__________________Milli Kitabxana__________________ 37
ildırım adamı tarlada yaxalamışdırsa, o dərhal metal şeylərdən
uzaqlaşmalı, özünə nəm olmayan çökək yer axtarmalıdır. hər hansı bir
təpənin yoxuş yerində daldalanmaq da təhlükəsizlik cəhətdən
əlverişlidir. İldırım çaxan zaman ot tayasında gizlənmək olduqca
qorxuludur. Xüsusilə ildırım çaxan zaman ağaca söykənən adam açıq-
aşkar ölümə gedir. Çünki elektrik cərəyanı bu halda onun bədənindən
keçərək yerə axar və bütün sinir sistemini, ürək toxumalarını, tənəffüs
orqanını zədələyər. Bunlardan əlavə, bədəndən axan güclü elektrik
cərəyanı ayrılan Coul-Lens istiliyi ilə onu tamam yandırıb külə
döndərə də bilər. Torpaq yaş olduqda iri ağaclardan 10—15 m aralı
məsafədə olan yerlərdə də təhlükə gözlənilə bilər. Meşədə açıqlıq
yerlər ildırımdan qorunmaq üçün ən təhlükəsiz hesab olunur. İldırım
çaxana qədər meşədən çıxa bilməyən adam belə açıq yerlərdə
daldalana bilər. Lakin bu halda ağaclıqdan olan məsafənin 10—15 m-
dən az olmamasına rəyaət etmək lazımdır. Bəzi hallarda ildırım
binanın içərisində olan adamlara, töylədəki heyvanlara da ziyan vura
bilər. Kürəşəkilli ildjrım yelçəkən istiqamətdə, məsələn, qapı və
pəncərə açıq qaldıqda asanlıqla otağa və ya mal-qara saxlanan yerə
daxil olur. Belə ildırım əşyaları zədələyir, insan və heyvanları öldürür
və ya ağır yaralayır. Ildırım vuran adamı torpağa basdırmaq olmaz.
Çünki ziyan çəkən şəxsin tənəffüs rejimi bu halda daha da çox
pozulur. Ona görə də belə şəxsin dərhal sinəsini açmaq, ona bol hava
gəlməsi üçün şərait yaratmaq, süni tənəffüs vermək lazımdır.
Tədris proqramlarına rəsmi və müəyyən mənada formal yanaşmış
olsaq, bizim yuxarıda nəzərdən keçirdiyimiz məsələ heç bir təbiət
fənninin «ərazisinə» daxil olmadığını görərik. Lakin bu heç də o
demək deyildir ki, həmin məsələlərdən dərsdə söhbət açmaq olmaz.
Yeni şəraitdə politexnizm prinsipinin həyata keçirilməsi, müasir dərsə
verilən tələblər, təlimin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri və s.
proqram materialının öyrədilməsini əsas götürmək şərti ilə təbiət
hadisələrini də imkan dairəsində nəzərdən keçirməyin zəruri olmasına
haqq qazandırırlar. Çünki əks halda şagirdlərin əldə etdikləri
biliklər -«ölü» səviyyəsində qalar və həyatda özünə kiçik bir çı-