www.vivo-book.com
49
– Səxavətli kəslərin sorğu-sualına və qərb adamının
ləyaqətinin tarixən, az qala kapitalın əldə edilməsinin başlıca
maddəsi olmasına. Ruslarsa, təkcə kapitalı əldə eləməyə
qabil deyillər, həm də onu birtəhər əbəs yerə, necə gəldi sərf
edirlər. Buna
baxmayaraq, biz ruslara da pul lazımdı, – əlavə
elədim, – nəticə etibarilə, biz belə, məsələn, ruletka kimi iki
saat ərzində, zəhmət çəkmədən, qəfildən varlanmaq
mümkün olan üsullara çox şad və çox meyilliyik. Bu bizim
izzəti-nəfsimizi çox oxşayır;
elə əbəs yerə, zəhmətsiz
oynadığımıza görə də uduzuruq!
– Bu müəyyən qədər ədalətlidi, – fransız özündənrazı
halda qeyd elədi.
– Yox,
bu ədalətli deyil, öz vətəniniz haqqında belə
fikir söyləmək sizdən ötrü ayıbdı, – general ciddiyyətlə və
vüqarla dilləndi.
– Əfv edərsiniz, – ona cavab verdim, – axı, düzdü, hələ
heç nə məlum deyil: ruslar biabırçıdı, yoxsa halal zəhmətlə
sərvət yığmağın alman üsulu?
– Bu nə yaramaz fikirdi! – general səsləndi.
– Əsl rus fikridi! – fransız dilləndi.