__________________Milli Kitabxana__________________ 52
babət və bir sıra sənaye sahələrinin inkişafı üçün böyük əhəmiyyəti
vardır. Hər bir gələcək alim və ya mütəxəssis təbiətin sirlərini açmaq
yolunda ilk təkanı, başlanğıc impulsu orta məktəbdə alır. Çox vaxt
onların aldığı biliyin bu və ya başqa bir hissəsi bütün həyatları boyu
öz təsirini göstərir və hətta, yaradıcılıq imkanlarını ən yaxşı şəkildə
açıldığı istiqamətə yönəldir. Bunu nəzərə alaraq tədris prosesini elə
şəkildə aparmaq ləzımdır ki, məktəb kursunun əsas fənni, fizika,
kimya, biologiya və s. kimi ayrı-ayrı fənlər deyil, bütövlükdə
götürülmüş təbiətşünaslıq olsun.
§ 2. MƏKTƏB KURSUNDA BİOFİZİKA Elmi-texniki inqilab informasiyaların miqdarını o qədər artırmışdır
ki, bunu artıq bir nəfərin qəbul etməsi imkan xaricindədir. Ona görə
də indi hər bir alim müəyyən tədqiqat sahəsində özünü
məhdudlaşdırmışdır. O, bəzən qonşu otaqda nə iş görüldüyü ilə heç
maraqlanmır və ya buna imkan tapa bilmir. Beləliklə, dar ixtisaslı
mütəxəssislər, məsələn, fizik -akustik, həkim—kardioqraf, bioloq—
ixtioloq və s. yetişir. Bu isə mütəşəkkil şəklə düşmüş ayrı-ayrı bilik
sahələri arasında «boşluqlar», «sahibsiz ərazilər» yaranmasına səbəb
olur. Bu onu göstərir ki, ixtisasın getdikcə daralması müxtəlif bilik
sahələri arasındakı üzvi əlaqəni sarsıdır, elmin kompleks inkişafına
mane olur. Kibernetikanın atası sayılan Norbert Viner həmişə
ixtasasın getdikcə daralmasını elmin inkişafı üçün böyük bir fəlakət
hesab etmişdir. O özü riyaziyyatçı olmasına baxmayaraq, biologiya,
təbabət, fiziologiya, fizika, elektronika və bir sıra başqa elmlərlə
həmişə maraqlanmışdır. O həmişə çalışmışdır ki, müasir elmin ümumi
məsələlərinin həlli üçün sintetik yollar araşdırılıb müəyyən edilsin.
Ancaq bu yolla elmdəki «sahibsiz» əraziləri aradan qaldırmaq olar,
«boş yerlər» isə biofizika, bionika, kibernetika, radiobiologiya,
bioritmologiya, heliobiologiya, aqrofizika, biogeokimya, biogeofizika,
maqnitobiologiya və bir sıra başqa sintetik elmlərin biliklərilə dolar.
Elmin son illərdəki inkişaf tarixi belə bir yanaşmanın doğru olduğunu
təs-