www.vivo-book.com
37
münasibiydi: ayağıma yer eləyim, gör sənə neylərəm. O
hətta Polinayla da kobudcasına saymazyanaydı; bununla
belə, vağzaldakı
ümumi gəzintilərdə, yaxud atla seyrə
çıxmalarda, şəhər qırağına səfərlərdə məmnuniyyətlə iştirak
eləyir. Mənə fransızı generalla bağlayan bəzi hadisələr
çoxdan məlumdu; Rusiyada
onlar birgə zavod tikmişdilər;
bilmirəm, qurduqları dağıldı, yoxsa hələ də onun barəsində
danışırlar. Bundan başqa, mənə
təsadüfən ailə sirrinin bir
hissəsi məlum olub: fransız doğrudan da, keçən il generalı
xilas eləyib və vəzifəsini təhvil verərkən çatışmayan dövlət
pulunu ödəmək üçün ona əskik gələn otuz mini verib.
Doğrudan da,
general onun məngənəsindədi; amma indi,
məhz indi bütün bunların hamısında baş rolu hər halda m-lle
Blanche oynayır, əminəm ki, burda da səhv eləmirəm.
M-lle Blanche kimdi? Burada bizə deyirlər ki, yanında
anası və böyük sərvəti olan əsil-nəcabətli fransız qadındı. O
da məlumdu ki, o,
bizim markizlə necəsə qohumdu, amma
çox uzaq qohumdu, ya xalası qızıdı, ya da xalanəvəsidi.
Danışırlar ki, mənim Parisə səfəriməcən fransız və m-lle
Blanche öz aralarında nəsə
daha təntənəli münasibət