Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə19/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   15   16   17   18   19   20   21   22   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
38 
saxlayırdılar, elə bil ki, daha incə, nəzakətli davranırdılar; 
indisə, onların dostluğu və qohumluğu nəsə kobud və qısa 
görünür. Ola bilsin, işlərimiz onlara o qədər pis görünür ki, 
bizimlə həddən artıq nəzakətli davranmağı, gizlənməyi 
vacib saymırlar. Mən hələ üçüncü gündən mister Astleyin 
m-lle Blanche və onun anacığazını necə nəzərdən 
keçirdiyini sezmişdim. Məncə, onları tanıyır. Mənə hətta elə 
gəldi ki, bizim fransız da qabaqlar mister Astleylə rastlaşıb. 
Bununla belə, mister Astley o qədər utancaq, həyalı, az 
danışandı ki, ona demək olar ki, etibar eləmək mümkündü – 
evin sirrini bayıra çıxarmaz. Hər halda, fransız ona ötəri baş 
əyir və heç üzünə belə baxmır; deməli, belə çıxır ki, 
qorxmur. Bu hələ aydındı; amma niyə m-lle Blanche də 
onun üzünə baxmır? Xüsusən, ona görə ki, markiz dünən 
özünü dolaşdırdı: yadımda deyil hansı səbəbdənsə, o, 
ümumi söhbətdə qəfildən dedi ki, mister Astley həddən artıq 
varlıdı, bu haqda xəbəri var: elə onda m-lle Blanche mister 
Astleyə baxmalıydı! Ümumiyyətlə, general narahatlıq 
içindədi. Aydındı ki, indi xalasının ölümü barədə teleqram 
ondan ötrü hansı əhəmiyyət kəsb eləyir! 


www.vivo-book.com 
39 
Mənə Polinanın söhbətdən yayınması məqsədli 
göründü. Amma özüm də soyuq, etinasız görkəm aldım: elə 
hey fikirləşdim ki, o, indicə mənə yaxınlaşacaq. Buna 
rəğmən, dünən və bu gün bütün diqqətimi əsasən m-lle 
Blanche-yə yönəltdim. Yazıq general, tamam məhv 
olmuşdu! Əlli beş yaşında bu cür ehtirasla vurulmaq, əlbəttə, 
bədbəxtlikdi! Onun üstünə də dulluğunu, uşaqlarını, tamam 
dağılmış malikanəsini, borclarını və nəhayət, vurulmalı 
olduğu qadını da əlavə eləyin. M-lle Blanche öz-özlüyündə 
gözəldi. Amma bilmirəm, əgər desəm ki, onun qorxunc 
siması var, məni başa düşərlərmi? Hər halda, mən belə 
qadınlardan həmişə qorxmuşam. Onun yəqin ki, iyirmi beş 
yaşı var. Hündür və enlikürəkdi, dik çiyinləri var; boynu və 
sinəsi genişdi; dərisinin rəngi qarabuğdayı – sarıdı, saçının 
rəngi tuş kimi qaradı, həm də o qədər çoxdu ki, iki bərbərə 
bəs edər. Gözləri qaradı, gözlərinin ağı sarımtıldı, baxışları 
həyasızdı, dişləri dümağdı, dodaqları həmişə boyalıdı, ondan 
müşk qoxusu gəlir. Çox gözəl, zəngin, şıq, amma böyük 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin