Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə77/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   73   74   75   76   77   78   79   80   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
82 
ali məktəb kursundan müəyyən mövzuları həmin kursa daxil etməyə 
yol verilməməlidir. 
b. Fakultativ kursun materialı müasir elmi-texniki tərəqqi 
səviyyəsində olmaqla bərabər elmin ən son nailiyyətlərini əhatə 
etməlidir. 
Məlumdur ki, fiziki biliklərin metodoloji əsası və ümumiyyətlə 
fiziki təhsilin məzmunu eksperimentlə bağlıdır. Bu, olduğu kimi, 
biofizikaya da aiddir. Çünki biofizika bir tərəfdən öz strukturasına 
görə, tamamilə, fizikaya oxşayır, digər tərəfdən də o canlı 
orqanizmlərdə baş verən fiziki və fiziki-kimyəvi prosesləri öyrənir. 
Ona körə də fakultativ kursda şagirdləri eksperimental faktlarla tanış 
etməyə də xüsusi yer verilməlidir. Həmin istiqamətdəki işi nümayiş 
təcrübələri, frontal təcrübə və müşahidələr, fizika praktikumu
sinifdənkənar məşğələlər və müşahidələr şəklində aparmaq olar. 
Eksperiment nəticələrinin təhlili, müşahidə olunan hadisələrin ən 
vacib cəhətlərinin aşkar edilməsi, təcrübə şəraitinin nəzərdən 
keçirilməsi və s. şagirdlərin elmi mühakimə aparması üçün şərait 
yaradır və fakultativ kursun eksperimental bazasını əmələ gətirir. 
Şagirdlərin fakultativ məşğələlərlə tədqiqat xarakterli eksperimentlə 
məşğul olması, onların praktik vərdişlərini artırır və biofizika elminə 
yaxınlaşmaq üçün əlavə bir yol açır. 
Fakultativ məşğələlərdəki eksperimentlərdə tədqiqatçılıq adi fizika 
dərslərindəkindən daha yüksək səviyyədə olmalıdır. Çünki, canlı 
təbiətdəki fiziki hadisələri müşahidə etmək, bu hadisələri bioloji 
prosesin bir hissəsi kimi ayırmağı bacarmaq və xüsu-silə onu təhlil 
etmək qabiliyyəti özbaşına yaranmır. Bu qabiliyyəti yaratmaq üçün 
şagirdlərə hadisələri müstəqil müşahidə etmək, təhlil və mühakimə 
yolu ilə həmin müşahidələrə elmi tədqiqat elementləri gətirmək
imkanı vermək lazımdır. 
Böyük təchizat tələb etməyən bir sıra maraqlı təcrübələrlə bəzən 
çətin məsələləri həll etmək olar. Məsələn, bioloji obyektlərin bir sıra 
fiziki xassələrini təyin etmək və onları səciyyələndirən parametrləri 
bilavasitə ölçmək, elektrik və maqnit sahələrinin, rentgen şüalarının 
canlı orqanizmlərə təsirini aydınlaşdırmaq və s. bioloji hadisələrin ge- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin