Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə30/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   26   27   28   29   30   31   32   33   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
60 
sadəcə, məndən tamamilə asılı olmayan fakt haqqında 
danışdığım kimi danışıram. 
– Düzünü deyin, pul sizə nədən ötrü lazımdı? 
– Bunu bilmək nəyinizə gərəkdi, axı? 
Necə istəyirsiniz, – o cavab verdi və vüqarla başını 
əsdirdi. 
– Kölə nəzəriyyəsinə dözmürsünüz, amma köləlik tələb 
eləyirsiniz: “Cavab verməli və mülahizə yürütməməli!” 
Yaxşı, qoy belə olsun. Pul nəyinizə lazımdı, soruşursunuz? 
Necə yəni nəyə? Pul – vəssalam! 
– Başa düşürəm, amma onu arzulayanda belə dəliliyə 
qapılmaq olmaz ki! Axı, siz də qəzəb, faciə həddinə 
çatırsınız. Burda hansısa xüsusi məqsəd var. Əyri-üyrü 
danışmayın, mən belə istəyirəm. 
O, elə bil, hiddətlənməyə başlayırdı, belə ürəkdən 
sorğu-sual eləməsi həddən artıq xoşuma gəldi. 
– Şübhəsiz, məqsəd var, – dedim, – amma hansı 
məqsədin olduğunu izah eləyə bilmərəm. Pula sizin üçün də 
kölə yox, başqa adam olacağımdan başqa heç nə. 
– Necə? Siz buna necə nail olacaqsınız? 


www.vivo-book.com 
61 
– Necə nail olacağam? Necə, hətta sizin mənə köləyə 
baxan təki yox, başqa cür baxmağınıza necə nail olacağımı 
da başa düşmürsünüz! Hə, bax, elə bunu da – bu cür 
heyrətləri, çaşqınlıqları da istəmirəm. 
– Deyirdiniz ki, sizə bu köləlik zövq verir. Mən özüm 
də belə fikirləşirdim. 
Siz belə fikirləşirdiniz, – anlaşılmaz qəribə ləzzətlə 
qışqırdım. – Ah, sizin bu cür sadəlövhlüyünüz necə də 
gözəldi! Yaxşı, hə, hə, mənə sizin köləniz olmaq ləzzət 
verir. Axmaqlamanın və yaramazlığın son dərəcəsində 
ləzzət var, var! – sayıqlamaqda davam eləyirdim. – Kim 
bilir, bəlkə o ləzzət ürəyə dəyəndə və bir parça ət qopardan 
qırmancda da var… Amma mən bəlkə digər ləzzətləri də 
sınaqdan keçirmək istəyirəm. General nə vaxtdan bəri sizin 
yanınızda, stol arxasında ildə yeddi yüz rubla öyüd-nəsihət 
verir, ola bilsin ki, hələ o pulları ondan ala da bilməyim. 
Markiz De-Qriye qaşlarını qaldırıb məni süzür, eyni 
zamanda da görmür. Mənsə, öz tərəfimdən, ola bilsin ki, 
sizin yanınızda Markiz De-Qriyenin burnundan tutmağı 
ehtirasla arzulayıram? 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin