www.vivo-book.com
21
güdürdüm. İndi yenə də özümə sual verdim: onu sevirəmmi?
Yenə də, o suala cavab verə bilmədim,
daha doğrusu,
düzünü desəm, mən yenə, yüzüncü dəfə özümə cavab
verdim ki, ona nifrət eləyirəm. Bəli,
onu görməyə gözüm
yoxuydu! Elə dəqiqələr olurdu (özü də məhz söhbətlərimizin
axırında), onu boğmaq üçün həyatımın yarısını verərdim.
And içirəm, əgər onun sinəsinə yavaş-yavaş isti bıçaq
soxmaq mümkün olsaydı, əlimə ləzzətlə bıçaq götürərdim.
Bununla belə, bütün müqəddəslərə and olsun ki, əgər
Şlangenberqdə dəbdə olduğu kimi ayaqlarının ucuna qalxıb
doğrudan
da mənə desəydi, “aşağı atılın”, elə o saat
atılardım, hətta bundan ləzzət də alardım. Bunu bilirdim.
İstər belə olsun, istər olmasın,
amma bu məsələ
çözülməliydi. Bütün bunları o, çox gözəl başa düşür, onun
məndən ötrü bütün əlçatmazlığını tamamilə düzgün və aydın
dərk elədiyi, mənim fantaziyalarımın həyata keçməsinin
bütün mümkünsüzlüyü haqqında fikri – bu fikir əminəm ki,
ona
fövqəladə ləzzət verir; yoxsa o, ağıllı və ehtiyatlı ola
bilərdimi? Mənə bu cür yaxınlıq, məhrəmlik göstərərdimi?
Deyəsən, o, hələ də mənə insan yerinə qoymadığı köləsinin