Isco 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix08.06.2022
ölçüsü0,72 Mb.
#60959
1   2   3   4   5   6   7   8   9   ...   13
5112-2-00196-01 Passenger train conductor az

Dördüncü bacarıq səviyyəsi 
Dördüncü bacarıq səviyyəsinə, adətən, ixtisaslaşmış sahə üzrə geniş nəzəri 
və praktiki biliklər əsasında mürəkkəb problemlərin həlli və qərarların qəbul 
edilməsini tələb edən fəaliyyətlərin yerinə yetirilməsi daxildir. Bu bacarıq 
səviyyəsi üzrə peşələr, ümumiyyətlə, yüksək səviyyədə yazıb-oxuma və 
rəqəmlərlə işləmə bacarığı, eləcə də təkmilləşmiş ünsiyyət bacarığı tələb 
edir. 
Dördüncü bacarıq səviyyəsi üzrə tələb olunan bilik və bacarıqlar, adətən, ali 
təhsil müəssisələrində birinci və ya daha yüksək elmi dərəcənin verilməsi ilə 
yekunlaşan 3-6 illik təhsil vasitəsi ilə əldə olunur (ISCED üzrə 5a səviyyəsi və 
ya daha yüksək səviyyə). Bu bacarıq səvviyyəsi üçün Azərbaycanda adətən 
bakalavriat və daha yüksək təhsil pillələri uyğun gəlir. 
Dördüncü bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələrə menecerlər, 
mühəndislər, müəllimlər, həkimlər və s. daxildir ki, bunlar çox vaxt 
peşəkarlar adlandırılır. 
Bilik 
Təhsil və ya təcrübə vasitəsilə əldə edilən məlumat və faktlar toplusunu 
əhatə edir. 
Əlavə / ümumi 
səriştələr 
Müvafiq əmək fəaliyyətini həyata keçirə bilmək üçün tələb olunan səriştələrə 
əlavə olaraq, arzuolunan faydalı səriştələri əhatə edir. Buraya əmək 
fəaliyyətini təkmilləşdirə bilən, bir çox peşələr üçün ümumi olan və 
gələcəkdə tələb olunacaq səriştələr daxildir. Bunlar işçilərin fəaliyyətinin 
qiymətləndirilməsi üçün əsas kimi çıxış etmir. 
Əvvəlki təlimin 
tanınması 
Harada və necə təhsil almasından asılı olmayaraq, qeydə alınmış ixtisaslar və 
vahid standartlar baxımından insanların əvvəlki təliminin tanınması 
prosesidir. İnsanlar təhsil müəssisəsində formal təlim keçmələrindən və ya 
qeyri-formal təlim əldə etmələrindən asılı olmayaraq, öyrənmə prosesini heç 
vaxt dayandırmırlar. 
Əvvəlki təlimin qiymətləndirilməsi və tanınması prosesi aşağıdakı kimidir: 

Şəxsin nə bildiyi və nə bacardığının müəyyənləşdirilməsi; 

Şəxsin bilik və bacarıqlarının xüsusi standartlar, səriştələrin 
qiymətləndirilməsi üzrə əlaqəli meyarlar ilə müqayisə edilməsi

Bu standartlara münasibətdə təlimin qiymətləndirilməsi; 

Şəxsin formal, qeyri-formal və informal təlimlər vasitəsilə keçmişdə 
topladığı bacarıq, bilik və təcrübənin tanınması. 
Fəaliyyət 
Fərdin vəzifələrinin bir hissəsi olan iş və ya məsuliyyəti əks etdirir. Buna 
görə də vəzifə bir sıra fəaliyyətlərə bölünür. 
Formal təlim 
Azərbaycan Respublikasının təhsil və təlim müəssisələrində həyata keçirilir, 
dövlət təhsil sənədinin verilməsi ilə nəticələnir. Təhsil müəssisələrində 
formal təlimlər dövlət təhsil standartlarına uyğun olaraq aparılır. Əldə edilən 
səriştələr testlər vasitəsilə yoxlanır və dövlət təhsil sənədi verilir. 
İnformal təlim 
Özünütəlim yоlu ilə bilik və bacarıqlara yiyələnmənin fоrmasıdır. Təhsil və 
təlim müəssisələrindən kənarda həyata keçirilir və təbii olaraq gündəlik 
həyatımızda müşahidə olunur. Formal və qeyri-formal təlimdən fərqli olaraq, 
informal təlim çox vaxt qeyri-ixtiyari baş verir və beləliklə, hətta fərdlərin 
özləri də səriştələrinin artırılmasında onun rolunu hiss etməyə bilər 
(məsələn, kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik 
qarşılıqlı əlaqələrdən və ümumi münasibətlərdən məlumatın əldə edilməsi). 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

O, təlimin həyata keçirilməsi sahəsində (xüsusilə) ixtisaslaşmamış hər hansı 
bir şəxs (yəni ailə üzvləri, digər əlaqəli şəxslər və s.) tərəfindən 
istiqamətləndirildiyi halda, məqsədli xarakter daşıya bilər. İnformal təlim 
ölkə səviyyəsində qəbul edilən diplom və sertifikatların verilməsi ilə 
nəticələnmir. 
İş 
Fərdin işəgötürən üçün və ya sərbəst məşğulluq şəraitində həyata keçirdiyi 
vəzifə və ya fəaliyyətlərin toplusudur (ISCO-08 -ə uyğun olaraq). 
İşə yanaşma 
Müəyyən ideya, obyekt, şəxs və ya vəziyyətə müsbət və ya mənfi münasibəti 
əks etdirir. 
Yanaşma fərdin fəaliyyət seçimini, çətinlik, həvəsləndirmə və mükafatlara 
(hamısı birlikdə stimul adlanır) cavab reaksiyasını müəyyən edir. Bu 
baxımdan yanaşma iş üçün xeyli vacibdir.
Yanaşmanın 4 əsas komponenti var: (1) Emosional: hiss və həyəcan
(2) İdrak: məntiqlə həyata keçirilən inam və fikirlər; (3) İradi: fəaliyyət 
meylləri; (4) Qiymət: stimullara mənfi və ya müsbət münasibət. 
Qeyri-formal təlim 
Təhsil sistemi ilə paralel şəkildə aparılır və dövlət təhsil sənədinin verilməsi 
ilə müşayiət оlunmur. Qeyri-formal təlimlər iş yerlərində və ya formal təlim 
sistemlərinə yardım üçün yaradılmış təşkilat və ya mərkəzlərdə, 
dərnəklərdə, fərdi məşğələlərdə, vətəndaş cəmiyyəti təşkilatları və 
qruplarında həyata keçirilə bilər. 
Qiymətləndirmə 
metodu 
Səriştəni ölçmək üçün üsul və ya alətdir. 
Qiymətləndirmə 
paketi 
Fəaliyyət meyarı da daxil olmaqla fərdin səriştələrinin qiymətləndirilməli 
olduğu müxtəlif qiymətləndirmə metodlarıdır. 
Qiymətləndirmə 
sxemi 
Qiymətləndirmə standartlarının vəzifələrini və onların yerinə yetirilmə 
istiqamətlərini müəyyən edir. 
Peşə standartları üzrə qiymətləndirmənin məqsədi fərdin müvafiq peşə 
standartını fəaliyyətlər, vəzifələr və ya tapşırıqlar üzrə həyata keçirə 
bilməsini müəyyən etməkdir. Sözügedən tapşırıqlar, peşə standartında 
müəyyən edilən texniki bacarıqları, planlaşdırma və problemləri həlletmə 
biliklərini, gözlənilməz vəziyyətlərdə hərəkət etmək bacarığını, digər şəxslər 
ilə işləmək bacarığını və ünsiyyət bacarıqlarını əhatə etməlidir.
Peşə standartları üzrə qiymətləndirmənin məqsədlərinə, digər məsələlərlə 
yanaşı, aşağıdakılar daxildir: 

İşəgötürmə; 

Karyera yüksəlişi; 

Bilik və bacarıqlarda olan boşluqların və təlim ehtiyaclarının müəyyən 
edilməsi; 

İşçi heyətinin qiymətləndirilməsi. 
Qiymətləndirməni planlaşdıran zaman onun xarakterik cəhətlərinə xüsusi 
diqqət yetirmək lazımdır: qiymətləndirmə hansı interval çərçivəsində həyata 
keçirilməlidir, hansı hədəflər müəyyən edilməlidir, hansı qiymətləndirmə 
metodları daha məqsədəuyğundur. Qiymətləndirmə sxemi aşağıdakı 
qiymətləndirmə metodlarından 2 və ya 3-nü əhatə etməlidir: i) Əmək 
fəaliyyətinin müşahidə edilməsi; ii) İşin nəticəsinin qiymətləndirilməsi
iii) Simulyasiya; iv) Suallar (şifahi və ya yazılı); v) Layihə işi; vi) Portfel 
əsasında qiymətləndirmə; vii) Dinləmə qiymətləndirməsi; viii) Fərdi 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

araşdırmalar; ix) Müştəri qiymətləndirməsi (məsələn, müştəri sorğu 
formaları), ekspert və şəxsi qiymətləndirmə və s. 
Peşə standartı və peşə standartı üzrə qiymətləndirmə arasındakı əlaqə 
aşağıdakı sxemdə göstərilmişdir. 
Məşğulluq təsnifatı 
(MT) 
Ölkədə əmək bazarının inkişafına, beynəlxalq təcrübədə qəbul edilmiş uçot 
və statistikaya uyğun olaraq ISCO-08 təsnifatından istifadə edilməklə, onun 
genişləndirilməsi əsasında 2010-cu ildə hazırlanmışdır. Onun strukturu 
ISCO-08 təsnifatının strukturu ilə eynidir. MT Standartlaşdırma, Metrologiya 
və Patent üzrə Dövlət Komitəsinin 20 Dekabr 2010-cu il 180 saylı qərarı ilə
təsdiq edilmiş və AZT041-2010 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 
Peşə 
Yüksək oxşarlıq dərəcəsinə malik əsas vəzifə və fəaliyyətlərdən ibarət olan 
işlərin məcmusudur. Şəxsin hər hansı bir peşə ilə bağlılığı onun hazırda 
tutduğu vəzifə, əlavə və ya əvvəlki işləri vasitəsi ilə müəyyən olunur.
Peşə standartı 
Konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına 
qoyulan ümumi tələbləri sistemli şəkildə əks etdirən normativ sənəddir. O, 
müvafiq səriştələr çərçivəsində işçinin bilik, bacarıq və vərdişləri nəzərə 
alınmaqla, onun əmək funksiyalarını yerinə yetirməsinə imkan verəcək 
konkret vəzifə öhdəliklərinin və fəaliyyətlərin siyahısını özündə ehtiva edir. 
Peşə standartı işdəki rolu təyin etməyə, işçinin fəaliyyətini 
qiymətləndirməyə, eləcə də, təkmilləşmə, peşə yüksəlişi üçün yollar 
müəyyən etməyə və hazırlamağa kömək edə bilər.
Peşə standartları ISCO-ya və Məşğulluq təsnifatına uyğun olaraq 
təsnifatlaşdırılır. 
Peşə standartı üzrə 
qiymətləndirmə 
nümunəsi 
Qiymətləndirmə hər hansı bir sahədə səriştənin aşkar edilməsi məqsədilə 
fərdin fəaliyyətinin aydın şəkildə müəyyən edilmiş standartlar ilə 
müqayisədə ədalətli və dəqiq şəkildə ölçülməsinə imkan verən prosesdir. İş 
yerinin qiymətləndirilməsi prosesi iş yeri ilə bağlı gündəlik fəaliyyətin tərkib 
hissəsini təşkil edir. Qiymətləndirmə zamanı əldə edilən nəticələr fərdlərə öz 
işlərini necə yerinə yetirdiyini öyrənməyə imkan verir. Bu, biliklərin, 
bacarıqların, yanaşma və davranışın inkişaf etdirilməsində, beləliklə, 
səriştənin nümayiş etdirilməsində onlara yardım edir. 
Peşə standartı üzrə qiymətləndirmə nümunəsi qiymətləndirmə sxemi, 
fəaliyyət meyarları, qiymətləndirməni həyata keçirmək üçün zəruri 
Peşə standartı üzrə qiymətlən-
dirmənin hazırlanması metodo-
logiyası / prosedurları 
Fəaliyyət meyarı 


Qiymətləndirmə proqramı 
(metodlar, şərtlər və s.) 
Vəzifələr / fəaliyyətlər 
.

Qiymətləndirmə sxemləri 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin