Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə39/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   35   36   37   38   39   40   41   42   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
42 
yatı qoruyub saxlayır. Biosferdəki sərbəst oksigen ancaq biokimyəvi 
yolla əmələ gəlir. Yerdə həyat məhv olsa, bu cür sərbəst oksigen də 
olmaz. Ozon təbəqəsi atmosferin 20-40 km yüksəkliklərində yaranır. 
Yer səthi yaxınlığında ozonu əmələ gətirən səbəb atmosferdəki 
elektrik hadisələri, qığılcım boşalmalarıdır. Ozonun olduğu atmosfer 
qatında hava çox seyrəkdir. Ozon molekulları çox dayanıqsızdır və 
asanlıqla parçalanaraq adi oksigen molekulları əmələ gətirir. Buna 
baxmayaraq ozonun atmosferdəki miqdarı demək olar ki, heç 
dəyişmir. Bunun səbəbi atmosferdə yaranan dinamik tarazlıqdır. 
Atmosferin yuxarı qatlarında bir-birinin əks istiqamətində gedən iki 
proses baş verir. Bir tərəfdən, Günəş şüalarının təsiri altında fasiləsiz 
olaraq ozon molekulları əmələ gəlir, digər tərəfdən də onlar 
parçalanır. Gündüzlər ozonlaşma, keçələr isə ozon molekullarının 
dissosiasiyası üstünlük təşkil edir. Nəticədə orta hesabla, ozonun 
konsentrasiyası demək olar ki, dəyişmir. 
Texnikanın son dövrdəki inkişafı nəticəsində atmosferin yuxarı 
qatları da çirklənməyə başlamışdır. Hər bir güclü ballistik raket, 
kosmik gəmi və ya reaktiv təyyarə uçuş zamanı havaya külli miqdarda 
yanma məhsulları buraxır, bunlar atmosferin yuxarı qatlarının 
tərkibini və fiziki təbiətini kökündən dəyişir. Raket texnikası və 
kosmonavtikanın sonrakı inkişaf mərhələsində bu daha çox nəzərə 
çarpacaqdır. Məhz həmin yuxarı qatlar atmosferdəki sirkulyasiya 
proseslərində, iqlim şəraitinin təyin edilməsində mühüm rol oynayır. 
Atmosferin yuxarı qatlarında vaxtilə aparılan atom partlayışları da 
təhlükəli çirklənmənin güclənməsinə səbəb olmuşdur. 
İnsan özü də təbiətin bir hissəsidir. Lakin o öz fəaliyyəti ilə 
təbiətdəki müvazinəti poza bilər, beləliklə, özünü və gələcək nəsilləri 
həyat üçün zəruri olan bir çox şeylərdən məhrum edə bilər. Təbiətə 
düşünülmüş müdaxilə etmək üçün isə onu dərindən öyrənmək, indiki 
hadisələrin 15-20 il bundan sonra verə biləcəyi nəticələr haqqında bu 
başdan fikirləşmək lazımdır. Bu cəhətdən də məktəb kursunun təbiət 
fənlərinin qarşılıqlı əlaqədə öyrənilməsi təbiət hadisələri haqqında tam 
təsəvvür əldə etmək üçün böyük əhəmiyyət kəsb edir. Hadisələrin 
qarşılıqlı əlaqəsi və 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin