www.vivo-book.com
25
masalarını dövrəyə alan bu onlarla, yüzlərlə acgöz,
narahat
adamlardan danışmıram. Mən tezliklə və daha çox udmaq
arzusunda qətiyyən natəmiz bir şey görmürəm; kiminsə “axı
az-az oynayırlar” bəraətinə: “daha pis, ona görə ki, xırda
tamahdı” cavabı verən bir gonbul, harın
moralistin fikri
mənə həmişə çox axmaq görünürdü. Düzdü, xırda tamah və
iri tamah – hamısı eyni deyil. Bu proporsional məsələdi.
Rotşild üçün xırda olan şey məndən ötrü çox dəbdəbəlidi.
Asan uduşa və qazanca qalandasa, adamlar təkcə qumarda
yox, elə hər yerdə də ancaq bir işlə məşğuldular – bir-
birindən nəsə qapışdırırlar, yaxud udurlar. Ümumiyyətlə,
asan qazancın və gəlirin murdarlığı ayrı məsələdi. Amma
mən burda onu həll etmirəm. Belə ki,
özüm də uduş
arzusuyla həddən artıq alışıb-yanırdım, əslində bütün tamah
və bütün bu tamahkar çirkab, əgər girən zaman nəsə
münasib, doğmaydı. Ən yaxşısı odur ki, adamlar bir-
birindən utanıb-çəkinmirlər, əksinə, açıq, səmimi
hərəkətlər
eləyirlər. Öz-özünü aldatmağın axı nə əhəmiyyəti var? Ən
mənasız və xeyirsiz məşğuliyyətdi! İlk baxışda bu qumar
əclaflarının masalarının başına yığışmasındakı ciddiyyət və