Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə22/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   18   19   20   21   22   23   24   25   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
44 
məhz nədən ötrü belə lazımdı və məhz nə qədər udmaq 
lazımdı? Mən hər halda, bunun sadəcə puldan ötrü gərək 
olduğunu təsəvvür eləyə bilmirdim. Burda, əlbəttə, pul 
hansısa xüsusi məqsəd üçün belə tez lazımdı. O, 
aydınlaşdırmağa söz verdi və mən yola düşdüm.
Oyun zallarında dəhşətli basırıq vardı. Onlar nə qədər 
həyasız, necə də acgözdülər. Mən ortaya soxulub düz 
nəzarətçinin yanında durdum; sonra iki və üç əsginaz qoya-
qoya cəsarətsizcəsinə oyunu sınaqdan keçirməyə başladım. 
Bununla belə, müşahidə eləyə-eləyə sezirdim; mənə elə 
gəldi ki, öz-özlüyündə hesablamaların az əhəmiyyəti var, 
heç də bir çox oyunçuların verdikləri diqqətə layiq deyil. 
Onlar qrafalara bölünmüş kağızlarla otururlar, zərbələri 
qeyd eləyirlər, hesablayırlar, gələcək şansları üzə çıxarırlar, 
güvənirlər, nəhayət, pul qoyurlar və nəhayətdə, elə bizim 
kimi, hesabsız oynayan sadə adamlar kimi uduzurlar… 
…Amma buna baxmayaraq, bir nəticə çıxartdım: 
doğrudan da, təsadüfi şanslar müddətində heç sistem də 
olmasa, bununla belə hansısa qayda var, – bu da əlbəttə, çox 
qəribədi. Məsələn, olur ki, on iki orta rəqəmlərdən sonra on 


www.vivo-book.com 
45 
iki axırıncı rəqəm gəlir; zərbə tutaq ki, iki dəfə bu son on iki 
rəqəmin üzərinə düşüb, yenə on iki orta rəqəmə keçir, 
dalbadal üç-dörd dəfə orta rəqəmləri vurur, yenidən son on 
iki rəqəmin üzərinə adlayır, orda iki dəfədən sonra birinciyə 
keçir, birincini bir dəfə vurur, təzədən orta rəqəmlərə üç 
zərbəyə qayıdır – saat yarım, yaxud iki saat ərzində beləcə 
davam eləyir. Bir, üç və iki; bir, üç və iki. Bu, çox 
maraqlıdı. Bəzən gün, yaxud səhər belə keçir, məsələn, 
qırmızı qarayla əvəz olunur və əksinə, demək olar, hər cür 
qaydasız-filansız dəqiqəbaşı elə dəyişir, dalbadal iki, yaxud 
üç zərbədən artıq qırmızının, ya da qaranın üzərinə düşmür. 
Sonrakı günsə, yaxud sonrakı axşam dalbadal yalnız qırmızı 
olur, məsələn, olur ki, iyirmi iki dəfədən artıq dalbadal o 
çıxır, müəyyən vaxt ərzində, məsələn, bütöv gün ərzində 
beləcə, dəyişmədən davam edir. Mənə bu barədə oyun 
masalarının yanında bütün səhəri dayanan, amma özü bir 
dəfə də pul qoymayan mister Astley çox şeylər izah elədi. 
Mənə gələndəsə, çox tezliklə olanımın hamısını uduzdum. 
Dərhal birbaşa cüt rəqəmə iyirmi fridrixsdör qoydum, 
uddum və beləliklə, iki, yaxud üç dəfə yenə uddum. Mənə 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin