Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə40/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   36   37   38   39   40   41   42   43   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
43 
qədər dərindən tədqiq edilərsə, insan üçün bir o qədər əlverişli şərait, 
normal vəziyyət yaranar. Lap gündəlik həyatda və məişətdə də insan 
özünün Yer şəraitinə uyğunlaşmış zərif bir indikator olduğunu 
unutmamalıdır. Mühit bərk isti və ya ifrat soyuq olduqda orqanizm 
özünün tənzimedici funksiyaları ilə müdafia olunmağa çalışır. Qan 
damarlarının daralması və ya genəlməsi daimi olaraq dərinin qanla 
təchiz edilməsini və orqanizmin istilikkeçirməsini nizama salır. Soyuq 
hiss etdikdə bədən titrəyir, maddələr mübadiləsi güclənir və ayrılan 
istilik miqdarı artır. Bərk isti olduqda tər vəziləri fəaliyyət göstərir. 
Bədən səthində gedən buxarlanma hesabına soyuyur. Lakin təəssüf ki, 
təbiətdə baş verən həqiqi proseslər bu qədər də sadə deyil. Dəridəki 
nəmlik buxarlanırsa bu molekulların bir qismi paltarda toplanaraq 
istilik balansına mənfi təsir göstərir. Orqanizmin əhatəsində su 
buxarının təzyiqi çox böyük olduqda, su diffuziya yolu ilə dəridən 
keçərək yenidən orqanizmə daxil ola bilər. Insanın dərisi tərlədikdə 
suyun dəri vasitəsilə diffuziyası hər iki istiqamətdə baş verə bilər. Su 
molekullarının hərəkətinin hansı istiqamətdə üstünlük təşkil etməsi 
dəri üzərində yığılan duzların konsentrasiyasından asılıdır. Dəri təmiz 
su ilə örtülmüşdürsə onda orqanizmin hər kvadrat metr səthi saatda 50 
q qədər su qəbul edir; dəridə xörək duzunun 20 %-li məhlulu olduqda, 
başqa şərtlər dəyişmədikdə orqanizm 200 q su ayırır. Dərini örtən 
duzların konsentrasiyası 5% - dən çox olmadıqda da tər dəri ilə 
orqanizmə daxil ola bilər. 
Bu vəziyyət, don vurmaqdan qorunmaq məqsədi ilə geyilən 
corabın fiziki xassələrinin dəyişməsinin qarşısını alır. Ayaq tərləsə də 
bu yenidən orqanizmə qayıdır, o quru qalır və corabın istiliyi izoletmə 
xassələri dəyişmir. Nəm havada tərlədikdə də buna oxşar hadisə baş 
verir. Dəridə toplanan tərdə duzların konsentrasiyası əhəmiyyətsiz 
dərəcədə az olduqda həmin tər dəridən keçərək diffuziya yolu ilə 
orqanizmə daxil olur. Güclü buxarlanma şəraiti yaradan quru hava və 
külək olduqda isə dəridəki tərdə duzların kopsentrasiyası artır və bu 
halda torləməklə itən suyun üzərinə diffuziya ilə itən su da əlavə 
olunur. Bu cür əlavə itki qızmar istidə, səhra şəraitində müşahidə 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin