www.vivo-book.com
76
nifrətamiz çaşqınlıqla baxdı. Ötüb keçənlər də dönüb
baxmağa başladılar. Bəziləri hətta bir anlığa dayanırdılar.
– Heyn! – Baron təzədən ikiqat qaqqıltı və ikiqat
qəzəblə qığıldadı.
– Ja wohl
28
, – mən düz onun gözlərinin içinə baxa-baxa
sözləri uzatdım.
– Sind sie rasend?
29
– o, əl ağacını fırladıb, görünür, bir
az qorxa-qorxa qışqırdı. Ola bilsin, onu kostyumum
karıxdırmışdı. Mən tamamilə ən abırlı cəmiyyətə məxsus
olan adam kimi gözəl, hətta şıq geyinmişdim.
– Ca wo-o-ohl!!! – Qəfildən berlinlilər kimi “o”-nu
uzada-uzada qışqırdım; onlar söhbətdə dəqiqəbaşı və “ya
wohl” ifadəsini işlədirlər, bu zaman uzatdıqları “o”
hərfindən bu və ya digər dərəcədə öz fikirlərinin,
duyğularının müxtəlif çalarlarını ifadə üçün istifadə
eləyirlər.
28
hə – alm.
29
nədi, qudurmusunuz? – alm.
www.vivo-book.com
77
Baronla baronessa cəld döndülər, məndən qorxu içində
qaçıb aralandılar. Camaatın arasından bəziləri danışırdılar,
başqaları bir şey anlamadan mənə baxırdılar. Bununla belə,
yaxşı xatırlamıram.
Mən dönüb adi addımlarla Polina Aleksandrovnaya
doğru getdim. Amma onun oturduğu yerin yüz addımlığına
çatmamışdım ki, gördüm, qalxdı və uşaqlarla otelə sarı
yollandı.
Onu otelin artırmasında haqladım.
– Yerinə yetirdim… axmaqlıqdı, – onunla yanaşı gedə-
gedə dedim.
– Hə, nolsun axı? İndi də hoqqabazlıq eləyin, – o hətta
üzümə də baxmadan cavab verib pilləkənlə yuxarı qalxdı.
Bütün axşamı parkda keçirdim. Parkdan sonrasa
meşədən ötüb hətta başqa knyazlığa da keçdim. Bir
daxmada qayğanaq yedim, pivə içdim, bu idilliyadan ötrü
məndən bir taler yarım qopartdılar.
Yalnız saat on birdə evə qayıtdım. O dəqiqə generalın
göndərdiyi adam dalımca gəldi.
|