__________________Milli Kitabxana__________________ 89
genişlənmə xüsusiyyətinə və Arximed qanununa görə izah
olunur.
Su öz istilik tutumunun böyüklüyünə görə də bütün bərk və maye
maddələrdən fərqlənir. Bu o deməkdir ki, müəyyən miqdar suyu
müəyyən temperatura qədər qızdırmaq üçün lazım olan istilik miqdarı
həmin şərtlər daxilində başqa maddələri qızdırmaq üçün tələb edilən
istilik miqdarından çoxdur. Deməli, eyni şərtlər daxilində soyuyan
maddələrdən ən çox istilik verəni də sudur.
Suyun istilik tutumunun böyük olması dünya okeanını istilik
akkumulyatoruna çevirmişdir. Bunu qeyd etmək kifayətdir ki, 1m
3
su
1
0
S soyuyarkən verdiyi istilik, 3000 m
3
havanı 1
0
S qızdırmaq üçün
kifayət edir, Bu misalla, dəniz və okeanların planetimizin iqlim
şəraitində nə qədər böyük rol oynadığını təsəvvür etmək olar.
Buzu əritmək üçün də çox istilik lazımdır. Bir qram buzu əritmək
üçün lazım olan istilik, həmin miqdarda qurğuşunu əritmək üçün tələb
edilən istilikdən 13 dəfə çoxdur. Su donduqda bu istilik yenə ayrılır.
Buz və qar istilik verərək torpağı və havanı qızdırır. Onlar mühitin sərt
qış iqlimi şəraitinə qəflətən keçməyin qarşısını alır. Ona görə də
payızda hələ bir neçə həftə havalar mülayim keçir. Yazda isə buzun
əriməsi qəflətən bürkü düşməsinə mane olur. Əgər buzun ərimə istiliyi
qurğuşununki qədər olsaydı, o 13 dəfə tez əriyərdi, çayların suyu aşıb-
daşardı, torpağın məhsuldar qatını və bitkiləri yuyub aparardı, böyük
fəlakətlər baş verərdi.
Suyun xüsusi buxarlanma istiliyi də başqa maddələrinkinə nisbətən
çox böyükdür. Əgər suyun xüsusi buxarlanma istiliyi maye azotunki
qədər olsaydı, su gölləri bir-birinin ardınca quruyar, yağış yerə
düşməmiş havadaca buxarlanar, meşə və tarlalar səhraya çevrilərdi.
Suyun səthi gərilməsi də başqa mayelərinkindən xeyli böyükdür. Eyni
şəraitdə maye halında olan civə müstəsnalıq təşkil edir. Suyun səth
qatı özünü gərilmiş rezin pərdə kimi aparır. Bəzi həşəratlar suyun
səthində sərbəst gəzir və batmırlar. Bu xassəsinə görə yerin
dərinliklərində olan qrunt suları yuxarı qalxaraq bitkiləri qidalandırır.
Suyun bu