www.vivo-book.com
35
onun həyatının hansısa
hadisələri, yaxud onu bərk rahatsız
eləyən nələrsə mənə məlumdu; hətta əgər məni kölə, yaxud
buyruq qulu kimi, birtəhər öz məqsədləri üçün istifadə
eləmək lazımdısa, özü mənə o hadisələrdən danışacaq;
amma həmişə düz buyruq qulu kimi istifadə olunan adamın
bilməsi lazım olan qədər danışacaq
və əgər mənə üstəlik,
hadisələrin bütöv bir bağı məlumdusa, əgər elə onun
əzablarından, rahatsızlıqlarından
necə əzab çəkdiyimi,
rahatsız olduğumu özü də görürsə, onda baxmayaraq ki, tez-
tez məni təkcə başağrıdan yox, hətta təhlükəli tapşırıqlar
üçün istifadə eləyir, ona görə də, fikrimcə, mənimlə səmimi
olmağa borcludu. Heç zaman məni öz dostyana
səmimiyyətiylə sakitləşdirməyə layiq ola bilməyəcək. Bir də
ki, mənim də rahatsız olduğum, onun qayğılarından,
uğursuzluqlarından bəlkə də özündən üçqat artıq
qayğılandığım, əzab çəkdiyim barədə hisslərimə fikir
verməyə dəyərmi?
Mən hələ üç həftə qabaq
onun ruletkada oynamaq
niyyəti haqqında bilirdim. O hətta qabaqcadan məni
xəbərdar eləmişdi ki, onun yerinə oynamalıyam,
çünki