www.vivo-book.com
42
qarşılaşır. O, şübhəsiz, bizə qoşulmaq arzusundan ölə-ölə
şlyapasını çıxarır və yanımızdan ötüb keçir. Əgər onu dəvət
eləyirlərsə, o saat imtina eləyir. İstirahət yerlərində,
vağzalda, musiqi dinləyəndə, yaxud fəvvarənin qarşısında, o
artıq mütləq haradasa, bizim skamyamızın yaxınlığında
dayanır, harada olsa da, parkdamı, meşədəmi, yaxud
Şlangenberqdə – yalnız gözlərini qaldırmaq, ətrafına
baxmaq bəs eləyər ki, yaxın cığırda, ya da kolluğun o
tərəfində mister Astleyin bir əzası görünsün. Deyəsən, o
mənimlə xüsusi danışmaq üçün girəvə axtarır. Bu gün səhər
qarşılaşdıq və bir-birimizə bir-iki söz atdıq. Hələ “salam”
deməmiş, o, sözünə belə başladı:
– A, mademoiselle Blanche!.. mən belə qadınları çox
görmüşəm, mademoiselle Blanche kimi qadınları!
O, mənalı-mənalı mənə baxıb susdu. Bununla nə demək
istəyirdi, bilmirəm, çünki mənim: “Bu nə deməkdi?”
sualıma gülüb başını bic-bic tərpətdi və əlavə elədi: “Heç,
elə-belə. Mademoiselle Pauline çiçəkləri çox sevir?”
– Bilmirəm, heç bilmirəm, – cavab verdim.
www.vivo-book.com
43
– Necə? Siz bunu da bilmirsiniz? – gülə-gülə təkrar
elədim.
– Hm, bu ağlıma xüsusi bir fikir salır. – O, başını
tərpətdi və yoluna davam elədi. Bu zaman görkəmindən
razılıq yağırdı. Biz onunla çox pis fransız dilində danışırıq.
IV FƏSİL
Bu gün gülməli, yaramaz, sarsaq günüydü. İndi gecə
saat on birdi. Öz otağımda oturub xatırlayıram. Hər şey
ondan başladı ki, səhər Polina Aleksandrovna üçün oynamaq
məqsədilə ruletkaya getmək məcburiyyətində qaldım. Mən
onun bütün yüz altmış fridrixsdörünü götürdüm, amma iki
şərtlə: birincisi – mən yarısına oynamaq istəmirəm, daha
dəqiq desəm, əgər udsam, özümə heç nə götürməyəcəyəm,
ikincisi – axşam Polina mənə aydınlaşdıracaq ki, udmaq ona
|