1
«
Doqquz Bitik
»
sırası
I Bitik. Tarixi qaynaqlar (2014)
II Bitik. Tarixi
coğrafiya
III Bitik. Az
ərbaycanda qurulan qədim dövlətlər
IV Bitik. Tarixi etnoqrafiya
V Bitik
.
Mifologiyada tarix
VI Bitik.
Ədəbiyat və folklorda tarix
VII Bitik. Az
ər (türk) dilinin tarixi
VIII Bitik. Tarixi onomastika
IX Bitik. Az
ərbaycan türklərinin soykökü
2
Firudin
Ağasıoğlu
I Bitik
TARİXİ
QAYNAQLAR
Bakı - 2014
Doqqu
z Bitik
A
Z
ƏRBAYCAN TÜRKLƏRININ
İ
SLAMAQ
ƏDƏR TARIXI
3
Elmi redaktor: AMEA-
nın Müxbir üzvü Prof. Dr. Vəli Əliyev,
Prof. Dr. Süleyman
Əliyarlı
Redaktor: Prof. Dr. Ramiz
Əskər, Həlimə Rzaquliyeva
Firudin
Ağasıoğlu. Azərbaycan türklərinin İslamaqədər tarixi.
(Doqquz Bitik). I Bitik: Tarixi qaynaqlar.
Bakı, 2014, «...», 337 s.
Türkologiya elmind
ə analogiyası olmayan doqquz cildlik
«Az
ərbaycan türklərinin İslamaqədər tarixi» (9 Bitik) əsəri bu
sah
ədə müəllifin apardığı 30 illik tədqiqatın nətcəsi kimi ortaya
çıxmışdır. Türk xalqlarının tarixi bu əsərdə yeni konsepsiya ilə
yazılmış, «Altay» nəzəriyəsinin əksinə olaraq, yazarın gündəmə
g
ətirdiyi yeni “Urmu” nəzəriyəsilə Ön Asiya türk etnosunun ya-
randığı ilkin coğrafi məkan kimi müəyyənləşmişdir. Tarixi qay-
naqlar, tarixi
coğrafiya, Azərbaycanda qurulan qədim dövlətlər,
tarixi onomastika, tarixi etnoqrafiya, h
əmçinin folklor və mifo-
logiyada tarix, az
ər türkcəsinin tarixi və azər türklərinin soykökü
ayrı-ayrı bitiklərdə verilmişdir.
«Tarixi qaynaqlar» adlanan I Bitikd
ə milli və yabançı qay-
naqlara yeni
baxış və yeni konsepsiyanın metodları şərh olunur.
Az
ər türklərinin tarixinə aydınlıq gətirən antropoloji, arxeoloji və
daş bəlgələr,
qayaüstü r
əsmlər,
yazıöncəsi işarələr, damğalar və
yazının yaranması digər türk xalqlarının
tarixil
ə əlaqəli şəkildə
t
ədqiq olunur və türk etnosunun formalaşma tarixindən başlaya-
raq
İslamaqədərki 10 minillik bir dövrü əhatə edən zaman daxi-
lind
ə gözdən keçirilir.
Türkologiyada ilk d
əfə İslamaqədər qonşu
xalqlar v
ə dövlətlərlə olan əlaqələr verilmiş, tarixi faktlarla türk-
l
ərin ilkin Atayurdunun Ön Asiyada olması göstərilmişdir. Bu isə
böyük önd
ər Atatürkün uzaqgörənliklə “Anadoluda 7 minil öncə
d
ə türklər vardı” deyiminin gerçəkliyini açığa çıxardı.
(Mü
əllif hüquqları agentliyi. Şəhadətnamə № 5797)
© Ağasıoğlu
© «…» n
əşriyatı, 2000
4
BAŞLIQLAR
Önsöz
……...…….………………………………….……….……..6
Giriş
………………………………………………………….……..7
M
əsələnin qoyuluşu……
………………………….…………..7
Metodologiya
…………….…………………………..………..18
Qaynaqlara
baxış
……………………………….……….…….26
Milli qaynaqlar
…………………………………..…….……....27
Yabançı qaynaqlar
……………………………..……………...27
1. Antropologiya
……
………………………….…………....... 43
2. Arxeologiya
…
…...………………………
….
………….…... 53
Erk
ən daş dövrü
………………
…
………
……
….…………. 54
Orta
daş dövrü
………….……………………….……...……. 59
Yeni
daş dövrü……
……….………………….……………... 63
Mis-
daş dövrü
………………..……….…………………….... 66
Tunc dövrü
…………..………………………….……………. 78
D
əmir dövrü……
………………………………..…………... 95
3.
Daş bəlgələr
……
…...……………………….……….…..... 114
Gil-
daş fiqurlar
………….…………………………….……. 114
Daş adam fiqurları
………………...……………….……… 115
Daş heyvan fiqurları
……………………………….………. 121
Qaya r
əsmləri
…………………………………….………… 124
4.
Yazıöncəsi işarələr
………...…………………...……....… 129
Piktoqram
….………………...…………………...……….… 130
Damğa….…
………..….………………………....…………. 134
5.
Yazı
……
………..……..………………………...………..… 140
Mixi
yazı ...
...……….…………………………….………… 144
Runik
yazılar …………………………..…….…………
149
6.
Qonşu xalqlar
v
ə
dövl
ətlərlə əlaqə
…….….…………….
.. 171
Güney v
ə Güney-Batı qonşular
……..………………….…. 174
Batı və Quzey-Batı qonşular
……
………………...
……... 222
Quzey v
ə Quzey-Doğu qonşular
…………………….….… 298
Doğu
v
ə
Güney-
Doğu qonşular
…………………….…...… 325
Ədəbiyat
……………………………..………………….……… 342
5
ÖN SÖZ
Az
ərbaycanın tarixinə aid çoxlu kitablar yazılmış, burada yaranan dövlət-
l
ərin tarixi, coğrafi sınırları, ölkənin mədəni və sosial durumu geniş təsvir olun-
muşdur. Lakin bu ölkədə yaşayan, burada dövlətlər quran, minillər boyu etnik-
m
ədəni dəyərləri nəsildən-nəsilə ötürən insanların tarixi kölgədə qaldığından,
bugün
sayı 50 milyonu aşan Azər türklərinin tarixi haqqında indiyəcən əlimizdə
tutar
lı bir əsər yoxdur. Halbuki, son illərdə bir neçə alimin bu yöndə apardığı
t
ədqiqatlar öncə bəlli olmayan və ya bəlli olsa da, bilərəkdən əhəmiyət verilmə-
y
ən çoxlu tarixi qaynaqlar, gərəkli bəlgələr ortaya çıxarmışdır. Bu ölkənin möh-
t
əşəm tarixini yaradıb, onu günümüzəcən yaşadan Azər türklərinin tarixini bu-
günkü n
əsilə çatdırmaq amacı ilə qələmə aldığım bu kitabın ərsəyə gəlməsində
1975-d
ən başladığım araşdırmalarda damla-damla toplanan tarixi bəlgələrlə
yanaşı, başqa alimlərin bu yöndə apardığı araşdırmalar da yararlı olmuşdur.
Elmd
ə yeni konsepsiyanın özü ilə yeni terminologiya gətirməsi doğaldır,
çünki
artıq çoxmənalı sözə çevrilmiş bəzi terminlər yeni anlam yükünü daşıya
bilmir. Bu
baxımdan, göz-qulaq alışanacan istəkli oxucunun dözümünə sığına-
raq
tayfa, q
əbilə, xalq, dövlət sözləri ilə yanaşı uruq, boy, budun, ellik, el,
h
əmçinin ilk səhifədən qulağımız alışmadığı bitik (kitab) kimi bir çox sözün
dilimiz
ə xeyir verəcəyinə inanaraq, onlardan istifadə etmişəm. Çünki yarandığı
dövrün siyasi-sosial durumunu
əks etdirən el (xalq-dövlət) sözündə olduğu kimi,
bir
sıra tarixi terminlərin türkcə olan leksik mənasında da tarix üçün gərəkli
informasiyalar
yatır, hər elin gerçək tarixi onun öz dilində daha aydın görünür.
Kitabın çapa hazırlanmasında mənim üçün ən yorucu iş buradakı şəkil,
sxem v
ə xəritələrin çəkilməsi idi, texniki işləri də öz əlimlə görmək nə qədər
ağır olsa da, yazılan hər səhifəni başa vurduqca tapdığım rahatlığı və aldığım
zövqü d
ə vurğulamalıyam. Mənə milli dəyərləri sevməyi öyrədən xocalarıma,
öyr
əndiklərimi qələmə almaqda mənəvi dayaq olan məsləkdaşlarıma, bitikləri
n
əşr edən dostlara və mənə bu kitabı yazmaq üçün evdə illərboyu şərait yaradan
doğmalarıma da minnətdar olduğumu özəlliklə qeyd etməliyəm.
Ən qədim dövrlərdən başlayaraq, islamlaşma çağlarında ilk ərəb istilaları
dövrünü d
ə əhatə edən və yeni
Urmu n
əzəriyəsinin
elmi
əsaslarını ortaya qo-
yan bu
əsər antropologiya, arxeologiya, tarixi coğrafiya və onomastika, dövlət
qurum
ları, mədəniyət, etnoqrafiya, dil, folklor, mifologiya, etnogenez bəlgələri
əsasında 9 kitab (
Doqquz bitik
)
şəklində yazılmışdır. İnanıram ki, Azər xalqının
İslamdan sonrakı zəngin tarixini də bu yeni konsepsiya ilə yazanlar olacaqdır.
Bunu da
vurğulamaq gərəkir ki, bu bitiklərdə prototürk çağı və üç minil öncəyə
q
ədərki çağ bütün türk xalqlarına aid ümumtürk tarixi kimi, sonrakı çağlar isə
protoaz
ər və azər türklərinin tarixi kimi qələmə alınmışdır.
Bakı - Xızı, 2000
6
GİRİŞ
Bir Ta
ñrı qutuna alqış!
Dünyada ilk insan
əcdadlarının yarandığı azsaylı
antropogenez bölg
ələrindən biri olan Azərbaycan
yerl
əşdiyi geosiyasi ərazinin təbii şəraitinə görə
ən qədim çağlardan davamlı yaşayış məskənləri
il
ə də ətraf bölgələrdən seçilmişdir.
1
Q
ədimdən
İslam öncəsi dövrlərəcən bu ölkə batıdan doğuya,
doğudan batıya, güneydən quzeyə və əksinə hərəkət edən ayrı-ayrı köç
axınlarının dörd yol ayrıcına çevrilsə də, burada gəlmə xalqların tutumlu
etnik d
əyişmələrə səbəb ola biləcək kütləvi yerləşməsi olmamışdır. Arxe-
oloji, mifoloji, etnoqrafik, onomastik,
yazılı qaynaqlara görə, son beş
minild
ə Azərbaycana və sərhəd bölgələrə, qonşu ölkələrə gəlib yerləşən
v
ə ya gəlib buradan keçən sumer,
sami,
het,
hay
,
hurri-urartu, iran, qafqaz
v
ə monqol
dilli
xalqların
regiona
g
əlmə
tarixi b
əllidir.
Ancaq
qon
şu böl-
g
ələrdə elam, hat və qafqazdilli boylar, Doğu Anadolu və Azərbaycanda
is
ə prototürklər yerli xalq olduğundan onların bura gəlmə tarixi yoxdur.
Ümumtürk v
ə azər tarixinə bu yöndən yanaşanda indiyə qədər regionun
etnik tarixin
ə aid yazılmış
əsərlərdə
yanlış
şərhlərin,
deyilmiş fikirlərdəki
ziddiy
ətlərin səbəbi aydın görünür,
indiy
əcən
ortaya
çıxan suallara gerçək
cavabla
rın verilə bilməməsi də problemə yanlış yanaşmanın sonucudur.
Burada
qarşıya qoyulan məqsəd Azərbaycan tarixçilərinin indiyə
kimi getdiyi elmi yolun
yanlış olması ilə bağlı son illərdə aparılan bəsit
v
ə mənasız polemikanın davam etdirilməsi deyil. Məqsəd türk etnosunun
Ön Asiyada
yarandığını, prototürk dilinin məhz burada ərsəyə gəldiyini,
do
ğuya türk kulturunu buradan aparan bəzi türk boylarının zaman-zaman
Az
ərbaycana qayıtdığını, buradakı dövlətlərin yaranmasında türk boyları-
nın rolunu, azər xalqının kultur dəyərlərini və etnogenezini aydınlaşdıran
İslamaqədərki qaynaq və tarixi bəlgələri ortaya çıxarmaqdır. Bu yöndə
apa
rılan tədqiqatda təkcə tarix elminin deyil, tarixi coğrafiya, etnologiya,
1
Doğrudur,
Az
ərbaycan xoronimi (ölkəadı)
orta
əsrlərdə daha geniş əraziləri əhatə etmiş-
dir, lakin burada
işlətdiyimiz Azərbaycan adı bugünkü siyasi-inzibati mənada deyil, ərəb
isti
lası
çağlarında azər boylarının yaşadığı Dərbənd-Borçalı-İrəvan-Mosul-Kərkük-Hə-
m
ədan-Xəzər boyu ilə sınırlanan bir etnik-coğrafi bölgə anlamındadır.
M
əsələnin
qoyuluşu
7
mifologiya,
folklor
v
ə
dilçilik
elminin verdiyi bilgil
ərə söykənən komp-
leks metodikadan istifad
ə olunmuşdur.
T
ədqiqatın mövzusundan kənarda
qalan dig
ər türk xalqlarının tarixi haqqında ayrı-ayrılıqda geniş fikir söy-
l
əmək imkanı olmasa da, azər xalqı türk toplumunun bir parçası olduğun-
dan b
əzi ümumtürk məsələlərinə də burada yer ayrılmışdır.
Elmi
ədəbiyatda Doğu (Şərq) və Batı (Qərb) mədəniyəti deyilən bir
anlayış dərin kök salmışdır. Lakin nəzərə almaq lazımdır ki, Misirdən Çinə
q
ədər uzanan Qədim Doğu mədəniyəti üç fərqli mədəniyət regionuna ay-
rılır. Orta mövqedə yerləşən İkiçayarası-Orta Asiya bölgəsi batıda mərkəzi
Misir olan,
doğuda isə mərkəzi Çin olan Doğu mədəniyətlərindən köklü
şəkildə fərqlənir. Bu fərq, təkcə etnik faktorla deyil, həm də arxeoloji
xüsusiy
əti, sosial durumu və özəl kultur nümunələri ilə görünür.
2
Türk etnosunun
formalaşdığı orta regionun tarixi bura gəlmə xalq-
ların tarixinə əsasən yazıldığı üçün proto-azər və azər tarixi üzərinə qara
p
ərdə çəkilmiş, bu regionun ortasında olan Azərbaycanın etnik tarixi öy-
r
ənilməmişdir.
Bunun s
əbəblərindən biri türklərin Atayurdunu Orta Asi-
yadan
batıda deyil, doğuda axtaran qondarma «Altay nəzəriyəsi» olmuş-
dur. Bir
başqa səbəb isə Ön Asiyanın qədim etnik tarixinə batılı müəllif-
l
ərin qərəzli
ba
xışı
v
ə
tür
koloqların
bu m
əsələlərə
etinasız münasibətidir.
Ona gör
ə də,
Doğu
m
ədəniyətinin
h
ər iki ucda
doğu
v
ə
batı qanadlarını
forma
laşdıran etnoslardan fərqli olaraq, orta qanadı yaradan etnoslar sıra-
sında türklərin qədim dünya sivilizasiyasına verdiyi kultur dəyərləri hələ
obyektiv qiym
ətini almamışdir.
Türk etnosu Ön Asiyada
doğulub buradan ətraf bölgələrə dağılmış,
türk dili buradan bütöv Avrasiyaya
yayılmışdır. Antropoloji, arxeoloji,
mifoloji b
əlgələrdə aydın görünən bu durum dil faktları ilə də təsdiq olu-
nur. Lakin Avropa aliml
ərinin son əsrlərdə türkoloqlara təlqin etdikləri
«Altay n
əzəriyəsi» türklərin Ata yurdunu Ön Asiyada deyil, Mərkəzi Asi-
yada axtar
mağa
m
əcbur
etmişdir. Fəqət hansı konkret arxeoloji kultura
söyk
əndiyi bilinməyən bu ocağın yeri isə orada bugünəcən tapılmamışdır.
2
Burada m
ədəniyət və kultur sözləri fərqli anlamda işlənir: sənət, yazı, mətbəx, geyim,
davranış, yaşam tərzi, arxeologiya kimi onlarla konkret sahələrdə yaranmış milli dəyər-
l
əri bildirmək üçün keçən əsrin ortalarınacan işlətdiyimiz beynəlxalq kultur termininin
yenid
ən dilimizə qaytarılması dünya xalqlarının yaratdığı kultur dəyərlərin qarşılıqlı
əlaqəsi ilə formalaşıb ümumbəşəri mahiyət daşıyan çoxmənalı mədəniyət (sivilizasiya)
terminini
əlavə məna yüklərindən azad edir. Terminlər nə qədər təkmənalı olursa, onun
elmi informasiya
aydınlığı bir o qədər yüksək olur.
8
Halbuki türk-monqol-tunqus
dill
ərinin
sübut olunmayan qohum
luğu üzə-
rind
ə
qurulan
bu
n
əzəriyə ortalığa çıxan bir çox suala cavab verə bilmir.
Son ill
ərdə bu nəzəriyənin yanlış olduğunu
yazan,
türk-monqol
dil
paralell
ərinin
etnogenetik
deyil
,
sonrakı əlaqə nəticəsində yarandığını elmi
metod v
ə bəlgələrlə sübut edən G. Clauson, V. Kotviç, B. A. Serebrenni-
kov, Q. D. Sanjeyev, G. Dörfer, F. R. Zeynalov, A. M.
Şerbak kimi tanın-
mış komparativist və türkoloq alimlərin sayı artmaqdadır.
3
Bu yönd
ə apa-
rılan tədqiqatların nəticələri artıq dünya türkoloqlarının ali məclisi olan
son bir neç
ə türkoloji qurultayda gündəmə gətirilmişdir.
N
ə üçün türk bəlgələri m.ö. IV-I minillərdə Ön Asiyada, m.s. I mi-
nillikd
ə isə Orta Asiyadan doğuda ortaya çıxır? Nə üçün avropoid türk
boylarında monqoloid cizgilər batıdan doğuya getdikcə çoxalır? Bu kimi
suallara cavab tapmayan Altay n
əzəriyəsi etnogenez məsələsində elmdən
uzaq daha bir
yanaşma metoduna yol açmış olur: bu metoddan istifadə
ed
ənlər təkcə azərləri deyil, əksər türk xalqlarını «türkləşmiş xalq» kimi
q
ələmə verirlər. Bugün yer üzündə elə bir türk xalqı yoxdur ki, ona «türk-
l
əşmiş xalq» damğası vurulmasın.
4
Türk etnosunu yerli xalq saymayan «g
əlmə türklər», «türkləşmə»
konsepsiyası
Az
ərbaycan
tarixçiliyind
ə
çoxdan
d
ərin
kök
salmışdır.
İlk dəfə
bu konsepsiyaya
qarşı dövlət səviyəsində akademik-katib M. Cəfərovun
3
Котвич, 1962; Зеjналов, 1981, 6-7; Дёрфер, 1972, 1981.
4
«
Krım tatarları türkləşən german əsilli qotlar-tavrlardır» (Богушь
,
1806,
93,
282);
«Tatar,
başqord xalqları türkləşmiş uqor və ostyaklardır» (ПСДК, 190); «Qaraqalpaqlar türkləş-
miş irandilli tayfalardır» (ЭИАСА, 1979, 154); «Xakaslar avropoidlərlə monqoloid
türkl
ərin qarışığıdır» (ПСДК, 197); «Azərbaycan və Anadolu türkləri türkləşmiş xalq-
lardır» (Алексеев, 1986); «Balkarlar türkləşmiş osetinlərdir» (Калоев, 130); «Tuvalar
türkl
əşmiş samodilərdir» (Этнонимы, 1970, 219); A.Karimulin yazır ki, hətta qədim
bulqarla
rı da B. Florinski, D. İlovayski türkləşmiş slavyan, Q.Tsenov frak, V. Sirotenko,
A.Smirnov irandilli sarmat-alan hesab
etmişlər (Каримуллин, 1976, 22-23).
XIX
əsrdən başlanan bu üsul Azərbaycanda İ. Əliyevin başçılığ ilə yazılan tarix kitab-
la
rında geniş istifadə olunur (AT, 1998). Bu konsepsiyaya görə
Yer
üzünd
ə «yeri
ol-
mayan» (b
əlkə, göydən zənbillə düşüblər?!) türk xalqlarının etnogenezinə qərəzli müna-
sib
əti aydın göstərən belə misalların sayını xeyli artırmaq olar. Lakin bu «elmi» konsepsi-
yada bir
şey aydın deyil: görəsən, bütöv Avrasiyaya yayılmış bu qədər «türk olmayan
xalqlar»
hansı möcüzəli texnika ilə türkləşiblər? Necə olub ki, o boyda azərlər türkləşib,
amma son minild
ə onların içində yaşayıb öz dilini saxlayan azsaylı xalqlar o «texnika»nı
görm
əyib? Bu
da
q
əribə
haldır ki,
əsasən islamlaşma dövrünə aid edilən «kütləvi dildə-
yişmə oyunu» niyə İslam dinini yayan dillə
«
ərəbləşmə»
yox
,
m
əhz
«türkl
əşmə»
olayı
il
ə
n
əticələndi?
9
r
əhbərliyi altında Azərbaycan Elmlər Akademiyasında dilçi-tarixçi alim-
l
ərin birgə keçirdiyi elmi-nəzəri müşavirədə (1984) kəskin münasibət
bildiril
ərək, mövcud qüsurlu konsepsiyanın islah edilməsi təklif olunmuş,
Az
ərbaycanda yerli və bura qayıdan türk boylarının qovuşması ilə m.ö. I
minilliyin
ortalarında azər-türk dilinin formalaşması konsepsiyası
ir
əli
sürülmüşdür.
5
Bu haqda
informasiyanın dövlət mətbuatında dərc olunması
az
ər türklərini aborigen sayan, bu sahədə dəyərli əsərlər yazan alimlərdə
daha d
ərin axtarışlara baş vurma ovqatını artırmış, ayrı-ayrı elm və tədris
ocaqlarında etnogenezə dair elmi seminarlar keçirilmişdir.
6
Əgər 1984-də
m
ənim də iştirak etdiyim müşavirədə bizim əlimizdə çox az fakt vardısa,
indi bu sah
ədə əldə olunan elmi dəlil və sübutlar böyük bir sistem təşkil
edir. Bu yönd
ə başqa türk xalqlarının da tarixini araşdırıb dəyərli əsərlər
yazan aliml
ər vardır.
7
Kökünd
ən ayrılıb yad mühitə düşən xalqlar yeni yurdda əriməmək
üçün ya
əski yurdları ilə əlaqələri qırmamalı, ya da getdikləri ölkədə yerli
xalqdan
sayca
çox
olmalıdırlar. Azərbaycandan doğuya köçən boyların
türk dilini mühafiz
ə etməsinin səbəblərindən biri məhz qədim türk yurdu
Orta Asiya
nın ortada körpü rolunu oynaması idi. Dünya tarixində 100-dən
artıq bənzəri olmayan dövlət və imperiya qurmuş türk toplumunun özə-
5
«Бакинский рабочий» гяз., 20 апрел 1984; «Коммунист» гяз.,15 май 1984.
6
Bu k
onsepsiyanın dərinləşib təkmilləşməsinə xidmət edən tanınmış dilçilər - Ə. Də-
mirçizad
ə,
F. Zeynalov,
T.
Hacıyev
,
A. M
əmmədov
,
E.
Əlibəyzadə, N. Xudiyev, Ə. Ta-
hirzad
ə, A. Rəhimov, tarixçilər - Y.Yusifov, S. Əliyarlı, M. İsmayılov, arxeoloqlar -
M.Hüseynov, V.
Əliyev, F. Mahmudov, mifoloq və folklorçular - M. Seyidov, A.
Acalov, B. Abdullayev,
Ə. Əsgər,
M.Tant
əkin,
şərqşünaslar
-
Ə. Elçibəy,
M. Zehtabi, M.
Mahmudov,
Ə. Səfərli, etnoqraflar - Q. Qeybullayev, X. Xəlilov və digər sahə alimləri B.
Budaqov, X. M
əmmədov, Nurəddin Rzayev, Nəsir Rzayev, H. Həsənov, Y. Oğuz, B.
Tuncay, R. Hüseyinov, Q. Hümb
ətov və başqa ziyalıların araşdırmaları müxtəlif elmlə-
rin
işığında Azər türkləri tarixinin görünən özəlliyinə aydınlıq gətirmişdir.
H
əsən Həsənov « Türkşünaslığın bəzi problemləri» adlı məqaləsində türklərin müxt-
əlif çağlarda Azərbaycanda məskunlaşması haqqında ayrı-ayrı alimlərin irəli sürdüyü
fikirl
əri beş versiya üzrə qruplaşdırmış, bunlardan dördündə türklərin müxtəlif çağlarda
Ön Asiyaya, h
əmçinin Azərbaycana gəlmə xalq olması fikrinin irəli sürüldüyünü və yal-
nız Ağasıoğlunun (F.Cəlilovun) yazılarında əks olunmuş beşinci versiyanın türklərin
burada yerli xalq olması fikrinə dayandığını göstərmişdir (Həsənov, 2002, 143-144).
7
Kırzıoğlu, 1953, 1965, 1992; Yavuz, 1968; Togan, 1981; Koşay, 1984; Günaltay,
1987; Ayda, 1987, 1992; Kafes
oğlu, 1989; Tuna, 1990; Memiş, 2002; Mirşan, 1970,
1997; Karatay, 2000, 2003;
Антонов, 1970, 1984; Мусаев, 1975, 1984; Закиев, 1995,
Z
əkiev, 1998; Амонжолов, 1971, 1974, 1978; Сулейменов, 1975; Бекмырадов, 1987;
Мизиев, 1986, 1990; Фəттах, 1990 və başqaları.
10
yind
ə doğulan azərləri «türkləşmiş xalq» adlandırmaq Azərbaycan tarix
elmin
ə başucalığı yox, utanclı ayıb gətirər.
Türkl
əşmə olayı o
vaxt gerç
ək-
l
əşir ki, yaddilli tayfa kiçik qruplar şəklində türk yurduna gəlir. Xilafət
çağında hərbi qarnizon yaratmaq məqsədilə Azərbaycana köçürülən az-
say
lı ərəb tayfaları sonralar burada azər xalqına qarışıb türkləşdiyi kimi,
yad mühit
ə düşən türklər də yerli xalqların içində zaman-zaman ərimişlər.
Tuna bulqar
ları Balkanda dövlət qursa da, xristianlaşaraq çoxsaylı yerli
slavyan toplumu içind
ə əriyib dilini itirdi. Dalbadal Güney Rusiya çöllə-
rin
ə
köç
ən hun, xəzər, peçeneq, kuman boyları orada zaman-zaman
əridi,
az bir qismi y
əhudi (karaim) və islam (karaçay-balkar) dininin gücünə,
çoxsaylı İtil bulqarları isə (tatar-başqord) digər türklərlə əlaqəni kəsmə-
diyi üçün assimilyasiyadan qurtara bildi. Avropada saqa, as, etrusk, hun,
avar
boyları da yad mühitdə dilini itirib ərimişlər.
Ortaq ünsiy
ət vasitəsi kimi azər-türk dili Qafqaz və İranda yaşayan
başqa dilli xalqların ikinci dili olmuşdur. Bu dilin regionda uluslararası
ünsiy
ət dili olduğunu bura gələn səyyahların əksəriyəti yazmışdır.
8
Bel
ə
ikidilli durum (bilinqvizm)
rusların Qafqaza gəlişinə qədər daha geniş coğ-
rafiyada
davam
etmişdir.
9
Dostları ilə paylaş: |