Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə35/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   31   32   33   34   35   36   37   38   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
38 
ğır da belə aça bilməz. Buradan belə bir nəticə çıxa bilər ki, fənlərin 
hər bir mövzusu üçün qısa məzmunu fraqmentlər hazırlanmalı və əsas 
materialla birlikdə şagirdlərə çatdırılmalıdır. Əlbəttə bu fikir səhvdir. 
Hər şeydən əvvəl ona görə ki, indiki inkişaf şəraitində bu fraqmentlər 
tezliklə köhnələr, digər tərəfdən də hazır faktların şagirdlər tərəfindən 
mənimsənilməsi ilə kifayətlənmək onların fəallığını xeyli azaldır. 
Şagirdlər öyrəndikləri faktları doğma kimi qəbul etməməli, onlara 
məlum olan biliklər əsasında mühakimə yürüdərək baş verən 
hadisələrin əmələ gəlmə səbəbləri haqqında müəyyən təsəvvür 
yaratmalıdırlar. Onlar IX sinifdə fizikadan öyrənirlər ki, kapillyar 
hadisələr buxarın kondensasiyası üçün şərait yaradır. Məsələn, başqa 
şərtlər eyni olduqda, meniski çökük olan maye üzərindəki molekula, 
qabarıq meniskli maye üzərindəki molekuldan fərqli olaraq, daha çox 
molekul cəzbedici təsir göstərir. Ona görə də havanın rütubəti az olan 
hallarda, isladan mayenin buxarının kapillyar borularda kapilyar 
kondensasiyası baş verir. Bunun sayəsində məsaməli maddələr 
havadakı nəmi özlərinə çəkir. Nəm hava olan yerdə pambıq da, torpaq 
da nəmi tutub saxlayır, belə şəraitdə hiqroskopik maddələrin 
qurudulması çətinləşir. Verilmiş maddə üçün islatmayan mayelər isə 
həmin maddənin məsamələrinə daxil olmur. Suda üzən quşların 
lələklərinin islanmaması da buna əsasən izah olunur. Içərisindən maye 
axan kapillyar boruda hava qabarcığı olduqda mayenin hərəkəti 
zamanı qabarcıq deformasiyaya məruz qalır, onun qabarcıq tərəfdəki 
əyrilik radiusu dəyişir və maye üzərində əlavə təzyiq yaradır. Bu isə 
öz növbəsində mayenin hərəkətini çətinləşdirir və ya tamam 
dayandırır. Belə hadisələr insanın qan damarında baş verə bilər. Qana 
daxil olan qabarcıq onun hərəkətinə mane olaraq hər hansı bir orqanın 
qanla təchiz edilməsini pisləşdirir. Dalğıclarda belə hadisə baş verə 
bilər. Onlar suyun dərin qatlarından nisbətən dayaz qatlarına sürətlə 
keçdikdə hidrostatik təzyiq qəflətən azaldığından qandan qabarcıqlar 
ayrılır və qanın damarlar boyunca normal hərəkətinə mane olur. 
Venaya qan və ya başqa dərman maddəsi yeritdikdə də oraya hava 
qabarcığının daxil olması ciddi təhlü- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin