__________________Milli Kitabxana__________________ 83
dişindəki ümumi dəyişiklikləri, bütün hallarda bu təsirlərin
obyektdəki iri molekulların bəzi kimyəvi rabitələrinin qırılmasına və
ya ionların yerdəyişmə xarakterinin əvvəlkindən fərqlənməsinə
gətirir. Eyni sözü dənli və mədəni bitkilərin toxumlarına göstərilən
müxtəlif fiziki təsirlər üçün də demək olar. Hazırda səpin qabağı
toxumlara fiziki təsir göstərmək üçün onlarla üsullar vardır. Yumşaq
rentgen şüaları ilə, ultrasəslə, maqnit və ya elektrik sahəsilə
toxumlara fiziki təsir göstərdikdə alimlərin fikrincə, onlarıi
daxilində təxminən eyni proseslər əmələ gəlir. Toxum enerji kvantını
alır və bu enerji canlı rüşeymi təşkil edən molekullara təsir edir.
Bəzi molokullar «qəlpələrə» ayrılır. Əlavə enerjisi olan molekulyar
hissəciklər yaranır. Sərbəst elektronların sayı dəyişir. Müasir nüvə
fizikası bela fəal hissəciklərin sayını və enerjisini ölçməyi bacarır.
Təcrübə və müşahidələr göstərmişdir ki, toxum daxilində fəal
hissəciklərin sayı artdıqca onun həyat qüvvələri də artır. Belə ölçmələr
elmi cəhətdən əsaslanmış dəqiq göstərişlər verə bilir.
Beləliklə, fiziki metodlardai istifadə edilməsi, nəticədə bitkilər
haqqında elmi dəqiq elmlərə yaxınlaşdırır, onların məhsuldarlığının
artması üçün şərait yaradır. Bütün bu masələlər fakultativ kursda öz
əksini tapmalıdır.
Fakultativ kursa daxil olan fizika praktikumları da tədqiqat
xarakterli olmalıdır. Bu işləri aparmaq üçün təlimat və icmal
qabaqcadan hazırlanıb şagirdlərə təqdim edilir.
Biologiya materialı üzərində hazırlanmış fizika praktikumu
şagirdlərin biliyinin artmasına, onlarda fiziki tədqiqat metodlarını
biologiyada tətbiq etmək bacarıq və vərdişlərinin aşılanmasına şərait
yaradır. Tədqiqat xarakterli bu işlər həm də tərbiyəvi əhəmiyyət
daşıyır. Çünki, şagirdlərin materialist dünyagörüşünün
formalaşmasına, politexnik biliklərinin artmasına, təbiətin səbəb-
nəticə əlaqələrinin onların özləri tərəfindən aşkar edilməsinə kömək
edir.
Fakultativ kursa böyük gələcəyi olan və fiziki təsirlərlə
səciyyələnən məsələlər daxil etməklə şa-