www.vivo-book.com
33
hə; mütləq udacağıma inamıma gələndəsə,
qoy bu gülməli
olsun, razıyam, amma məni rahat buraxsınlar.
Polina Aleksandrovna təkid eləyirdi ki, bugünkü
uduşunu onunla mütləq yarı bölməliyəm və bundan sonra da
həmin
şərtlə oynamaq
təklifi irəli sürüb səksən
fridrixsdörünü mənə verdi. Mən uduşun yarısından
qətiyyətlə və birdəfəlik boyun qaçırdım, elan elədim ki,
başqaları üçün bunu istəmədiyimə görə yox,
mütləq
uduzacağım üçün oynaya bilmərəm.
– Amma bu nə qədər axmaq olsa da, mən özüm bir
ruletə
ümid bəsləyirəm, – o, fikirli-fikirli dilləndi. – Elə
buna görə də mütləq mənimlə birgə yarıbayarıya oynamağa
davam eləməlisiniz və şübhəsiz ki, oynayacaqsınız. – Dərhal
da etirazlarımın davamına qulaq asmadan məndən aralandı.
III FƏSİL