www.vivo-book.com
71
– Hə, təhrik eləyirəm, tərpənin, mən belə istəyirəm.
– İcazənizlə, gedirəm, bu vəhşi fantaziya olsa da.
Ancaq görün, nə deyirəm: generalın başına xoşagəlməz bir
şey gəlməsin, o da sizin qanınızı qaraltmasın. Allah haqqı,
mən
özüm barədə əl-ayağa düşmürəm, sizdən, həm də
generaldan ötrü narahat oluram. Qadını təhqir eləmək nə
fantaziyadı belə?
– Yox, göründüyü kimi, siz olsa-olsa, boşboğazsınız, –
o, nifrətlə dilləndi. – Sizin gözləriniz elə əvvəldən qan çəkib
– burası
da var ki, bəlkə də naharda çox şərab
içdiyinizdəndi. Bəyəm, mən özüm bilmirəm ki,
bu həm
axmaqlıq, həm yaramazlıqdı, həm də generalın acığı tutar?
Mən, sadəcə, gülmək istəyirəm. Hə, yalnız onu istəyirəm,
vəssalam! Qadını niyə təhqir eləyəsiniz, axı? Uzaqbaşı, sizi
əl ağacıyla vuracaqlar.
Mən döndüm və dinməzcə onun tapşırığını yerinə
yetirməyə getdim. Əlbəttə, bu axmaqlığıydı, əlbəttə,
boyun
qaçıra bilməzdim, amma baronessaya yaxınlaşmağa
başlayanda, yadımdadı, elə bil, mənim özümü nəsə