Əməliyyat gücləndiriciləri (ƏG). ƏG-nin əsas xüsusiyyətləri, parametirləri və təyinatı. Ən böyük giriş və kiçik çıxış müqavimətinə maslik olan ən yüksək güclənmə əmsallı riyazi əməliyyatları yerinə yetirən analoq siqnal qurğusuna ƏG-i deyilir. ƏG+i analoq hesablama maşınlarında cəbri toplama əməliyyatlarının, loqarifləmənin,
inteqrallamanın və s. yerinə yetirilməsi üçün hazırlanır. Hazırda ƏG+i İMS+ üzərində
yığılır. Onlar universal qurğu olub, generatorların və aktiv süzgəclərin sxemlərinin,
televiziya qurğu sxemlərinin, gərginlik və cərəyan stablizatorlarının və digər böyük sayda
cihazların sxemlərinin qurulmasında istifadə olunur.
Mürəkkəbliyindən asılı olmayaraq bütün ƏG qrafiki şərti işarəsi aşağıdakı kimidir.
Şəkil 1. Əməliyyat gücləndiricisinin (ƏG) şərti qrafiki işarəsi
Bu ƏG-i iki girişə malikdir: invers girişi (-), bu girişdən verilmiş siqnal çıxışdan
çıxarkən əks fazalı olur yəni 180
o
çevrilir. İkinci giriş invers girişdir (+) buradan daxil
olan siqnaı isə çıxışda eyni fazası olur.
ƏG- i adətən iki və ya üç kaskadlı olur. Birinci kaskad differensial gücləndiricidən
ibarətdir, ikinci kaskad gərginlik gücləndiricisi və nəhayət axirıncı emitter təkrarlayıcısı,
güc gücləndiricisindən ibarət olur.
İdeal ƏG-nin praktiki olaraq aşağıdakı xüsusiyyətləri mövcuddur:
çox yüksək güclənmə əmsalına (50 000 və ondan yüxarı) malikdir
çox geniş buraxma zolağına və ATX-na malikdir;
çox böyük giriş müqavimətinə malikdir;
çox kiçik çıxış müqavimətinə malikdir;
sıfır dreyfi kifayət qədər azdır və.s.
ƏG əsas parametirlərinə aşağıdakılar aid edilirlər:
Qida mənbəyinin gərginliyi – Uq;
Gərginliyə görə güclənmə əmsalı Kuo = Uçıx/Ugir
.
Ku= 10
5-
10
7
Giriş müqaviməti Rgir. (Giriş müqavimətini artırmaq üçün sahə tranzistorundan da
iştifadə olunurlar).
Çıxış müqaviməti Rcıx
. (
adətən 100 Om-lara qədər olurlar).
Giriş çərəyanları İg(-) və İg(+) bu cərəyanlar giriş şinlərindən axan cərəyanlardır.
Gıriş cərəyanlar fərqi İg= İg(-) - İg(+) Giriş cərəyanı bir birindən (10-20)%
fərqlənə bilər.
Çıxış cərəyanı İçıx