Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə23/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   19   20   21   22   23   24   25   26   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
46 
elə gəlir ki, beş dəqiqəyəcən vaxt ərzində əlimə dörd yüz 
fridrixsdörə qədər pul gəldi. Elə buradaca aralanmalıydım, 
amma içimdə hansısa qəribə duyğu yaranmışdı, taleyə 
anlaşılmaz meydan oxuma, bir növ onu çimdikləmək, dilimi 
göstərmək arzusu peyda olmuşdu. Mən icazə verilən ən 
böyük məbləğ – dörd min qulden qoydum və uduzdum. 
Sonra qızışıb olan-qalanımın hamısını çıxartdım, elə həmin 
rəqəmə qoydum, yenə uduzdum, ardından gicəllənmiş kimi 
masadan aralandım. Hətta mənə nə olduğunu belə başa 
düşmürdüm, uduzmağım barədə Polina Aleksandrovnaya 
nahardan azca qabaq elan elədim. O vaxta qədər elə hey 
parkda vurnuxurdum. 
Naharda eynilə üç gün bundan əvvəl olduğu kimi, yenə 
həyəcanlı durumdaydım. Fransız m-lle Blanche bu dəfə də 
bizimlə nahar edirdilər. Sən demə, m-lle Blanche səhər oyun 
zallarındaymış, mənim qəhrəmanlığımı da görübmüş. Bu 
dəfə o mənimlə nəsə diqqətlə söhbətləşirdi. Fransız birbaşa 
və sadəcə, soruşdu ki, doğrudanmı mən öz pullarımı 
uduzmuşam? Mənə elə gəlir ki, o, Polinadan şübhələnir. Bir 


www.vivo-book.com 
47 
sözlə, burada nəsə var. Mən o saat yalan danışdım, dedim ki, 
öz pullarımdı.
General hədsiz təəccüblənmişdi ki, mən bu qədər pulu 
haradan almışam? İzah elədim: on fridrixsdördən başladım, 
altı, yaxud yeddi zərbə, yarısını dalbadal vurdu, beş, yaxud 
altı min quldenəcən qazandım, sonrasa hamısını iki zərbədən 
buraxdım.
Bütün bunlar, əlbəttə, ağlasığmazıydı. İzah eləyə-eləyə 
Polinaya baxdım, amma onun sifətindən heç nə ayırd edə 
bilmədim. Bununla belə, o mənə yalan danışmağa imkan 
verdi, sözümü çevirmədi; bundan belə nəticə çıxardım ki, 
elə yalan danışmalıydım, onun üçün oynadığımı da 
gizlətməliydim. Hər halda, özüm barədə fikirləşirdim, o 
mənə izahat verməyə borcluydu, bir az bundan qabaq mənə 
bəzi şeyləri açmağa söz vermişdi. 
Fikirləşdim ki, general bəzi iradlar eləyəcək, amma o 
susurdu; bununla belə onun sifətində həyəcan və rahatsızlıq 
duydum. Bəlkə də belə qəfil bir vəziyyətdə on beş dəqiqə 
ərzində mənim kimi öz xeyrini bilməyən axmağın əlindən 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin