Sürüşmə gərginliyi Usür
.
Bu gərginlik ona görə girişə verilir ki, çıxış gərginliyi sıfr
olsun. Adətən bu gərginlik bir milli voltdan on milli volta qədər ola bilər.
Tələb olunan gücü və tələb olunan cərəyanı. Pt, İt
Sinfaz siqnalının zəifləmə əmsalı
Amplitud –tezlik xarakteristikası:
Təyinatına görə ƏG-ni aşağıdakı beş qrupa bölmək olar:
1.
Universal ƏG-ləri- hansı ki, orta xarakteristikaya malikdir.
2.
Preslənmiş ƏG-i zəif siqnalları gücləndirmək üçün informasiya – ölçü texnikasında
istifadə olunur. Böyük güclənmə əmsalına və aşağı səviyyəli küyə malikdir.
Bunlardan
modulyasya – demodulyasya prosesində istifadə olunur. Məs. K140YD21, K140YD24 və
.s
3
. Cəldişləyən ƏG-i - yüksək tezlikli siqnalları çevirmək üçün
istifadə olunurlar tqur
<1mks , fvah > 10MHs olur.
4.
Mikrogüclü ƏG-i - az güc tələb olunan gücləndiricilərdir.
5.
Çoxkanallı ƏG-i – bu gücləndirici bir korpusda yerləşdirilmiş bir necə ƏG-indən (2 və
ya 4 ƏG-dən) ibarət olur. Məs. K140YD20, K1401YD1 , K1401YD2.
Rəqəmli elektronika
Rəqəm metodu və rəqəm qurğuları müxtəlif inteqrasiyalı
inteqrql sxemlərdə tətbiq
olunmuş, o cümlədən, mikroprosessor qurğularında,
televiziya, radioötürücü,
radioqəbuledici və başqa rabitə avadanlıqlarında tətbiq olunur.
Buna görə də rəqəm
sistemləri sahəsində rabitə texniklərinin hazırlığının yüksəldilməsi vacibdir. Belə ki,
rəqəm qurğularının işlənməsi, təmiri və istismarında bu texniklərin iştirakı tələb olunur.
Bu fənnin əsas məqsədi mürəkkəb rəqəm sistemlərinin öyrədilməsinə əsaslanan
impuls, rəqəm və mikroprosessor qurğularının baza hazırlığını formalaşdırmaqdır.
Biz sizinlə mikroprosessor kompleksinə daxil olan
mikrosxemlərdən istifadə
olunmaqla (etməklə) impuls qurğularının əsas şəbəkələri və rəqəm qurğularının qurulma
prinsipi ilə tanış olacağıq.
Rəqəmli elektronika – EHM və mikroprosessor qurğularının iş prinsipini təşkil edən
rəqəm qurğuları ilə təhciz olunmuş məntiqi sxem və məntiqi proqram əsasında yığılmış
hissələr arasında əlaqələndirici rolunu oynayır.
Bundan əlavə fənn müasir rəqəmli qurğuların istifadə olunması
ilə EHM-ləri təşkil
edən ayrı-ayrı elementlərin və bu elementlər üzərində qurulmuş müxtəlif blok və hissələr
arasındakı struktur, funksional, prinsipal əlaqələrin öyrənilməsi ilə bilavasitə məşğul olur.