkişafına əlverişli 
şəraitin yaradılması, bir sıra elmi mərkəzlərin, tədqiqat müəssisələrinin, sənaye 
və innovasiya şəhərciklərinin formalaşdırılması və digərləri. 
Hər bir dövlətin iqtisadi siyasətində ilkin məqsədlərə və hədəflərə, eləcə də iqtisadi 
prioritetlərə nail olmaq üçün həmin dövlətin qanunvericilik bazası işlək, dayanıqlı və 
etibarlı olmalıdır. İqtisadi sistemlər, normativ hüquqi aktlar, ümumi qanunvericilik 
bazası, ayrı-ayrı sahələr üzrə qəbul olunan qanunlar, habelə prinsip və qaydalar 
olmadan iqtisadi siyasətin prioritet növlərinin inkişaf etdirilməsi, hər hansı bölmənin 
problemlərinin araşdırılması və onların öyrənilməsi mümkün deyil. Hələ, ötən əsrin 
90-cı illərində Azərbaycanda neft strategiyasının həyata keçirildiyi ilk dövrlərdən 
başlayaraq tədricən qeyri-neft sektorunun prioritet sahələri üzrə hüquqi normativ 
aktlar hazırlanaraq nəzərdən keçirilmiş və daha sonralar onların qəbul olunması işləri 
sürətləndirilmişdir. Əlbəttə ki, ən çox diqqət yetirilən məqam rəqabətqabiliyyətli və 
ixracyönümlü milli iqtisadiyyatın formalaşdırılması, eləcə də qeyri-neft sahələrinin 
ixrac qabiliyyətinin və potensialının yüksəldilməsi istiqamətində qanunvericilik 
bazasının 
yaradılması, 
habelə 
zəruri 
hallarda 
onun 
tənzimlənməsinin 
təkmilləşdirilməsi idi. Qloballaşma tendensiyalarının müşahidə olunduğu şəraitdə 
müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi işləri aşağıdakı prinsiplər 
əsasında həyata keçirilməlidir: 


64 
- Beynəlxalq iqtisadi inteqrasiyanın dərinləşməsinə və xarici ölkələrlə 
münasibətlərin genişləndirilməsinə səbəb olmalı;
- Yerli ticarətçi və biznesmenlərin dünya bazarına çıxış imkanlarına mane olan 
baryerlərin minimuma endirilməsi və subyektiv müdaxilələrə uyğun 
mexanizmlərin yaradılmasını təmin etməli;
- İxracın 
stimullaşdırılması və həvəsləndirilməsi, ixrac proseslərinin 
sadələşdirilməsi, eləcə də qeyri-neft sahələrinin inkişafına şərait yaradan dövlət 
qayğısı 
sistemlərinin 
formalaşdırılması 
istiqamətində 
tənzimlənmə 
mexanizmini daha da təkmilləşdirməli;
- Xarici və yerli sərmayədarların hüquqi müdafiəsini təmin edərək onların 
fəaliyyətinə nəzarət funksiyasını özündə əks etdirməli, ayrı-ayrı nəzarətedici 
təşkilatların və dövlət nümayəndələrinin ixracda payı olan sahibkarların 
fəaliyyətinə əsassız və qanunsuz şəkildə müdaxilələr etməsinə şərait 
yaratmamalı;
- Azərbaycan iqtisadiyyatına yatırılan kapitalın və ölkəyə gətirilən ETT-nin ən 
son nailiyyətlərinin beynəlxalq hüquq prinsipləri əsasında qorunması və 
investisiyaların toxunulmazlığı qaydalarına riayət edilməsi məsələlərini nəzərə 
almalı;
- İxracı inkişaf etdirməli, eləcə də qeyri-neft sektorunun ixrac imkanlarının 
çoxaldılması naminə dövlət qayğısı sistemlərinin, maliyyə dəstəklərinin, daxili 
kapital yatırımlarının, həmçinin dotasiya, subsidiya, subvensiya və s. maliyyə-
kredit, büdcə alətlərinin tətbiq olunması istiqamətində qanunvericilik bazasını 
daha da yaxşılaşdırmalıdır və s[2 səh 73-74].
Bildiyimiz kimi Azərbaycanda ümumən iqtisadiyyatın və onun tərkibində qeyri-
neft sektorunun inkişafı, eləcə də iqtisadiyyata xeyli miqdarda kapital cəlb edilməsi 
məqsədilə hələ müstəqilliyin ilk illərində iki mühüm qanun, yəni “Xarici 
investisiyaların qorunması haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” 
Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Təxminən 20 illik müddət 
ərzində bu qanunlarda hər hansı bir dəyişiklik edilməməsinə baxmayaraq, onlarda hər 


65 
hansı bir çatışmazlıq hiss edilmirdi və ölkə iqtisadiyyatının inkişafında bu qanunların 
özünəməxsus rolu var idi. Lakin qloballaşma meyllərinin müşahidə olunduğu 
vəziyyətdə, transmilli korporasiyaların milli iqtisadiyyatlara nüfuz etməsi hallarının 
geniş vüsət alması şəraitində, eləcə də xarici investisiyaların iqtisadi inkişafda 
rolunun artması səbəbiylə “Xarici investisiyaların qorunması haqqında” qanuna bir 
sıra əlavə və dəyişikliklər edərək onun təkmilləşdirilməsi prosesi həyata 
keçirilmişdir. Belə ki, kapital yatırmış sərmayədarların hüquqi mühafizəsi, kapitalın 
cəld edildiyi bölmələrdə yerli subyektlərlə xarici investorlar arasında bağlanmış 
müqavilə şərtlərinə riayət edilməsinə dair dövlət nəzarət sistemi və tənzimlənmə 
mexanizmləri müəyyən edilmişdir.
Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması, sərmayədarların 
fəaliyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti 
“İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” sərəncam 
imzalamışdır. Qeyd etmək lazımdır ki, ixracyönümlü milli iqtisadiyyatın 
formalaşdırılması istiqamətində qanunvericilik bazasının yaxşılaşdırılması və 
tənzimlənmə mexanizminin təkmilləşdirilməsi ilk növbədə Azərbaycanın xammal və 
mineral sərvətlərindən daha faydalı istifadə edilməsinə, modern rəqabətqabiliyyətli 
ixracyönümlü məhsul növlərinin çoxaldılmasına, ixracın həvəsləndirilməsinə və 
genişləndirilməsinə, ümumilikdə ölkə iqtisadiyyatında investisiya fəallığının 
artırılmasına, qeyri-neft sahələrinin tərəqqisinin sürətləndirilməsinə, eləcə də onların 
ixrac qabiliyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan yaratmaqla bərabər, 
bu prosedurların hüquqi normativ əsaslarının işləkliyi və etibarlılığına olduqca 
müsbət təsir göstərir. 1997-ci il 24 iyun tarixində xarici ticarətin daha azad formada 
həyata keçirilməsi məqsədilə imzalanan Fərmanın təkmil variantı olaraq Azərbaycan 
Respublikasının Prezidenti “Azərbaycan Respublikasına idxal-ixrac əməliyyatlarının 
tənzimlənməsi haqqında” sərəncam imzalamışdır. Bununla əvvəlki qanunvericiliyə 
bir sıra düzəliş və əlavələr edilmiş, ixrac prosesləri xeyli sadələşərək onun effektliyi 
çoxalmış və tədiyyə balansında müsbət irəliləyişlərə nail olunmuşdur. Hal-hazırkı 
şəraitdə Azərbaycanın iqtisadi siyasəti aşkarcasına qeyri-neft sahələri üzrə ixracın 


66 
həvəsləndirilməsinə dövlət qayğısının artdığını, nəzərdə tutulan tədbirlərin kompleks 
şəkildə həyata keçirildiyini özündə əks etdirir. Bunun əsas səbəbi “2011-2013-cü illər 
üzrə qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair tədbirlər planı”nda 
nəzərdə tutulan işlərin sistemli şəkildə reallaşdırılması və hal-hazırda da bu işlərin 
davam etdirilməsi hesab olunur ki, onlara aşağıdakılar aiddir: 
- İdxal-ixrac fəaliyyəti bölməsi üzrə daha münbit şəraitin formalaşdırılması, 
həmin sahədə tənzimlənmə mexanizminin təkmilləşdirilməsi və müasir hüquqi 
normativ layihələrin yaradılması; 
- Hüquqi sənədlərə düzəliş və əlavələrin edilməsi, ixrac proseslərinin 
sadələşdirilməsi, eləcə də gömrük sahəsi üzrə qanunvericilik bazasının 
təkmilləşdirilməsi; 
- İxrac prosesi zamanı xidmət və məhsulların sığortalanması sisteminin 
yaxşılaşdırılması, onların kreditləşdirilməsi istiqamətində mexanizmlərin 
formalaşdırılması; 
- Bəzi yarımfabrikat və xammalların ixracının həvəsləndirilməsi və onların tam 
məhsul 
istehsalınadək 
stimullaşdırılması, 
həmçinin 
AZPROMO- 
(Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu)nun fəaliyyətinin 
müasir dünya təcrübəsinə uyğunlaşdırılması; 
- Azad ticarət zonalarının və sənaye klasterlərinin yaradılması, idxal-ixrac 
əməliyyatlarını kompleks şəkildə özündə birləşdirlən informasiya sisteminin, 
eləcə də Azərbaycana aid ticarət evlərinin bəzi xarici ölkələrdə 
formalaşdırılması və s. 
Bu qanunverici sənədə aid olan bir çox əhəmiyyətli tədbirlərin reallaşması baş 
tutmasına baxmayaraq, bəzi mühüm strateji tapşırıqlar vaxtında yerinə 
yetirilməmişdir. Azad ticarət zonalarının və sənaye klasterlərinin formalaşdırılmasını 
nümunə gətirmək olar. Məsələ ondan ibarətdir ki, yaradılan sənaye texnoparkları 
mahiyyət etibari ilə azad zona statusu daşısalar da, mütləq anlamda onun xarakterik 
xüsusiyyətlərinə malik deyillər. 


67 
Postneft dövrünün ilk illərində Azərbaycanda qeyri-neft sektorunun sənaye 
sahələri üzrə ixrac qabiliyyətinin artırılmasıyla əlaqədar qanunverici baza və 
tənzimlənmə mexanizmi təkmilləşdirilmiş, bu istiqamətdə AR Prezidenti bir neçə 
Sərəncam və Fərmanlar imzalamışdır ki, bunun da nəticəsində kimya, metallurgiya, 
maşınqayırma, elektroenergetika və digər sənaye sahələrinin inkişafı sürətlənmiş və 
onların ixrac imkanları çoxalmışdır. Nəzərə çatdırmaq lazımdır ki, ixracyönümlü 
milli iqtisadi inkişaf modelinin yaradılması istiqamətində qanunverici bazanın 
təkmilləşdirilmiş və dövlət əhəmiyyətli sənədləri sırasına üçüncü regional dövlət 
proqramını da aid etmək olar. Bu proqramda aqrar sferanın inkişafıyla bərabər, qeyri-
neft sahələrinin dayanıqlı tərəqqisi, sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin 
yaradılması, kapital yatırımlarının çoxaldılması, qeyri-neft sektorunun və ümumilikdə 
iqtisadiyyatın şaxələndirilməsi siyasətinin ardıcıl və sistemli şəkildə həyata 
keçirilməsi nəzərdə tutulmuşdur. Eləcə də bu əhəmiyyətli sənədin mühüm 
elementlərindən birini ixrac məqsədilə müasir texnologiyalara əsaslanan sənaye 
sahələrinin formalaşdırılması prioritetinin qanunverici əsaslarının təkmilləşdirilməsi 
məsələsi təşkil edir. Qeyri-neft sahələrinin ixrac qabiliyyətinin tənzimlənməsinin 
təkmilləşdirilməsi işləri təxminən son 10-11 il ərzində aqrar sferada da xeyli dərəcədə 
çoxalmışdır. “2012-2020-ci illəri əhatə edən Azərbaycanda üzümçülüyün inkişafına 
aid Dövlət Proqramı” və başqa bu kimi qanunverici sənədlərin qəbul edilməsində
sözsüz ki, əsas məqsəd aqrar sahə üzrə ixrac imkanlarının çoxaldılması idi. Bununla 
yanaşı, aqrar bölmədə qanunvericilik bazasının və idarəetmə mexanizminin 
təkmilləşdirilməsi məqsədilə AR Prezidenti səlahiyyətli orqanlara müvafiq sahə üzrə 
bir çox qanun layihələrinin yaradılması tapşırığını vermişdir. 
Sadaladığımız əhəmiyyətli Sərəncam və Fərmanların, Proqramların, Qərarlar və 
digər hüquqi normativ sənədlərin həyata keçirilməsi bir sıra mühüm məsələlərlə 
bərabər, qeyri-neft sahələrinin ixrac qabiliyyətinin qanunvericilik əsaslarının 
təkmilləşdirilməsi, prioritet sahələrin inkişaf etməsi, eləcə də obyektiv reallıqları 
özündə ehtiva edən mexanizmlərin yaradılmasına əlavə təkan verəcəyini gözləmək 
olar. Hal-hazırkı dövrdə qeyri-neft sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması 


68 
və ixracyönümlü milli iqtisadiyyatın formalaşdırılmasının normativ hüquqi 
qanunvericilik bazasının təkmilləşdirilməsi işləri sürətləndirilmişdir ki, qanunverici 
sənədlərdə bütün bunlar öz əksini tapır. Sonda onu qeyd etmək lazımdır ki, bu işlər 
ardıcıl və nizamlı şəkildə davam etdirilməli, eləcə də müasir şərait, qloballaşma 
meylləri, dünyada baş verən iqtisadi və siyasi proseslər və digər mühüm amillər 
nəzərə alınmalıdır. 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin