__________________Milli Kitabxana__________________ 51
Rusiyadadır. Planlaşdırmada əsas yeri beynəlxalq elmi əməkdaşlıq,
əməyin beynəlxalq bölgüsü və biofizika sahəsində inteqrasiyanın
inkişaf etdirilməsi tutur. Hazırda institutun işləyib hazırladığı bir sıra
metodlar müvəffəqiyyətlə xalq təsərrüfatında geniş tətbiq olunur.
Məsələn, kənd təsərrüfatı heyvanlarına infraqırmızı və ultrabənövşəyi
şüalanma ilə təsir edərək onların məhsuldarlığını və alınan məhsulun
keyfiyyətini artırmaq məqsədilə hazırlanmış metod indi
müvəffəqiyyətlə tətbiq olunur. Bunun kimi də bəzi dənli bitkilərin
toxumalarının səpinqabağı, az dozalı yumşaq qamma-şüalarla
şüalandırılması da müvəffəqiyyətlə tətbiq olunur. Bu metod taxıl tipli
bitkilərin məhsuldarlığını artırmağa, məhsulun keyfiyyətini
yaxşılaşdırmağa və yetişmə vaxtını azaltmağa imkan verir.
Qırğızıstan, Qazaxıstan və Moldaviyada həmin metodun tətbiqi 10—
12% artıq taxıl götürməyə imkan vermişdir. Biofizika institutunun
yaranmasından cəmi 25 il keçməsinə baxmayaraq bu institutun
nailiyyətləri və şöhrəti bütün dünyaya yayılmışdır.
Bu iailiyyətlər öz əksini məktəb kursunda da tapmalıdır. Çünki
sovet ümumtəhsil məktəblərinin vəzifəsi geniş biliklərə malik,
hərtərəfli inkişaf etmiş gənclər yetişdirməkdir. Bu isə məktəb
kursunun daim qəkmilləşdiririlməsini, elm və texeikanın son
vəziyyətinə yaxınlaşdırılmasını tələb edir. Bundan əlavə, son vaxtlar,
şagirdlərdə dünyagörüşünün yaradılmasında təbiət elmlərinin
nüfuzunun və rolunun da artdığını qeyd etsək, biofizika elementlərinin
məktəb kursuna daxil edilməsinin nə qədər zəruri olduğunu görərik.
Hər bir müəllim elmin nəbzini tutmağı bacarmalı, onun inkişaf
tərzi haqqında düzgün təsəvvürə malik olmalıdır.
Hazırda partiya və hökumətimiz biologiya elmlərinin tərəqqisinə
xüsusi fikir verir. Molekulyar biologiya və molekulyar genetikanın
inkişaf sürətini artırmaq və onların nailiyyətlərindən xalq
təsərrüfatında istifadə etmək tədbirləri haqqında qanun qəbul
edilmişdir. Elmin bu sahəsindəki görkəmli kəşflərin kənd təsərrüfatı,
tə-