Mikroprocessorlar haqqında anlayış.
Mikroprosessor (CPU) (Central Processing Unit)
- fərdi kompyuterlərin düşünən
beyni olub ana plata üzərində yerləşir, ədədlər üzərində hesab-məntiq əməllərini və idarəni
həyata keçirir. Daha geniş desək:
Mikroprosessor (MP)- informasiyanın çevirilməsini
verilmiş proqrama uyğun, cəbr
və məntiqi əməliyyatları, hesablama prosesini idarə edən və sistemin qurğularının işini
koordinasiya edən EHM- nın
mərkəzi qurğusu olmaqla, rəqəmli məlumatı müəyyən
alqoritm üzrə emal və emal prosesini idarə edən qurğulardır.
Mikroprosessor hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir. Mikroprsessorları
əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını
əsasən Pentium markası ilə istehsal edir.
Intel firmasının mikroprosessorları aşağıdakılardır: 1) Intel - 8088; 2) Intel - 80286; 3)
Intel - 80386 (SX və DX modifikasiyaları); 4) Intel - 80486 (SX. SX2. DX. DX2 və DX4
modifikasiyaları);
Bu mikroprosessorlar onların işləmə imkanına uyğun artım sırası
boyunca
düzülmüşdür. Bu mikroprosessorların iş imkanları arasındakı fərq çox böyükdür. Belə ki,
ən yeni Pentium Pro mikroprosessoru ilə IVM RS və IBM RS XT kompyüterlərinin
əsasını təşkil etmiş Intel - 8088 mikroprosessoru arasındakı fərq bir neçə min dəfədir.
Hal- hazırda istehsal olunan kompyüterlərin çoxu Pentium mikroprosessorlarına
əsaslanır, ən güclü kompyüterlər isə Pentium Pro mikroprosessorları ilə təchiz olunur.
Kompyüterdə həddindən çox sayda riyazi hesablamalar aparmaq lazım
olduqda
(mühəndis hesablamalarında, riyazi məsələlərdə və s. ) həqiqi ədədlər üzərindəki riyazi
əməllərin bilavasitə mikroprosessorun köməyi ilə aparılması tələb olunur.
Lakin Intel-
8088, 80286, 80386 və 80486 SX mikroprosessorları bu əməlləri tək başına yerinə
yetirmək iqtidarında deyillər. Buna görə də həqiqi ədədlər
üzərində riyazi əməllər
aparmaqda kömək üçün mikroprosessorlara uyğun olaraq Intel - 8087, 80287, 80387 və
80487 SX riyazi soprosessorları qoşulur. Intel firmasının ən yeni mikroprosessorları
(80486DX, Pentium Pro) və digər firmaların onlara uyğun mikroprosessorları həqiqi
ədədlər üzərində riyazi əməlləri sərbəst yerinə yetirə bilir
və onlara soprosessorun
qoşulmasına ehtiyac yoxdur. Soprosessor xüsusi təyinatlı prosessor olub,
kompyuter
sisteminin mərkəzi prosessorunun imkanlarını daha da genişlədirir,
amma ayrica
funksional modul kimi verilir. Sopresessorun aşagıdakı müxtəlif növləri vardir:
-ümumi təyinatlı riyazi soprosessor;
-giriş-çıxış soprosessoru;
-hər hansı xırda təyinatlı hesablamaları yerinə yetirmək üçün soprosessorlar
Dostları ilə paylaş: