www.vivo-book.com
31
Mənə
elə gəlirdi ki, Polina üçün başlamaqla öz
xoşbəxtliyimə xələl gətirmirəm. Məgər, elə həmin saat
mövhumata yoluxmadan qumar masasına toxunmaq olmaz?
Ondan başladım ki,
beş fridrixsdör, daha doğrusu, əlli
qulden çıxarıb cüt rəqəmə qoydum. Çarx fırlandı, on üç
çıxdı, – mən uduzdum. Yalnız
birtəhər əl çəkmək, çıxıb
getmək üçün qəribə xəstə duyğuyla qırmızıya daha beş
fridrixsdör qoydum. Qırmızı çıxdı. Qırx fridrixsdör alıb,
bundan nə çıxaracağını bilmədən, on iki orta rəqəmə iyirmi
fridrixsdör qoydum. Mənə üçqat artıq pul verdilər. Beləliklə,
on fridrixsdörümdən qəfildən səksən fridrixsdör yarandı.
Hansısa qeyri-adi, qəribə duyğudan halım elə pisləşdi, çıxıb
getməyi qərara aldım. Mənə elə gəldi ki,
əgər öz xeyrimə
oynasaydım, heç də belə oynamazdım. Amma səksən
fridrixsdörün hamısını bir dəfə də cüt rəqəmə qoydum. Bu
dəfə dörd çıxdı; mənə daha səksən fridrixsdör saydılar və
yüz altmış fridrixsdörün bütün qalığını götürüb Polina
Aleksandrovnanı axtarmağa getdim.
Onlar
hələ də hardasa, parkda gəzişirdilər. Onunla
yalnız şam yeməyi arxasında görüşə bildim. Bu dəfə fransız