§ 6. SUYUN FİZIKİ XASSƏLƏRİ VƏ TƏBİƏT HADİSƏLƏRİ Məşhur italyan alimi, rəssamı və mütəfəkkiri Leonardo da
Vinçinin qeyd etdiyi kimi, Suya planetimizdə «həyat işrəsi olmaq»
kimi sehrli bir ləqəb verilmişdir. Su öz fiziki və kimyəvi xassələrinin
xüsusi səciyyəviliyinə görə bütün mayelərdən fərqlənir. Belə
xüsusiyyətlərinə görə suda həyat inkişaf edə bilmiş və indi də
mövcuddur.
Suyu başqa mayelərdən fərqləndirən nədir? Su, adi temperatur və
təzyiq şəraitində, eyni zamanda üç müxtəlif aqreqat halında (bərk,
maye və qaz) ola bilən yeganə maddədir. Qışda göllərin səthi buzla
örtülür, dərin qatlarda su maye halında olur, göydə isə,
gözəgörünməyən su buxarı şəklində toplanır.
Suyun donma və qaynama temperaturu də başqa maddələrlə
müqayisə edəndə müstəsnalıq təşkil edir. Maddənin molekulyar çəkisi
azdırsa onun donma və qaynama temperaturu da aşağı olur. Məsələn,
kükürd, selen və tellur da oksigen kimi Mendeleyevin dövrü
sistemində VI qrupa daxildir. Lakin onların hidrogendə birləşmələri
üçün donma və qaynama temperaturları molekulyar çəkilərilə düz
mütənasib olaraq dəyişir. Su bu qanuna tabe olmur. Öz molekulyar
quruluşuna görə qeyd etdiyimiz maddələrə oxşayan su, onların tabe
olduğu qanuna tabe olsaydı suyun donma temperaturu — 90°S,
qaynama temperaturu isə-70°S olmalı idi. Əslində isə onun adi
şəraitdə donma temperaturu O°S, qaynama temperaturu isə 100
0
S-dir.
Bir anlığa Suyun da həmin qanuna tabe olduğunu fərz edək, bu
zaman Yerdə nə kimi dəyişikliklər baş verə biləcəyini nəzərdən
keçirək. Hər şeydən əvvəl, okeanlar, dənizlər, göllər və çaylardakı
sular qaynayaraq axırıncı damlaya qədər buxara çevrilərdi. Bütün
həyat məhv olardı.
Nə üçün çaylarda, göllərdə və dənizlərdə suyuxarı səthdən
başlayaraq donur? Bu hadisə də suyun istidən