Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə42/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   38   39   40   41   42   43   44   45   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
45 
§ 7. ELMİ-TEXNİKİ İNQİLAB VƏ TƏHSİL
PROSESİNDƏ ONUN NƏZƏRƏ ALINMASI 
Artıq bir neçə ildir ki, orta məktəblərdə bütün fənlər üzrə dərslər 
yeni proqram üzrə keçilir. Bu proqramlarda məktəb kursunun əsas 
məzmunu xeyli dəyişdirilmiş, nisbətən müasirləşdirilmiş və 
təkmilləşdirilmişdir. Xalq təsərrüfatının bütün sahələrində yaranmış 
elmi-texniki inqilabda fizikanın rolu ilə şagirdləri yaxından tanış 
etmək məsuliyyəti fənn müəlliminin üzərinə düşür. 
Elmi-texniki inqilab hələ bəşəriyyət yaranan gündən indiyə qədər 
birinci dəfədir ki, baş verir. Elmi-texniki tərəqqi isə bütün tarix boyu 
olmuşdur. Biz istilik elektrik stansiyalarının iş prinsipini dəyişmədən 
onda müəyyən təkmilləşmələr aparmaqla faydalı iş əmsalını bir qədər 
artırırıqsa, bu elmi-texniki tərəqqidir. Əgər bu stansiyanın əvəzində 
atom elektrik stansiyası yaradırıqsa, bu elmi-texniki inqilabdır. Çünki 
atom yanacağına başqa istehsal sahələrində tələbat yoxdur. Istilik 
elektrik stansiyalarında istifadə olunan yanacaq isə ən qiymətli
kimyəvi xammaldır. 
Doğrudur, elmdə və texnikada bir-birindən fərqli vaxtlarda, ayrı-
ayrılıqda inqilab olmuşdur. Faradeyin elektromaqnit induksiyası
hadisəsini kəşf etməsi isə sonralar texnikada böyük inqilab yaratdı. 
XX əsrin əvvəllərdə nisbillk nəzəriyyəsinin kəşfi də elmdə inqilab 
yaratdı, lakin onun bəhrəsi, yüklü hissəciklərin sürətləndlrilməsində 
bu prinsipdən istifadə olunması isə xeyli sonra həyata keçirildi. 
Sürətləndiricilərin yaranması texniki inqilaba səbəb oldu. Eyni sözü 
Kopernikin kəşfi, Mendeleyev cədvəli, kvant mexanikası və s. üçün də 
demək olar. 
Bütün sahələrdə yaranan elmi-texniki inqilabda fizika həmişə 
həlledici rol oynamıldır. Radioastronomiyanın sürətlə inkişafı, 
kosmik uçuşlar, atom sənayesi, molekulyar səviyyədə aparılan bioloji 
tədqiqat illəri, genetikanın böyük nalliyyətləri, xalq təsərrüfatının 
bütün sahələrində baş vermiş dərin çevrilşlər, texnoloji proseslərin
misli görünmə- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin