Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə49/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   45   46   47   48   49   50   51   52   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
53 
diq etdi. Onu göstərmək kifayətdir ki, müasir kəşflərin əksəriyyəti iki 
və daha çox elmlərin qovuşduğu yerdə baş verir. Deməli, sintetik 
elmlərin inkişafı ixtisasın daralmasına mane olur. Hələ vaxtilə 
Radişev «Peterburqdan Moskvaya səyahət» əsərində öz obrazlarının 
dililə ixtisasın daralmasına istehza etmişdir. Xəstə həkimə şikayət 
edərək sağ burun deşiyində iltihab prosesi olduğunu bildirir. Həkim 
isə xəstəyə: Mən sol burun deşiyi iltihabını müalicə edən həkiməm, N 
isə Volqa sahilində yaşayır, siz gedin oraya və ona sağ burun deşiyi 
iltihabını müalicə edən həkim muraciət edin, deyir. 
Son illərin elmi nailiyyətləri göstərir ki, fizika, kimya, elektronika, 
riyaziyyat və s. kimi dəqiq elmlərin biologiyaya müdaxiləsi nəinki 
bioloji elmlərin üfüqlərini xeyli genişləndirmiş, həm də onu keyfiyyət 
elmindən kəmiyyət elminə çevirmişdir. Biologiya lap yaxın keçmişdə 
təcrübə və müşahidələr nəticəsində toplanmış faktları qeyd etməklə 
kifayətlənərdi. Indi isə müasir biologiya kitablarının səhifələrində 
düsturlara, qrafik təsvirlərə, qanunauyğunluqlara tez-tez rast gəlmək 
olur. Fiziki təsəvvürlərin, ideyaların, qanunların və metodların 
biologiyaya hərtərəfli nüfuz etməsi nəticəsində indi yeni mütəxəssislər 
yetişir. Eyni zamada dəqiq elmlər üçün yeni tədqiqat obyektləri 
yaranır, onlar özü inkişaf edir, təkmilləşir və imkanlarını artırır. Canlı 
orqanizmlərdə baş verən bütün bioloji proseslər fiziki hadisələrlə 
müşayiət olunur. Bu hadisələr fiziki cihazların köməyi ilə tez və 
asanlıqla qeydə alına bilir, bioloji hadisələri isə qeydə almaq olmur. 
Ona görə də hər bir bioloji hadisənin fiziki tərəfini öyrənməklə onun 
əmələ gəlmə mexanizmi və təbiəti haqqında müəyyən mühakimə 
aparılır. 
Elmi-texniki tərəqqi təbabətin bir sıra mürəkkəb məsələlərini 
dərindən öyrənmək və həll etmək üçün zəngin imkanlar yaratmışdır. 
Insan orqanizmində baş verən prossslərin dərinliklərinə girmək, 
onların sirlərin və əsas xüsusiyyətlərini aşkar etmək, əmələ gəlmə 
səbəblərini və mexanizmlərini aydınlaşdırmaq mümkün olmuşdur. 
Bütün bu nailiyyətlərin əldə edilməsində müxtəlif elm sahələrinin bir-
birilə əlaqəsi və qarşılıqlı təsiri əsas yer tutmuşdur. Bu elmlər heç 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin