www.vivo-book.com
29
kimi qəbul eləməkdən başqa bir şey deyil. Özünüz bu
kütlənin arasına soxula, amma hamıya
büsbütün inamla baxa
bilərsiniz ki, əslində, siz özünüz müşahidəçisiniz və
doğrudan da qətiyyən onun tərkibinə daxil deyilsiniz.
Bununla belə, yenə də çox diqqətlə müşahidə eləmək lazım
gəlmir: bu, yenə də centlmensayağı olmayacaq, ona görə ki,
hər halda, bu mənzərə böyük, olduqca diqqətli müşahidəyə
dəymir.
Ümumiyyətlə, centlmen üçün həddən artıq diqqətli
müşahidəyə layiq olan tamaşalar azdı. Bununla yanaşı,
şəxsən mənə elə gəldi ki, bütün bunlar da xüsusilə, yalnız
təkcə
müşahidə üçün gəlməyən, özünü də səmimi qəlbdən,
vicdanla bütün yaramazlara aid eləyən kəs üçün həddən artıq
diqqətli müşahidəyə dəyər. Mənim ən gizli əxlaqi
etiqadlarıma gələndəsə, həqiqi
mülahizələrimdə onlara
əlbəttə, yer yoxdu. Qoy doğrudan da, belə olsun: vicdanımı
təmiz çıxarmaq axır vaxtlar ərzində hərəkətlərimi və
fikirlərimi hansı olur olsun, əxlaqi ölçüyə hesablamaq
məndən ötrü nəsə dəhşətli dərəcədə xoşagəlməz işiydi. Məni
başqa şey idarə eləyirdi.