Şükürova Solmaz Gülağa qizi (magistrantin a. S. A)


Problemin öyrənilmə səviyyəsi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix20.05.2022
ölçüsü1,11 Mb.
#58756
1   2   3   4   5   6   7   8   9   ...   21
Qeyri-neft sahələrinin diversifikasiyasının mexanizmləri və onun təkmilləşdirilməsinin əsas istiqamətləri

Problemin öyrənilmə səviyyəsi. İqtisadiyyatda struktur dəyişikliklərinin 
aparılması, qeyri-neft sahələrinin diversifikasiyası, diversifikasiya mexanizmləri və 
şaxələndirmə siyasəti kimi məsələlərin tədqiqinə xüsusilə az inkişaf etmiş və inkişaf 
etməkdə olan ölkələrin iqtisadçıları öz elmi fəaliyyətlərində xüsusi yer 



verməkdədirlər. İqtisadçılar ölkənin real gəlirlərinin artımının çoxçeşidli qeyri-neft 
məhsullarının istehsalının artım templərindən asılı olduğunu nəzərə alaraq qeyri-neft 
sahələrinin diversifikasiyası məsələsini diqqət mərkəzində saxlamaqdadırlar.
Qeyd etmək lazımdır ki, iqtisadiyyatın şaxələndirilməsi və onunla birbaşa əlaqəli 
olan investisiyaların şaxələndirilməsi problemi ötən əsrin ikinci yarısından sonra 
öyrənilməyə başlanılmışdır. Bu problem iqtisadi ədəbiyyatlara “Holland sindromu” 
problemi kimi daxil olmuşdur və 1959-cu ildən başlayaraq V.M. Korden, M.F 
Montes , T.M.Rıbçinski, C. Saks, C.A. Robinson, J.P. Neari, P.Kruqman, M.L. Ross, 
V. Polteroviç və digər iqtisadçılar tərəfindən araşdırılmışdır. A.Smit o dövrdə 
iqtisadiyyatda ayrı-ayrı bölmələrin ixtisaslaşmasının zərurliyini qeyd etmiş, Vilyam 
Nordxaus və Pol Samuelson rəqabətqabiliyyətlilik məsələsini araşdırmış, C.Stiqlitz 
isə iqtisadiyyatı neftdən asılı olan ölkələr haqqında müəyyən mülahizələr irəli 
sürmüşdür. Azərbaycanın iqtisadçı alimləri də son illər iqtisadiyyatın 
şaxələndirilməsi məsələsinə öz tədqiqatlarında geniş yer verməkdədirlər. Yerli 
alimlərdən Akademik Z.Səmədzadə milli iqtisadiyyatın şaxələndirilməsi, R.Məlikov 
və C.Soltanov qeyri-neft bölmələrinin inkişafı nəticəsində ixracın genişləndirilməsi, 
İ.Kərimli inteqrasiya məsələləri üzrə bəzi problemləri araşdırmış, R.Mehdiyev 
ölkənin gələcək tərəqqisində qeyri-neft bölməsinin inkişafının zəruriliyini qeyd 
etmişdir. 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin