Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə45/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   41   42   43   44   45   46   47   48   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
48 
dim metodikası elmin inkişaf səviyyəsindən geri qalır. Mövcud 
metodikalar zamanın tələbini ödəmir. Bunların bir qismi köhnəlmiş
digər qismi isə müasir tələblər səviyyəsində deyil. 
Prinsipcə yeni təlim metodlarına ehtiyac gündən-günə artır. 
Təcrübə göstərir ki, şagirdləri böyük zehni gərginlik tələb edən, onları 
tədqiqat aparmağa sövq edən, yaradıcı fəallığa alışdıran təlim 
metodları daha çox cəlb edir. Belə təlim, biliklərin dərindən dərk 
edilməsinə, onların zavod sexlərində və ya kolxoz tarlalarında 
bacarıqla və müvəffəqiyyətlə tətbiq edilməsi imkanlarının 
artırılmasına, şagirdlərin müstəqil olaraq elmi-texniki nailiyyətləri 
öyrənməyə alışmasına səbəb olur. Bu nöqteyi-nəzərdən orta məktəbdə 
təbiət elmlərinin tədrisində inteqrasiyanı və koordinasiyanı inkişaf 
etdirmək problemi xüsusi əhəmiyyət kəsb edir. 
Məlumdur ki, hər bir proses və ya hadisənin inkişafının əsasını 
əksliklərin vəhdəti və mübarizəsi təşkil edir. Bu, olduğu kimi müasir 
təbiətəşünaslığa da aiddir. Çünki burada da vəhdət təşkil edən və bir-
birinə zidd olan iki istiqamət səciyyəvidir. Bunlardan biri, əvvəlcə 
deyildiyi kimi, sintetik, ikincisi isə analitik istiqamətdir. Analitik 
istiqamətdə yeni elm sahələri, yeni qanunauyğunluqlar kəşf olunur və 
müəyyən mütəşəkkil şəklə düşən elm şaxələri əmələ gəlir, yəni elmdə 
difsrensiasiya gedir. Yeni yaranmış elm sahələrinin tədqiqat obyekti 
məhdudlaşır. Məktəb təcrübəsində bu, fənlər üzrə təlimdə özünü 
göstərir. Elmlərin vəhdəti təlim prosesində də özünü büruzə 
verməlidir. Məsələn, yaxşı oxuyan orta məktəb məzunlarından birinə 
belə sual verilmişdir: toxumdan iri bir bitki əmələ gəlir, bu, enerjinin 
və maddənin saxlanması qanununa zidd deyilmi? O, bitkinin 
böyüməsi prosesilə əlaqədar olan bütün bioloji məsələləri düzgün 
danışmış və enerjinin saxlanması qanununu da düzgün şərh etmişdir. 
Lakin bunları üzvi surətdə əlaqələndirə bilməmişdir. Bircə onu qeyd 
etmişdir ki, enerjinin və maddənin saxlanması qanunu ümumidir, 
deməli bitkilər üçün də doğrudur. Bu suala düzgün cavab vermək 
üçün nəinki kimyəvi və bioloji biliklər lazımdır, həm də bunlar 
arasında müəyyən əlaqə yaratmağı da bacarmaq lazımdır. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin