www.vivo-book.com
63
əbədiləşdirilmiş ədəb formalarının pozulmasıdı. Bizim
xanımlar fransızlara bu qədər alçalırlar, çünki onların
forması yaxşıdır. Məncə,
bununla belə, heç bir forma da
yoxdu, yalnız xoruz var, le coq qaulois
24
. Amma bunu başa
düşə bilmərəm, mən qadın deyiləm. Ola bilər, xoruzlar da
yaxşıdılar. Hə, ümumiyyətlə, ağ yalan danışdım, sizsə məni
saxlamırsınız.
Mənim sözümü tez-tez kəsin; sizinlə
danışanda hər şeyi, hər şeyi, hər şeyi demək istəyirəm. Mən
hər cür formaları itirirəm, amma heç bir ləyaqətə də malik
deyiləm. Bunu sizə bəyan edirəm. Hətta hansısa ləyaqətin
dərdini də çəkmirəm. İndi mənim içimdə hər şey dayanıb.
Siz özünüz bilirsiniz ki, nəyə görə. Mənim beynimdə bircə
insani fikir də yoxdu. Axı, artıq
çoxdan nə dünyada, nə
Rusiyada, nə burda nələr baş verdiyini bilmirəm. Bax,
Drezdenə getdim. Drezdenin necə olduğunu xatırlamıram.
Siz özünüz bilirsiniz ki, uduzmuşam. Belə ki, mənim heç bir
ümidim yoxdu, sizin gözünüzdə də heçəm, ona görə də
birbaşa deyirəm: yerdə yalnız sizi görürəm, qalanlarının da
24
qall xoruzu – frans.