Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə79/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   75   76   77   78   79   80   81   82   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
84 
girdlərin biofizikaya marağını artırmaq olar. Məsələn, irsiyyəti idarə 
etmək, telebiologiya, həyat proseslərinin öyrənilməsində əsas yer 
tutan fiziki cihazlar və s. kimi məsələlərə fakultativ kursda müəyyən 
yer verilməlidir. Şagirdlərin əsas fənləri öyrənərkən aldıqları biliklər 
zəminində onlara verilən bu yeni məlumat biliyin daha şüurlu 
mənimsənilməsinə müəyyən xidmət göstərir. 
«Fizika və canlı aləm» fakultativ kursunun tədris materialının 
məzmunu və strukturası fizika kursuna müvafiq şəkildə təyin edilir. 
Çünki, fizika ilə biofizika arasındakı "analogiya axıra qədər davam 
edir. Məsələn, fizikanın mexanika bölməsinə müvafiq olaraq 
biofizikada biomexanika bölməsi var. Bunun kimi də molekulyar 
fizika bölməsinə uyğun molekulyar biologiya, elektrikə uyğun—
elektrobiologiya, maqnetizmə uyğun - maqnitobiologiya, işıq bəhsinə 
uyğun-radiobiologiya bölmələri mövcuddur. 
Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq biz, «fizika və canlı 
aləm» fakultativ kursuna aşağıdakı məsələlərin daxil edilməsini lazım 
bilirik. 
Giriş. Biofizika fənninin öyrəndiyi məsələlər. Onun məqsəd və 
vəzifələri. Biofizikanın inkişaf tarixi. 
Biomexanikanın elementləri, insan və heyvanlarda dayaq-hərəkət 
aparatının mexaniki elementləri. 
Cazibə sahəsinin canlı orqanizmlərə təsiri. 
Canlı orqanizmlərin hərəkət prinsipləri (qaçmaq, uçmaq, üzmək və s). 
Nümayişlər. 
1. Obyektin 
formasının onun möhkəmliyinə təsiri. 
2. Canlı orqanizm toxumalarına (məsələn, sümüyə) 
Huk qanununun tətbiqi. 
3. Suda 
reaktiv 
hərəkət. 
4. Müstəvi lövhə fırlandıqda yaranan qaldırıcı 
qüvvə, Maqnus effekti. 
5. Biologiya 
və texnikanın problemləri filmindən fraqmentlər 
göstərmək. 
6. Anatomiya 
muzeyinə ekskursiya. Həyat proseslərində 
molekulyar fizika və termodinamika elementləri. Diffuziya və osmos. 
Maddələr mübadiləsində bu hadisələrin rolu. Termodinamikanın
qanunları, onların canlı obyektlərə tətbiq oluna bilməsi. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin