Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə37/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   33   34   35   36   37   38   39   40   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
40 
artan illərdə daha çox olmuşdur. Məsələn, vəba, qarın yatalağı, 
poliomielit kimi xəstəlikləri törədən mikroorqanizmlər həmin illərdə 
xeyli artmışdır. Vərəm və difteriya kimi xəstəlikləri törədən 
mikroorqanizmlər isə, əksinə, Günəşin fəallığı azalan dövrlərdə 
şiddətlə çoxalmışlar. Qrip xəstəliyi isə Günəşin fəallığının maksimum 
və minimum vəziyyətlərindən uzaq olan orta şəraitdə yayıldığı 
müşahidə edilmişdir. 
Günəşin fəallığı artdıqda onun ətrafa səpdiyi ionlaşdırıcı şüalanma 
da xeyli güclənir. Həmin şüalanmanın Yerə çatan hissəsi beyin 
qabığındakı dayanıqlı və dayanıqsız elementlərin dinamik tarazlıqını 
pozur, dayanıqsız elementlərin sayı həddindən artıq çox olur, kimyəvi 
reaksiyalar güclənir, bununla əlaqədar olan bioloji proseslərin və 
nəhayət bütöv orqanizmin ümumi təbiətində əsaslı dəyişikliklər 
yaranır. Bu sahədə sovet alimi N.A.Şulsun apardığı tədqiqat çox 
maraqlıdır. O, ölkəmizin müxtəlif rayonlarında yaşayan 300 000-dən 
artıq sağlam adamın qanını analiz edərək müəyyən etmişdir ki
Günəşin fəallığı artdıqda qandakı leykositlərin sayı azalır. Leykositlər 
isə insanı müxtəlif mikroblardan və viruslardan qoruyan 
müdafiəçilərdir. Leykositlərin azalması həmin dövrdə yoluxucu 
xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Lakin qanın tərkibində 
insanı müxtəlif xəstəliklərdən qoruyan limfositlər də vardır. Məsələn, 
insanı vərəm və difteriya xəstəliklərindən limfositlər qoruyur. Şulsun 
tədqiqatlarına əsasən Günəşin fəallığı ilə limfositlərin sayı arasında 
düz mütənasib asılılıq vardır. Belə ki, Günəşin fəallığı artdıqda 
limfositlərin sayı da artır, azaldıqda isə azalır. Ona görə də vərəm və 
difteriya xəstəlikləri Günəşin sakitlik dövründə yayıla bilər. Bunlardan 
əlavə Şuls müəyyən etmişdir ki, qütb yaxınlığında yaşayan adamlarda 
Günəş fəallığının təsirləri daha güclü olur. Doğrudan da, həmin 
yerlərdə maqnit sahəsi Yeri daha pis qoruyur. Ona görə ki, coğrafi 
qütblərə yaxın olan maqnit qütbləri maqnit intensivlik xətlərinin daxil 
olduğu və çıxdığı yerlərdir, həmin yerlərdən planetimizə daxil olan 
yüklü hissəciklərə təsir edən Lorens qüvvəsi olduqca zəifdir və yüklü 
hissəciklər asanlıqla planetimizə daxil olur. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin