Fototiristor fotohəssas element olub, fotoqalvanik şüaqəbuledici adlanır.O, adi tiristordan
gövdəsində işıq vermək üçün pəncərə olması ilə fərqlənir. Onlar triod və tetrod tipli olur.
Triod tipli tiristor işıqlanma olmayanda adi tiristor kimi işləyir. Ona işıq seli təsir etdikdə,işıqlanma
qatlarında fotonların udulması nəticəsində elektron-deşik cütləri yaranır. Qeyri-əsas yükdaşıyıcılar p
1
-n
1
-
p
2
və n
2
-p
2
-n
1
ekvivalent tranzistorların emitter keçidlərinə doğru hərəkət
edərək onlarda potensial
səddlərinin hündürlüyünü azaldır. Nəticədə emitterlərdən əsas yükdaşıyıcıların əlavə injeksiyası baş verir
və fotocərəyan əmələ gəlir. Fototristorun qoşulması üçün lazım olan işıq selinin gücü yükdaşıyıcıların
rekombinasiya sürəti,
keçidlərinin yerləşmə dərinliyi və şüalanmanın spektral tərkibi ilə müəyyən
edilir.
Şəkil1.
Triod tipli fototiristorun strukturu (a), şərti işarəsi (b)
Fotodioda və fototranzistora nisbətən fototiristorun inteqral həssaslığı yüksəkdir. Həm də
fototiristorlar
yüksək iş sürətinə, geniş işçi gərginlik diapazonuna, yüksək
yüklənmə qabiliyyətinə və
malikdir. Fototiristorlar hesablama texnikasında, optoelektron məntiq sxemlərində, impuls texnikasında,
energetika elektronikasında və s.
sahələrdə geniş tətbiq
Gücləndiricilər, əsas parametrləri və xarakteristikaları.
Gücləndirici – qida mənbəyi enerjisinin elektrik siqnallarının enerjisinə çevirilməsi
hesabına giriş elektrik siqnallarını gərginliyə, cərəyana və gücə görə gücləndirən qurğudur.
Onlar radiorabitə, radioyayım,
avtomatika, ölçmə texnikası, televiziya və s. qurğularında
tətbiq olunur. Gücləndiricilərdə güclənmə aktiv elementlərin: bipolyar və sahə
tranzistorlarının, gücləndirici elektron lampaların və s. köməyi ilə həyata keçirilir.
Gücləndiricinin struktur sxemi aşagidakı kimidir.
Şəkil 1.
Qida
mənbəyi
Gücləndirici
Gücləndiricinin girişinə (1-2 nöqtələri) siqnal mənbəyi qoşulur.
Siqnal mənbəyi
müxtəlif qurğular ola bilər. Məsələn: mikrafon, fotoelement, termocüt, antenna və s.
Qidalanma mənbəyindən giriş siqnalını gücləndirmək üçün lazım olan gərginlik və ya
güc götürülür. Gücləndiricinin çıxışındakı (3-4 nöqtələri) güclənmiş siqnal yük
müqavimətinə (
) verilir. Yük müqaviməti kimi rezistor, rəqs konturu, transformatorun
və ya elektrik mühərrikinin dolağı və s. ola bilər.
Sadə gücləndirici (şəkil 1) bir aktiv elementdən ibarətdir.
Bu elementə ona qoşulmuş
passiv elementlərlə birlikdə gücləndirici pillə (kaskad) deyilir. Lakin təcrübədə bir pilləli
gücləndirici ilə tələb olunan güclənmə almaq mümkün deyil. Ona gorə də real gücləndirici
ardıcıl qoşulmuş bir neçə pillədən ibarətdir (şəkil 2).
Şəkil 2.
Gücləndiricilər bir sıra əlamətlərinə görə təsnif olunur:
gücləndirilən siqnalların
görünüşünə görə - belə gücləndiricilər harmonik və impuls
siqnallar gücləndiricilərinə bölünür;
gücləndirilən siqnalların
növünə görə - gərginlik, cərəyan və güc gücləndiricilərinə
bölünür;
güclənmə
tezliyinin diapazonuna görə: sabit və dəyişən gücləndiricilərinə bölünür,
dəyişən cərəyan gücləndiriciləri də öz növbəsində alçaq tezlik gücləndiricisi (ATG),
yüksək tezlilk gücləndiricisi (YTG), eninəzolaqlı (EZG) və seçici gücləndiricilərə (SG)
bölünürlər.
Dostları ilə paylaş: