Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə76/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   72   73   74   75   76   77   78   79   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
81 
kultativ kurs şagirdlərə təbiətin kompleks şəkildə öyrənilə bildiyini 
göstərməklə yanaşı, onlarda təbiətə məhəbbət hissini və müstəqil 
tədqiqat aparmağı öyrədər. Şagirdlərdə öz tədqiqat nəticələrini təhlil 
etməyi bacarmaq kimi keyfiyyətlər inkişaf edər. Onların gələcək 
ixtisası ilə orta təhsilləri arasında körpü yaradar. 
«Fizika və canlı aləm» fakultativ kursunun məşğələləri şagirdləri 
fizika, kimya, biologiya və onların sintezindən ibarət elmlərlə tanış 
edir, onların tətbiq dairələrini göstərir, fiziki hadisələrin və 
qanunların bioloji proseslərdəki rolunu və yerini təyin edir. Müasir 
biologiya elmi, sonrakı inkişafı üçün, fizikanı, kimyanı və riyaziyyatı
yaxşı bilən, elektronika və radiotexnikadan baş çıxaran, mürəkkəb 
cihaz və aparatları işlətməyi bacaran kadrlar gözləyir. «Fizika və 
canlı aləm» adlı fakultativ kursu keçən gənclər belə kadrların
hazırlanması işində fəal mövqe tuta bilərlər. Fakultativ kurs üçün 
material seçərkən ümumi informasiyanın həcmini deyil, oiların 
içərisində biologiya ilə fizikanın əlaqəsini daha qabarıq şəkildə 
göstərən mövzular götürmək məqsədəuyğundur. Belə olduqda
kursun məzmununu təyin etmək xeyli sadələşir. Həmin kurs, digər 
fakultativ kurslardan fərqli olaraq, təkcə biliyi dərindən öyrənmək 
məqsədi güdmür. O həm də fizika ilə biologiyanın əlaqəli
məsələlərini dərindən açmağı, inkişaf etdirməyi və dərikləşdirməyi 
də nəzərdə tutur. Bunları nəzərə alaraq biz fakultativ kursun 
məzmununu muəyyən edərkən aşağıdakı prinsipləri əsas götürmüşük: 
1. «Fizika və canlı» fakultativ kursunun məzmunu, biofizika və 
bionikanın əsas inkişaf istiqamətlərini müəyyən edən, onun vacib 
məsələlərini izah edən faktlar və anlayışlardan ibarət olmalıdır.
2. Seçilmiş material ümumi işə tədqiqat xarakteri verən şərait 
yaratmalıdır. 
3. Şagirdlərdə elmə daha böyük maraq tərbiyə etməyə imkan 
verməlidir. 
4. Şagirdlərin müstəqil bilik almaqlarına kömək 
göstərməlidir. 
5. Fakultativ kursun materialı fizika və biologiya elmləri üzrə 
məktəb proqramına uyğun olmalıdır. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin