Kateterin vəziyyətinə nəzarət
Əgər kateter düzgün vəziyyətdədirsə, ona sərbəst axınla qan daxil olur .
Əgər kateter yuxarı boş venada sağ qulaqcığın girişində yerləşirsə, kateterə daxil olan qan sütununun
hərəkəti uşağın tənəffüsünün tezliyinə uyğun gəlir; əgər kateterin ucu sağ qulaqcıqdadırsa qan sütununun
hərəkəti ürəkdöyünmələrin sayına uyğun gəlir; mərkəzi venoz təzyiq aşağı olarsa kateterə qan sərbəst daxil
olmaya da bilər.
Kateterin vəziyyətinə nəzarət məqsədilə döş qəfəsinin ön proyeksiyada rentgen şəklini çəkmək lazımdır;
ehtiyac olarsa kateterin vəziyyətini korreksiya etmək lazımdır; xəstəlik tarixində kateterin yeridilmə dərinliyi
barədə hökmən qeydiyyat aparmaq lazımdır.
MÜMKÜN TƏHLÜKƏLİ HALLAR VƏ FƏSADLAR
pnevmotoraks və / və ya pnevmomediastinium
hidrotoraks və ya hemotoraks
körpücükaltı arteriyanın punksiyası və kateterizasiyası
əsas limfa axacağının zədələnməsi (sol tərəfli punksiya zamanı daha çox rast gəlir) və xilotoraks
ürəyin perforasiyası və hidro və ya hemoperikard
ürəyin tamponadası və /və ya onun dayanması
ürək ritminin pozğunluğu (bradi- və ya taxiaritmiya)
punksiya yerinin irinləməsi
sepsis
kateterin mənfəzinin tutulması
DVV yeridilən kateterə qulluq:
Vaxtaşırı sarğının dəyişdirilməsi (həftədə bir dəfədən az olmayaraq):
Leykoplastırı qopartmaqla kateterin düzgün yerləşdiyinə əmin olmaq (yeridilmə dərinliyini yoxlamaq!)
İnfeksiyalaşma əlamətlərinin olmamasına əmin olmaq
Kateterin ətrafında yaranı diqqətlə dezinfeksiya etmək
Kateter yarasına kiçik quru steril sarğı qoymaq
Kateterə az miqdarda qan daxil olmasına bir daha əmin olmaq
Kateteri dəriyə düzgün fiksasiya etmək
Kateterin sarğısını qan və ya digər ifrazatlarla çirklənmə olan bütün hallarda dəyişmək.
Əgər şprislə dartdıqda kateterə qan daxil olmursa, ya da yaranın infeksiyalaşması əlamətləri olarsa
(qızartı, şişkinlik, iynə yerindən seroz və ya irinli ifrazat) kateteri təcili olaraq çıxartmaq lazımdır;
Kateteri çıxardıqdan sonra yaranı 70%-li spirtlə dezinfeksiya edib, steril quru sarğı qoyub dəriyə təsbit
etmək lazımdır
Ədəbiyyat
1. Putigna F., Solenberger R. Central venous access. 2009 Mescape;
http://www.medscape.com/public/copyright
2. Skippen P, Kissoon N. Ultrasound guidance for central vascular access in the pediatric emergency
department. Pediatr Emerg Care. Mar 2007;23(3):203-7.
3. Verghese ST, McGill WA, Patel RI, et al. Ultrasound-guided internal jugular venous cannulation in
infants: a prospective comparison with the traditional palpation method. Anesthesiology.
Jul 1999;91(1):71-7.
4. Atlas of Procedures in Neonatology. M.C. MacDonald, J. Ramasethu (ed) Walters Kluwer/Lippincott
Willams & Wilkins 2007
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
42
B
B
U
U
D
D
V
V
E
E
N
N
A
A
S
S
I
I
N
N
I
I
N
N
P
P
U
U
N
N
K
K
S
S
İ
İ
Y
Y
A
A
S
S
I
I
V
V
Ə
Ə
K
K
A
A
T
T
E
E
T
T
E
E
R
R
İ
İ
Z
Z
A
A
S
S
İ
İ
Y
Y
A
A
S
S
I
I
Prosedur həkim tərəfindən aparılır.
MƏQSƏD
venadaxili giriş təmin etmək:
infuziya terapiyası və parenteral qidalanma
mərkəzi venoz təzyiqə nəzarət
Bud venasının kateterizasiyası çox vaxt fəsadlarla müşayiət olunur, ona görə də yalnız başqa venaları
kateterizasiya etmək mümkün olmadıqda aparılır!
VƏSAİT
steril əlcəklər
steril materiallar: pambıq kürəciklər, tənzif salfetlər, əskilər
birdəfəlik şpris - 5 və 10 ml
antiseptik məhlul (70%-li spirt və ya 2%-li xlorheksidin)
leykoplastır
PROSEDUR
Prosedurdan əvvəl uşağı ağrısızlaşdırmalı (“Yenidoğulmuş uşağın ağrısızlaşdırılması” protokoluna bax)
Əlləri yumalı və antiseptik məhlulla işləməli (“Əllərin işlənməsi” protokoluna bax)
İstilik rejiminə riayət etməklə, uşağı kürəyi üstə uzandırmalı, qasıq nahiyəsinin yuxarı çıxması üçün
sağrıların altına balış qoymalı, budu bayıra doğru bir qədər kənara çəkməli
Əlləri antiseptik məhlulla işləməli və steril əlcəklər geyməli
Antiseptik məhlulla punksiya yerini və ətrafındakı dərini işləməli
Punksiya yerini təyin etməli: Bud üçbucağında bud venası bilavasitə qasıq bağının altında, arteriyadan
medial yerləşir
İynənin iti ucunu punksiya yerində, dəridə, istiqaməti başa tərəf olmaqla saxlayırlar
İynəni 20-30º bucaq altında yeridirlər (şək. 20)
Şəkil 20. Bud venasının kateterizasiyası
İynəni yeridən zaman şprisdə bir qədər boşaltma yaratmalı
Adətən venaya 2-4 sm dərinliyində düşürlər
Şprisdə qan göründüyündə, şprisi ayırmalı və iynənin mənfəzindən keçiricini venaya daxil etməli
Kateter boş venada düzgün yerləşəndə, xəstə hər dəfə nəfəs alanda maye səviyyəsi kateterin xarici
ucundan gedir
Sistemi məhlulla birləşdirməli
Kateterin çıxdığı nöqtəni və kateterin özünü antiseptiklə işləməli
Kateteri leykoplastırla etibarlı təsbit etməli
Mümkündürsə, kateterin vəziyyətini rentgenoloji təyin etməli
Aparılan prosedur haqda qeydiyyat aparmalı
FƏSADLAR
qoyulduğu yerin infeksiyalaşması
infiltrat
tromboflebit
kateterin keçiriciliyinin pozulması
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
43
venanın cırılması
hematoma
arteriyanın punksiyası
hava emboliyası
aşağı boş venanın trombozu
Ədəbiyyat
1. Atlas of Procedures in Neonatology. M.C. MacDonald, J. Ramasethu (ed) Walters Kluwer/Lippincott
Willams & Wilkins 2007
2. Raad I, Luna M, Khallil S, Costerton J, Lam C & Bodey G (1994) The relationship between the
thrombotic & infectious complications of central venous catheters. JAMA. 271: 1014 – 6
3. Randolph A, Cook D, Gonzales C & Andrew M (1998) Benefit of heparin in central venous &
pulmonary artery catheters: A meta-analysis of randomized controlled trials. Chest. 113: 165 – 71
4. Роузен M., Латто Я.П., Шенг Нг. У. Чрезкожная катетеризация центральных вен (пер. с англ.)
Москва: «Mедицина» 1986 г.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
44
M
M
Ə
Ə
R
R
K
K
Ə
Ə
Z
Z
İ
İ
V
V
E
E
N
N
A
A
N
N
I
I
N
N
P
P
E
E
R
R
İ
İ
F
F
E
E
R
R
İ
İ
K
K
K
K
A
A
T
T
E
E
T
T
E
E
R
R
İ
İ
Z
Z
A
A
S
S
İ
İ
Y
Y
A
A
S
S
I
I
(
(
P
P
I
I
C
C
C
C
)
)
Prosedur həkim tərəfindən aparılır.
MƏQSƏD
venadaxili girişi təmin etmək: dərmanların yeridilməsi, infuziya terapiyası və parenteral qidalanma
VƏSAİT
təmiz əlcəklər
steril əlcəklər
steril salfetlər və əskilər
steril tamponlar və pambıq kürəciklər
“kəpənək” iynələr (19 G, 24 G)
venoz silastik kateter 25-28 sm uzunluğunda
steril kağız xətkeş 25 uzunluğunda
steril anatomik pinset (dişsiz)
birdəfəlik şpris (5,0 ml)
jqut
fizioloji məhlul
antiseptik məhlul (70%-li spirt və ya 2%-li xlorheksidin)
leykoplastır
PROSEDUR
Periferik venanın punksiyası və kateterizasiyasının optimal yerini müəyyən etməli (şək. 21):
dirsək büküşü venası;
bilək venası;
dizaltı vena;
daban venaları;
başın səthi gicgah venası;
Şəkil 21. Periferik venaların kateterizasiyası yeri
Prosedurdan əvvəl uşağı ağrısızlaşdırmalı (“Yenidoğulmuş uşağın ağrısızlaşdırılması” protokoluna bax)
Əlləri yumalı və antiseptik məhlulla işləməli (“Əllərin işlənməsi” protokoluna bax)
Prosedur vaxtı uşağın ürək fəaliyyəti və tənəffüsünün monitorinqini təmin etməli
Təmiz əlcəklər geyməli
Punksiya nahiyəsini antiseptiklə işləməli və ora steril material döşəməli
Təmiz əlcəkləri çıxarmalı və steril əlcəklər geyməli
Şprisə 5 ml fizioloji məhlul yığmalı və onu 24 G “kəpənək” iynəyə birləşdirməli, iynəni fizioloji məhlul
yığılmış venoz kateterə salmalı
19 G “kəpənək” iynə götürüb plastik uzadıcını kəsməli, yalnız plastik kəpənək – fiksatorlu iynəni
saxlamaqla plastik uzadıcını kəsməli (şək. 22)
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
45
Şəkil 22. Uzadıcısız iynə-kəpənək
Deşilmə yerindən yuxarı hissəni jqutla sıxmalı
Venanı 19 G “kəpənək” iynə ilə punksiya etməli
Qan göründüyündə jqutu açmalı, kateterin ucunu iynənin mənfəzinə qoymalı və pinsetin köməyi ilə onu
asta-asta irəli itələməli. Kateteri yeridən zaman “kəpənək” iynəni təsbit etməli (assistent) (şək. 23)
Şəkil 23. Kateterin iynənin mənfəzinə yeridilməsi
Steril xətkeşin köməyi ilə deşilmə yerindən (döş sümüyünün sağ kənarında II-III qabırğa arasında) (sağ
qulaqcığa giriş proyeksiyası) kateterin yeridilmə uzunluğunu təyin etməli (şək. 24)
Şəkil 24. Kateterin yeridilmə uzunluğunun ölçülməsi
Kateterin yeridərkən maneə hissi olarsa, damar boyu ətrafı sığallamaqla, ətrafın vəziyyətini dəyişməyə
və ya kateteri irəlilətməyə çalışmalı
Kateterdə markirovka olmadıqda yeridilmə uzunluğuna, onun yeridilməyən hissəsinin uzunluğunu və
ümumi uzunluğunu oriyentir götürərək nəzarət etməli
Kateterin düzgün vəziyyətini rentgenoloji təsdiq etməli
Kateteri fizioloji məhlulla yumalı
0.5 ml/saat sürətlə fasiləsiz infuziyanı təmin etməli; kateterin tutulmasının profilaktikası üçün “heparin
tıxac”dan istifadə etməməli
Deşilmə yerini təmizləməli və kateteri ilgək şəklində təsbit etməli (şək. 25)
Şəkil 25. Kateterin dəridə təsbit edilməsi
Bir daha axını yoxlamalı və venadaxili infuziya üçün sistemin uzadıcısına birləşdirməli
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
46
Aparılan prosedur haqda qeydiyyat aparmalı
Kateterə qulluq
Kateterin sarğısını kontaminasiya riskinə və ya kateterin yerdəyişməsinə görə rutin dəyişmək lazım
deyil. Təsbit pozulduqda və ya kateter qatlandıqda dəyişmək lazımdır.
İnfeksiyalaşma əlamətləri meydana çıxarsa (qızartı, şişkinlik və ya irinli ifrazat) kateter çıxarılmalıdır.
Qeyd:
Kateterin tıxanması təhlükəsi olduğuna görə qan vasitələrini yeritmək məsləhət görülmür.
Kateterin mənfəzində təzyiq həddindən artıq olarsa onun partlaması mümkündür.
Fasiləsiz infuziya zamanı 14.5 psi (750 mmHg) təzyiq mümkündür.
Bolyus zamanı - 17.4 psi (900 mmHg) yə qədər, kateterin partlaması 58 – 72 psi (3000-3700 mmHg)
təzyiqdə mümkündür.
Bolyus maye yeridilməsi üçün 1-3 ml-lik şprislərdən istifadə etməməli!
1 ml-lik tuberkulin şprislər 150 psi (7800 mmHg)-yə qədər təzyiq yaradır, 3ml-lik şpris – 120 psi (6200
mmHg).
FƏSADLAR
punksiya yerinin infeksiyalaşması
flebit
kateterin tıxanması
sepsis
trombemboliya və ya hava emboliyası
ürəyin tamponadası
Ədəbiyyat
1. Atlas of Procedures in Neonatology. M.C. MacDonald, J. Ramasethu (ed) Walters Kluwer/Lippincott
Willams & Wilkins 2007
2. Chathas M & Paton J (1995) Parental nutrition for hospitalized infants: 20th century advances in venous
access. JOGNN. 24: 441 – 7
3. Chathas M, Paton J & Fisher D (1990) Percutaneous central venous catheterisation PCVC Three years'
experience in a neonatal intensive care unit. Am J Dis Child. 144: 1246 – 50
4. Chung DH, Ziegler MM. Central venous catheter access. Nutrition. Jan 1998;14(1):119-23.
5. J. E. Fischer, S. Fanconi Percutaneous Central Venous Catheterization in Premature Infants: A Method
for Facilitating Insertion of Silastic Catheters via Peripheral Veins Pediatrics 1998;101;477
6. Loisel D, Smith M, MacDonald M & Martin G (1996) Intravenous access in newborn infants: impact of
extended umbilical venous catheter use on requirement for peripheral venous lines. Journal of
Perinatology. 16: 461 – 466
7. Raad I, Hohn D, Gilbreath B et al (1994) Prevention of central venous catheter-related infections by
using maximal sterile barrier precautions during insertion. Infection Control Hosp. Epidermiol. 15: 231 –
238
8. Wickham R, Purl S & Welker D (1992) Long term central venous catheters: Issues of care. Semin Oncol
Nurs. 8: 133 – 47.
9. Роузен M, Латто Я.П. Шенг НГ. Чрезкожная катетеризация центральных вен (пер. с англ.)
Москва. Mедицина 1988.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
47
P
P
E
E
R
R
İ
İ
F
F
E
E
R
R
İ
İ
K
K
A
A
R
R
T
T
E
E
R
R
İ
İ
Y
Y
A
A
N
N
I
I
N
N
(
(
M
M
İ
İ
L
L
)
)
P
P
U
U
N
N
K
K
S
S
İ
İ
Y
Y
A
A
S
S
I
I
Prosedur həkim tərəfindən aparılır.
MƏQSƏD
laborator müayinələr üçün qan götürülməsi (qanın qazları)
VƏSAİT
steril əlcəklər
steril materiallar: pambıq kürəciklər, tənzif salfetlər və əskilər
birdəfəlik şprislər
venadaxili kanyulalar və ya “kəpənək” tipli iynələr GА 22-24-26 ölçüdə 1: 1000 heparin məhlulu
steril sınaq şüşələri
antiseptik məhlul (70%-li spirt və ya 2%-li xlorheksidin)
leykoplastır
PROSEDUR
Allen testi (Allen‘s test)
Mil arteriyasına iynəni yeritməzdən əvvəl yeridilmə yerindən aşağı kollateral qan dövranının vəziyyətini
öyrənmək üçün prosedurdan əvvəl Allen testi aparılır (Allen’s test).
Uşağın qolunu qaldırmaqla eyni zamanda biləkdə mil və dirsək arteriyaları sıxılır. Bir müddət ovuc bilək
istiqamətində masaj edilir. Sonra sıxılmış dirsək arteriyası buraxılır, amma mil arteriyası buraxılmır. 10
saniyə ərzində ovucda qan dövranının bərpası yaxşı kollateral qan dövranı olduğunun göstərir. Əgər 15
saniyə ərzində kollateral qan dövranı bərpa olunmursa, mil arteriyasının punksiyasını aparmamalı
Prosedurdan əvvəl uşağı ağrısızlaşdırmalı (“Yenidoğulmuş uşağın ağrısızlaşdırılması” protokoluna bax)
Əlləri yumalı və antiseptik məhlulla işləməli (“Əllərin işlənməsi” protokoluna bax)
İstilik rejiminə riayət etməklə uşağı kürəyi üstə uzandırmalı
Uşağın biləyini altına kiçik mütəkkə qoymaqla açılmış vəziyyətdə təsbit etməli
Əlləri antiseptiklə işləməli və steril əlcəklər geyməli
Punksiya yerini və ətrafındakı dərini antiseptiklə işləməli
Punksiya yerini steril materialla döşəməli
Palpasiya ilə mil arteriyasının pulsasiya yerini təyin etməli (şək. 26)
İynəni kəsiyi yuxarı olmaqla proksimal ehmallı tez damcılarla al qan gələnə qədər irəlilətməli (asta
damcılarla tünd qan – ola bilər ki, mil venasına düşmə ilə bağlı olsun)
Əgər iynənin 0.5 sm –dən çox irəliləməsi zamanı qan gəlmirsə, iynəni asta çıxarmalı (çıxan zaman
arteriyaya düşmək mümkündür)
Mil arteriyasının uğursuz punksiyası zamanı, pulsasiya yerini bir daha təyin etməklə maillik bucağını
və/və ya iynənin istiqamətini dəyişməklə punksiyanı təkrarlamalı
Şəkil 26. Mil arteriyasının yerləşməsi
Müayinə üçün kifayət qədər qan götürdükdən sonra, iynəni çıxarıb punksiya yerini steril tamponla
qanaxma tam dayanana qədər sıxıb saxlamalı
Steril sarğı qoymalı və onu leykoplastırla təsbit etməli
Aparılan prosedur haqda qeydiyyat aparmalı
Dostları ilə paylaş: |