www.vivo-book.com
55
– Siz məsələnin nə yerdə olduğunu bilmək istəyirsiniz,
– Polina quru, əsəbi tərzdə cavab verdi. – Bilirsinizmi ki,
general büsbütün onun girovudu, bütün malikanəsi onundu,
əgər
nənəsi ölməsə, fransız dərhal girovu olanın bütün
mülklərinə sahib çıxacaq.
– Mən eşitmişdim, amma büsbütün girov olduğuna qəti
əmin deyildim.
– Onda necə ola bilər?
– Onda əlvida, mademoiselle Blanche, – dedim. – O,
heç zaman general arvadı olmayacaq! Bir şeyi bilirsinizmi?
Mənə
elə gəlir, general elə vurulub ki, əgər mademoiselle
Blanche
onu atsa, doğrudan da, intihar eləyəcək. Onun
yaşında belə vurulmaq təhlükəlidir.
– Mənim özümə də elə gəlir ki, başına nəsə bir iş gələcək, –
Polina Aleksandrovna fikirli-fikirli dilləndi.
– Bu necə də gözəldi, – mən qışqırdım, – onun yalnız
pula görə ərə getməsini bundan kobud açıb göstərmək
olmaz. Burada hətta abır-həya da gözlənilmir,
tamamilə
təmtəraqsız baş verir. Möcüzədi! Nənəyə gəldikdəsə,
teleqramı teleqram dalınca göndərmək və “öldümü, öldümü”